24 May 2024 09:55
2086
Səhiyyə
A- A+

İqlim dəyişiklikləri insan orqanizminə təsirsiz ötüşmür

 

Hazırda dünyanın qlobal problemlərindən biri iqlim dəyişiklikləridir. Bu problem ekstremal hava hadisələri, quraqlıq, su ehtiyatlarının və biomüxtəlifliyin azalması kimi fəlakətlərin artması ilə daha da güclənib. 
Hesabatlara görə, son yüz ildə Yer kürəsində orta temperatur 0.8, Azərbaycanda isə 0.4-1.3 dərəcəyə qədər yüksəlib. Okeanların səthi min metr dərinliyə qədər isinirdisə, artıq bu göstərici iki min metr dərinliyə qədər çatır. Bu da dünya əhalisinin sağlamlığına və biomüxtəlifliyə təsirsiz ötüşmür. Bir müddət öncə mütəxəssislər tərəfindən aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdu ki, təbiətdə baş verən ekoloji problemlər insanların psixologiyasına mənfi təsir göstərir, bu fonda baş verən hormonal və bioritmik dəyişikliklər emosional, həssas insanların şikayətlərini artırır. Bu hal qəfil dəyişikliklərə tez uyğunlaşa bilməyən insanlarda daha çox müşahidə edilir.
İndi isə alimlər iqlim dəyişikliyinin bəzi beyin xəstəliklərinin artmasına səbəb olduğu qənaətinə gəliblər. ABŞ-nin Kaliforniya Universitetinin tədqiqatçıları qlobal istiləşmənin narahatlıq, depressiya və şizofreniya da daxil olmaqla, bir sıra  zehni xəstəliklərə təsirini təhlil ediblər. Mütəxəssislər qrupu insult, miqren, meningit, epilepsiya, şizofreniya, altsheymer və parkinson kimi xəstəliklərin simptomlarının temperaturun artması ilə daha da şiddətləndiyini vurğulayıblar. Eyni zamanda bildiriblər ki, iqlim dəyişikliyi qan dövranını pozaraq, işemiya riskini artırır. Havanın temperaturu yüksəldikcə xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayının artdığı müşahidə edilir.
Tədqiqatda iştirak edən mütəxəssislər onu da bildiriblər ki, demensiya diaqnozu qoyulan insanlara ekstremal temperatur və hava dəyişiklikləri daha tez təsir edir. Belə ki, idrak pozğunluğu davranışı ətraf mühitdəki dəyişikliklərə uyğunlaşdırmaq qabiliyyətini məhdudlaşdırır. Normadan artıq temperaturda baş verən ölümlərin 20 faizinin məhz beyin xəstəliklərindən qaynaqlandığı sübut edilib.
İqlim dəyişikliyi insanlarda başağrısı, yuxusuzluq, başgicəllənmə, hərəkət pozulmaları, həyəcan, əl və qol nahiyələrində keyimə hissini artırır. Bəzən də gücsüzlük və müvazinətin pozulması kimi şikayətlər qeydə alınır. Mütəxəssislərin  qənaətinə görə, gecə saatlarında havanın temperaturunun yüksək olması yuxunu pozmaqla insanın beyin sisteminə mənfi təsir göstərir.
İqlim dəyişikliklərinin yaratdığı problemlərin insan sağlamlığına fəsadlarını minimuma endirmək, sağlam mühitdə yaşamaq üçün hər kəs üzərinə düşən məsuliyyəti yerinə yetirməli və gələcək nəsillərin ekoloji problemsiz dünyada yaşamaları üçün əlindən gələni etməlidir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video