09 Noyabr 2024 16:39
1064
CƏMİYYƏT
A- A+
İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib  

İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib  

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə yerləşən təhsil müəssisələrində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri təşkil edilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə, Zəngilan rayon Ağalı kənd tam orta məktəbində “Uşaq hüquqları və müdafiə mexanizmləri”, “Təhsil işçilərinin uşaq hüquqlarının müdafiəsində rolu” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun rəhbər prinsipləri, uşaqların zərərli təsirlərdən müdafiəsi, erkən evlilik, bullinq, uşaq əməyi mövzularında şagirdlərə məlumat verilib, milli və beynəlxalq müdafiə mexanizmləri, xüsusilə də ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində genişmiqyaslı fəaliyyəti diqqətə çatdırılıb. Eyni zamanda, təhsil işçiləri ilə uşaqların ayrı-seçkiliyin bütün formalarından müdafiəsi, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, təhsilverənlərin vəzifələri, bu sahədə mövcud problemlər və həll yolları istiqamətində müzakirələr aparılıb. Mövzular ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirmə tədbirlərindən ümumilikdə 240 şagird, 62 pedaqoji heyət faydalanıb. Tədbirlərdə müvəkkilin təşəbbüsü ilə aylıq çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Uşaq hüquqları haqqında” Konvensiyanın uşaqlar üçün anlaşılan dildə nəşrləri paylanılıb.

Səfər çərçivəsində, həmçinin Zəngilan rayon Ağalı kənd körpələr evi-uşaq bağçasında yaradılmış şərait, ümumilikdə uşaq hüquqlarının təmini vəziyyəti araşdırılıb, müəssisənin işçi heyəti ilə fəaliyyətlə bağlı hüquqi maarifləndirici söhbətlər aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

“Xiaomi”nin elektrikli krossoveri sərgilənib

17:48
10 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:45
10 Dekabr

Dövlət Komitəsinin sədri Abşeron və Zəngilan sakinlərinin müraciətlərini dinləyəcək  

17:42
10 Dekabr

Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib  

17:40
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

17:37
10 Dekabr

Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

17:36
10 Dekabr

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

17:35
10 Dekabr

İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

17:34
10 Dekabr

“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

17:32
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!