08 Yanvar 2026 08:25
287
İQTİSADİYYAT
A- A+
İqtisadi reallığa uyğun olmayan ticarət dövriyyəsi

İqtisadi reallığa uyğun olmayan ticarət dövriyyəsi


"Bilirsiniz, mən dəfələrlə Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, guya bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə deyirəm: "ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın". Rusiya-Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir".

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, bu, sanksiyalardan yayınma mexanizmidir - onların dediyi kimi, paralel idxal və ya "boz zona" idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. 

Əslində, Qərbin bu addımı heç də təəccüblü deyil. Ermənistanın etdiklərini görməzdən gəlmək, ona daim arxa-dayaq durmaq Avropanın ən ümdə "vəzifə"lərindəndir. Amma hər kəsə də bəllidir ki, Ermənistan iqtisadiyyatı real şərtlərlə ticarət dövriyyəsini bu həddə çatdıra bilmək iqtidarında deyil.

İqtisadçı ekspert Eldəniz Əmirov qəzetimizə açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında münaqişə başlayana qədər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsinin yarısına bərabər olub: "Ukrayna-Rusiya müharibəsi başlayandan, Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyi dövrdən etibarən Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi kəskin artmağa başladı. Bu artım o həddə çatdı ki, Azərbaycan və Rusiya arasında olan ticarət dövriyyəsini 5 dəfəyə qədər üstələdi. Beləliklə, 2024-cü ildə ticarət dövriyyəsi 15,4 milyard dollara çatdı. Bu, Ermənistan kimi ölkə üçün fantastik göstəricidir". 

E.Əmirov qeyd edib ki, ticarət dövriyyəsinin bu qədər yüksəlməsinə əsas səbəb Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasına xidmət etməsidir. Bu xidmətin  isə Ermənistan iqtisadiyyatına müsbət təsirləri olub, çünki rəsmi İrəvan bilavasitə üçüncü ölkə olaraq "reexport" edib. 

Ekspert vurğulayıb ki, 2022-ci ildən bəri Avropa İttifaqı üçün vacib məsələlər enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik, sosial problemlər, demokratik göstəricilər olduğundan Ermənistanın bu əməli arxa plana keçib: "Bu kontekstdə Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasına xidmət etməsi Qərbin diqqətindən kənarda qalıb. Son dövrlər bir çox ölkəyə, o cümlədən Ermənistana konkret maneələr formalaşdırılıb. Bunun da məntiqi nəticəsi olaraq 2025-ci ildən Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi azalır". 

E.Əmirov düşünür ki, qarşıdakı dönəmdə bu göstərici azalma istiqamətində davam edərək 5 milyard dollara qədər enəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!