09 Noyabr 2024 12:43
1249
CƏMİYYƏT
A- A+
İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub  

İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub  

8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntənə ilə qeyd olunub.

Cəbrayıl şəhərində Zəfər bayramına həsr olunmuş konsert keçirilib. Öncə izləyicilərə Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə solistlər Televiziya Muğam Müsabiqəsinin laureatı Vəfa Vəzirova, Əməkdar artist Çinarə Heydərova (qanun), respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və Nurlan Əzizbəyli, "Misri" ansamblı, Taleh Hüseynli, Rəvan Qaçayev və aşıq Ruhiyyə Qarabağlı dinləyicilər qarşısında çıxış ediblər.

Proqramda vətənpərvərlik ruhunda Azərbaycanın bəstəkar və xalq mahnıları səsləndirilib.


* * *


Laçın şəhərində şəhərində təşkil olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraqla yürüş keçirilib.

Sonra tədbir “Lacinema” kino mərkəzində davam edib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunmuş bayram konserti təqdim olunub.

Əməkdar artist Elza Seyidcahan, Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Cahangir Cahangirov adını Xor kollektivi, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və gənc ifaçılar, populyar müğənnilər, laçınlı xanəndələr və aşıqlar iştirak ediblər. 2 saylı Laçın şəhər tam orta məktəbinin şagirdləri də milli rəqslər və bədii qiraətləri ilə proqrama rəng qatıblar.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib.

Bayram şöləni şəhərdəki Seyrəngah ərazisində möhtəşəm atəşfəşanlıqla başa çatıb.


* * *


Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşən bayram şənliyində kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub. Zəfər soraqlı musiqi nömrələrinin səsləndirildiyi konsert alqışlarla qarşılanıb.


* * *


Mədəniyyət paytaxtımız, bu doğma sakinlərinə qoynunda yer verən Şuşa şəhərində də Zəfər Günü böyük təntənə ilə gerçəkləşib.

8 Noyabrda, eyni zamanda, Şuşa Şəhəri Gününü qeyd edən sakinlər üçün, sözün əsl mənasında, bayram bayrama qarışıb. Çünki dörd il öncə Vətən müharibəsinin bu günü müzəffər Ordumuzun misli görünməmiş qəhrəmanlığı sayəsində qala-şəhərimiz düşməndən qurtulmuşdu. Şuşa zəfəri ilə, əslində, müharibənin də taleyi həll olunmuşdu...

Bayram konsertində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi maraqlı konsert proqramı doğma yurda qayıdışın sevinci içərisində olan şuşalıların yaddaşında silinməz iz qoyub.


* * *


Zəfər soraqlı tədbirlərin daha bir ünvanı Xankəndi şəhəri olub.

Azərbaycan Ordusunun sentyabr 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə düşməndən azad olunan Xankəndi şəhəri bu gün özünün yeni növrağını yaşayır. Burada təşkil olunan bayram mərasimi də böyük coşqu ilə qarşılanıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və solistlər maraqlı proqram təqdim ediblər. Bayram şöləni tamaşaçılara unudulmaz anlar yaşadıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

00:24
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:23
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:22
07 Dekabr

“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

00:21
07 Dekabr

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 114 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:19
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:18
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:17
07 Dekabr

Asim Xudiyev UEFA-dan təyinat alıb

23:13
06 Dekabr

Makron "ortaq maraqlar höküməti" qurmağa ümid edir

23:11
06 Dekabr

KXDR parlamenti ölkə Konstitusiyasına dəyişiklikləri müzakirə edəcək

23:11
06 Dekabr

Türkiyə əcnəbi tələbələrin sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır

23:10
06 Dekabr

Dünyanın ən sürətli 2 qramlıq robotu

23:09
06 Dekabr

Qazaxıstan əhalisinin sayı 20 243 981 nəfərə çatıb

23:07
06 Dekabr

Olimpiya mükafatçımız 2024-cü ili reytinqdə ikinci pillədə başa vurdu

23:05
06 Dekabr

Dünyanın ən böyük VI avtomobil istehsalçısı “BYD” olub

23:04
06 Dekabr

Taekvondoçular ilin son yarışında bir araya gələcəklər

23:02
06 Dekabr

Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib

23:01
06 Dekabr

Minlərlə il çalışa bilən batareya hazırlanıb

22:58
06 Dekabr

Cənubi Koreya prezidentinin reytinqi 13 faizə düşüb

22:46
06 Dekabr

“Dualı Sultan köynəkləri” sərgisinin açılışı olub

22:43
06 Dekabr

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

22:40
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!