17 İyun 2026 08:10
363
SİYASƏT
A- A+
İrəvan Bakının sülh gündəliyini alternativsiz reallıq kimi qəbul edir 

İrəvan Bakının sülh gündəliyini alternativsiz reallıq kimi qəbul edir 


Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturası yeni geosiyasi reallıqlar çərçivəsində formalaşır. Bu kontekstdə Azərbaycanla Ermənistan arasında sülh prosesi birbaşa təmaslar müstəvisində daha irəliyə daşınır. Xüsusən Ermənistanda keçirilmiş parlament seçkilərindən dərhal sonra sülh gündəliyi çərçivəsində dinamik addımların atılması müşahidə olunur. 

İyunun 14-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistana səfəri və Dilican şəhərində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla işgüzar görüşü sülh prosesinin geridönməz mərhələdə olmasını bir daha təsdiq edir. Danışıqların intensivləşməsi və ikitərəfli diplomatiya mexanizmlərinin sürətlənməsi isə tərəflərin qarşılıqlı etimad mühitinin formalaşdırılmasında daha qətiyyətli mövqe nümayiş etdirməyə başladığının göstəricisidir. 

Qeyd edək ki, ilk dəfə bu səviyyədə reallaşan səfər zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. İlk növbədə regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar. Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davamı barədə qərar qəbul ediblər. Növbəti görüşün Azərbaycanda keçiriləcəyi qərara alınıb. 

Ermənistandakı gərgin seçki marafonununun ardınca belə bir səfərin və görüşün baş tutması təsadüfi deyil. Seçkinin yekun nəticələri rəsmi İrəvanın daxili legitimliyini müəyyən dərəcədə yenilədi və Paşinyan hökumətinə sülh prosesində daha cəsarətli addımlar atmaq üçün mandat verdi. Rəsmi Bakı Ermənistandakı daxili siyasi sabitliyi sülh prosesinin sürətləndirilməsi və yekun müqavilə ilə sonlandırılması üçün bir imkan kimi görür və bunu dəyərləndirir. 

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin səfəri Azərbaycan rəsmilərinin Ermənistana ilk səfəri deyil. Bundan əvvəl Baş nazirin müavini Şahin Mustafayevin sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması çərçivəsində Ermənistana və sərhəd bölgələrinə səfərləri baş tutub. Lakin Baş nazirin müavininin səfərləri daha çox texniki, iqtisadi və delimitasiya xarakteri daşıyıb. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistana səfəri isə sülh prosesinin ali səviyyəyə daşındığını və konseptual razılaşmaların masada olduğunu göstərir. İki ölkə rəsmisinin Ermənistan ərazisində görüşü psixoloji baryerin sındırılması yönündə də önəmli addımdır. 

Görüşə dair bəyanatda "ikitərəfli dialoq"un vurğulanmasını regiona müdaxilə niyyətində olan kənar geosiyasi oyunçulara verilən mesaj kimi də qəbul etmək olar.  Bu baxımdan rəsmi İrəvan da birmənalı dərk etməlidir ki, kənar vasitəçilər prosesi uzadır və öz maraqlarını güdürlər. 

Azərbaycan tərəfi üçün davamlı sülh Ermənistanın mövcud konstitusiyasındakı ərazi iddialarının tamamilə aradan qaldırılması və revanşizm riskinin sıfırlanması deməkdir. Daxildəki revanşist müxalifətin və kənar dairələrin təzyiqlərinə rəğmən, İrəvan bu prinsiplərlə qeyd-şərtsiz razılaşmaq və sonrakı addımlarını onunla uyğunlaşdırmaq məcburiyyətindədir. Çünki hüquqi müstəvidə köklü dəyişikliklər edilmədən imzalanacaq hər hansı sənəd gələcəkdə regionu yenidən qeyri-sabitliyə sürükləyə bilər. Dayanıqlı sülh, sadəcə, siyasi rəhbərliyin iradəsi ilə deyil, Ermənistan qanunvericiliyinin beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması ilə mümkündür. Odur ki, konstitusiya islahatları sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın prinsipial təməl şərtidir. 

Vurğulandığı kimi, sülh prosesinin önəmli məqamlarından biri də vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında görüşlərin intensiv hal almasıdır. Ermənistan cəmiyyətindəki ksenofobiyanın və "nifrət dili"nin sındırılması üçün Bakı İrəvandan konkret addımlar tələb edir. 

İşçi səviyyəsində təmasların davam edəcəyinin qeyd olunması və rəsmilər arasında növbəti görüşün Azərbaycanda keçirilməsinin razılaşdırılması sülh prosesinin daimi işləyən mexanizmə çevrildiyinin bəyanıdır. Ümumiyyətlə, Ermənistandakı seçkidən dərhal sonra atılan bu addım və qarşılıqlı səfərlərin razılaşdırılması sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu və yaxın gələcəkdə regionda tamamilə yeni bir siyasi reallığın bərqərar olacağını nümayiş etdirir. 

Sülh gündəliyinin konkret praktik addımları iqtisadi-logistik müstəvidə də özünü göstərir. Tərəflər arasında gərginliyin azaldılması fonunda reallaşan iqtisadi təmaslar, xüsusilə Azərbaycandan Ermənistana birbaşa neft məhsullarının daşınması, eləcə də digər strateji məhsulların, taxıl və gübrənin Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılması bu reallığın tərkib hissəsidir. Paşinyan hökuməti anlayır ki, alternativ iqtisadi bazarlardan asılılıq və baha başa gələn logistik marşrutlar fonunda Azərbaycanın təklif etdiyi ticarət və tranzit imkanları Ermənistanın daxili bazarı və iqtisadi təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Bakı bu addımlarla nümayiş etdirir ki, Ermənistanın destruktiv iddialardan tamamilə əl çəkməsi və sülh müqaviləsinə sadiqlik göstərməsi real iqtisadi dividendlər gətirəcək. 

Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi rəsmi Bakının formalaşdırdığı yeni regional reallıqlar çərçivəsində irəliləyir. İstər yüksəksəviyyəli birbaşa diplomatik təmaslar, istərsə də Azərbaycanın enerji resurslarından və tranzit imkanlarından yararlanmaq cəhdləri göstərir ki, Ermənistan üçün Bakının diktə etdiyi şərtlərlə hərəkət etməkdən başqa xilas yolu qalmayıb. Ermənistan rəhbərliyinin atdığı siyasi və iqtisadi addımlar İrəvanın Azərbaycanın sülh gündəliyini tam və alternativsiz olaraq qəbul etdiyinin real etirafıdır. 

İndi regionda tamamilə yeni mərhələ başlayır. Azərbaycanın qətiyyətli mövqeyi ilə bərqərar olan bu yeni nizam Ermənistanı revanşist xəyallardan tamamilə uzaqlaşmağa və sülh müqaviləsini ən qısa zamanda imzalayaraq bu reallığı hüquqi cəhətdən də rəsmiləşdirməyə məcbur edir. Paşinyan hökuməti seçkidən sonra əldə etdiyi siyasi mandatı və Azərbaycanın təqdim etdiyi geoiqtisadi fürsətləri daxili revanşist təzyiqlərə, xarici manipulyasiyalara qurban vermədən regional sülhün və ölkəsinin gələcək iqtisadi rifahının əsas təminatına çevirməlidir. 


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

18:16
28 İyul

“Sabah” fransalı futbolçunu tanınmış kluba satıb

18:09
28 İyul

Yaponiya Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlıdır

18:02
28 İyul

Yaponiya parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də

17:54
28 İyul

Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldirlər 

17:47
28 İyul

Türk ekspert: Orta Dəhliz və Zəngəzur dəhlizi Asiya-Sakit okean ölkələri üçün Hörmüz boğazına alternativ ola bilər

17:40
28 İyul

KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

17:33
28 İyul

Qaradağ rayonunda ağsaqqallarla görüş keçirilib

17:31
28 İyul

Magistratura üzrə respublika birincisi AzTU-nu seçib

17:26
28 İyul

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq

17:21
28 İyul

Orta Dəhlizlə Britaniyaya ilk dəfə yük göndərilib

17:19
28 İyul

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir

17:12
28 İyul

Azərbaycanın xalq təbabəti və etnobotaniki irsi: aterosklerozun müalicəsində istifadə olunan dərman bitkiləri

15:58
28 İyul

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

15:51
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!