07 Aprel 2022 02:16
899
SİYASƏT
A- A+
İrəvanda növbəti bahalaşma başlayıb

İrəvanda növbəti bahalaşma başlayıb

 

Əhali  Paşinyanı Ermənistanı dilənçilər ölkəsinə çevirməkdə günahlandırır

 

Hazırda Ermənistanda sosial-iqtisadi sahədə vəziyyətin daha da ağırlaşdığı, insanların maddi rifah halının getdikcə pisləşdiyi müşahidə edilir.

Çünki ötən illər ərzində iqtisadi inkişaf üçün hansısa real bazis yaradılmayıb, əksinə, olub-qalan da hakimiyyətin səriştəsiz siyasəti nəticəsində tam dağıdılıb. Elə bu səbəbdən ölkədə vəziyyət daha da pisləşir.

Müharibədəki məğlubiyyət fonunda Ermənistanda iqtisadi göstəricilər daha da gərginləşib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb. İqtisadi tənəzzülün davam etməsi nəticəsində hakimiyyətin reytinqi də sıfra yaxınlaşır. Bildirilir ki, hazırda Ermənistanda adambaşına düşən gəlir bəzi ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır.

Ərzaq təhlükəsizliyi ilə bağlı isə heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür. Bu sahədə islahatlara başlamaq üçün heç bir təşəbbüs göstərilmir.

Ölkədə qazın qiyməti ilə bağlı yeni tariflər artıq qüvvədədir. Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının qərarına əsasən, aprelin 1-dən əhali üçün qazın qiyməti 4,7 dram artıb. 1 kubun qiyməti 139 dramdan 143,7 drama qalxıb. Digər istehlakçılar üçün min kubmetrə görə qiymət artımı təxminən 10 dollar təşkil edir. Böyük istehlakçılar əvvəlki 255,91 əvəzinə 265,81 dollar ödəyəcəklər. İstixana emalı şirkətləri üçün bu rəqəm 233,9 dollar olub ki, bu da əvvəlki qiymətdən təxminən 10 dollar bahadır.

Əhalinin istehlak etdiyi qazın qiyməti də artacaq. Bu ölkədə qaz istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin 60-70 faizini təşkil edir. Hazırda tariflərin artımı inflyasiyadan yayınmağı, demək olar ki, qaçılmaz edir. Bu xüsusilə rəqabət imkanları zəif olan kiçik istixana təsərrüfatları üçün problem yaradır.

“Lragir” qəzeti yazır ki, qazın qiymətinin artması kənd təsərrüfatı məhsullarının da bahalaşmasına səbəb olacaq. Bildirilir ki, bunların fonunda xərclər artacaq ki, bu da əmtəə qiymətlərinin bahalaşmasına səbəb olacaq. Bu həm də istehsalçılar üçün daxili və xarici bazarlarda əlavə rəqabət çətinlikləri yaradacaq: “Ermənistanın emal sənayesinin məhsullarının tədarükü üçün əsas bazar Rusiyadır. Rusiya bazarında rublun son devalvasiyası, iqtisadi gerilik, istehlakçıların ödəmə qabiliyyəti tələbinin azalması səbəbindən ermənilər artıq satış problemi ilə üzləşiblər. Qazın bahalaşmasının diktə etdiyi qiymət artımı həmin problemləri daha da artıracaq”.

Yeni tariflər qüvvəyə mindikdən dərhal sonra sıxılmış təbii qazın qiyməti qalxıb. Yanacaqdoldurma məntəqələrində mühərrik qazının qiyməti 7-8 faiz artıb. Buna görə də sərnişindaşıma sahəsində qiymət artımı müşahidə olunub. Ekspertlər hesab edirlər ki, bu hələ başlanğıcdır. Növbəti zərbə ictimai həyatın bir çox sahələrinə dəyəcək və bu, zəncirvari şəkildə yayılacaq.

Bütün bunların fonunda Ermənistanda istehlak mallarının bahalaşmasını bir neçə həftədir ki, qızğın şəkildə müzakirə edirlər. “4rd.am” saytı İrəvanda yaşamaq, yaxşı və çox yaxşı yaşayış üçün nə qədər pul lazım olduğunu öyrənmək məqsədilə beş mindən yuxarı sakin arasında sorğu aparıb. Sorğunun nəticələrinə əsasən, yaxşı yaşayış üçün bir nəfərə ayda ortalama 347 234 dram və ya 723 dollar, çox yaxşı yaşayış üçün 655 060 dram və yaxud 1363 dollar, birtəhər keçinmək üçün 120 523 dram və ya 251 dollar lazımdır. Halbuki son rəsmi statistik məlumatlara görə, ölkədə minimum əməkhaqqı 68 min dram təşkil edir. Deməli, indiki şərtlər daxilində Ermənistanda birtəhər dolanmaq da mümkün deyil. Gündəlik istehlak mallarının bahalaşması isə vəziyyəti daha da çətinləşdirir.

Bütün bunlar Ermənistanda vəziyyətin nə dərəcədə ağır olduğunu aydın şəkildə nümayiş etdirir. Bu ölkəni qarşıdakı dövr ərzində daha böyük xaos gözləyir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!