21 Aprel 2026 19:12
532
SİYASƏT
A- A+
İrlandiya parlamentariləri Azərbaycanın demokratik inkişafı barədə məlumatlandırılıb  

İrlandiya parlamentariləri Azərbaycanın demokratik inkişafı barədə məlumatlandırılıb  

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı özünün İrlandiyaya səfəri və keçirdiyi görüşləri, o cümlədən, ötən ilin iyul ayında İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşünü məmnunluqla xatırlayan Sahibə Qafarova bu cür təmaslar zamanı parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindiyini söyləyib. O, bu səfərin də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Tərəflər, həmçinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Toni MakKormak spiker Verona Mörfinin salamlarını Milli Məclis sədrinə çatdırıb. Qeyd olunub ki, parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulması üçün imkanlar mövcuddur. O, bu cür səfər və təmasların da bu məqsədə xidmət etdiyini söyləyib.

Milli Məclisin sədri qonaqlara, həmçinin Azərbaycanın demokratik inkişafı və əldə olunan nailiyyətlər, o cümlədən, qanunverici orqanın işi, parlamentin beynəlxalq fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, Azərbaycanın müstəqil xarici siyasəti parlamentin də bu sahədə fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirən S.Qafarova deyib ki, bu kimi beynəlxalq tədbirlərdə Azərbaycan özünün dünyaya baxışlarını da təqdim edir.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!