11 Avqust 2026 01:08
1401
Fərmanlar
A- A+
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 

2-ci maddəsinin birinci hissəsinin qırx ikinci (hər iki halda), qırx üçüncü, qırx doqquzuncu, əlli birinci və əlli üçüncü abzaslarında, 14-cü maddəsinin səkkizinci hissəsində, 14-3.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-3.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 14-3.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 14-3.4-cü (hər iki halda), 14-3.5-ci, 14-3.6-cı (hər iki halda), 14-3.7-ci, 14-4.1-ci, 14-4.2-ci maddələrində, 14-4.3-cü maddəsinin üçüncü cümləsində, 

20-7.5-ci maddəsinin birinci cümləsində (hər iki halda), 20-7.8-ci maddəsində, 20-7.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 20-8.2-ci maddəsinin birinci cümləsində, 20-8.3-cü maddəsində, 20-8.8-ci maddəsinin birinci cümləsində, 20-8.10-cu, 20-8.11-ci maddələrində, 20-8.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 20-8.17-civə 20-10.1-ci maddələrinin birinci cümlələrində, 20-10.6-cı və 20-11.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14-4.2-ci maddəsində və 20-7.10-cu maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 14-cü maddəsinin səkkizinci hissəsində və 20-7.5-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.4. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin əlli üçüncü abzasında, 14-3.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-3.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 14-3.3-cü maddəsinin ikinci cümləsində (birinci halda), 14-3.4-cü (ikinci halda), 14-3.6-cı (ikinci halda), 

14-4.1-ci maddələrində və 14-4.3-cü maddəsinin üçüncü cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 14-3.2-ci maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində, 14-3.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 14-3.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 14-3.4-cü (birinci halda), 14-3.5-ci və 14-3.6-cı (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin qırx üçüncü abzasında və 20-7.5-ci maddəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;

1.8.  həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin qırx ikinci abzasında (birinci halda), 20-7.8-ci maddəsində, 20-8.17-ci maddəsinin birinci cümləsində və 20-10.1-ci maddəsinin birinci cümləsində"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (kritik informasiya infrastrukturuna münasibətdə) və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;

1.9. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin qırx ikinci (ikinci halda), qırx doqquzuncu və əlli birinci abzaslarında, 20-8.2-ci maddəsinin birinci cümləsində, 20-8.3-cü maddəsində, 20-8.8-ci maddəsinin birinci cümləsində, 20-8.10-cu, 20-8.11-ci maddələrində, 20-8.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 20-10.6-cı və 20-11.4-cü maddələrində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.10. həmin Qanunun 14-3.7-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-4.2-ci maddəsinə uyğun olaraq, tənzimləyici test mühitinin həyata keçirilməsi qaydalarına, o cümlədən onda iştirak edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi, tənzimləyici test mühitinin maksimum müddəti və normativ hüquqi aktların tələblərindən istisnaların tətbiqi qaydasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanunun 20-7.10-cu maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət orqanlarına (qurumlarına) məxsus (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri istisna olmaqla), habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi qaydalarına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq etsin:

2.3.1. həmin Qanunun 14-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq, dövlət informasiya ehtiyatları və sistemlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus informasiya ehtiyatları və sistemləri, eləcə də kritik informasiya infrastrukturu, Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin (dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizlik meyarları üzrə monitorinqinin və auditinin aparılması, habelə informasiya təhlükəsizliyi üzrə rəy verilməsi qaydalarını;

2.3.2. həmin Qanunun 20-7.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi tələbləri;

2.4. həmin Qanunun 20-7.1-ci maddəsində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) təklifləri əsasında həmin orqanlar (qurumlar) tərəfindən kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin təşkilininvə ya müəyyən edilməsinin maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün;

2.5. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra - EHİS) və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinin, eləcə də fərdi məlumatların mühafizəsinin təmin edilməsi məqsədilə bu Fərmanın 2.3.1-ci yarımbəndində qeyd edilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:

3.1. EHİS-ə və "Hökumət buludu"na inteqrasiya edilən və miqrasiya olunan dövlət informasiya ehtiyatları və sistemləri üzrə aparılan monitorinq və auditin nəticələri, habelə informasiya təhlükəsizliyi üzrə verilən rəylərin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən məlumat üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edilməsi;

3.2. EHİS-ə və "Hökumət buludu"na inteqrasiya edilən və miqrasiya olunan dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyinin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə həyata keçirilməsi.

4. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 20-7.1-ci maddəsində nəzərdə tutulan dövlət orqanları (qurumları) kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərininvə təhlükəsizlik əməliyyatları mərkəzlərinin həmin Qanunun tələblərinə uyğun olaraq təşkili və həmin Qanunun 20-8.3-cü maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsi üçün bir il müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 20-8.3-cü maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsi üçün bir il müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

6. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390 (Cild I); 2024, № 7, maddə 808) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.1."İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin iyirmi səkkizinci, iyirmi doqquzuncu, qırx ikinci (hər iki halda), qırx üçüncü, qırx doqquzuncu, əlli birinci və əlli üçüncü abzaslarında, 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsinin ikinci cümləsində, yeddinci hissəsinin birinci və ikinci cümlələrində, səkkizinci hissəsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 14-2.4-cü maddəsində, 14-3.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-3.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 14-3.3-cü maddəsinin ikinci cümləsində (hər üç halda), 14-3.4-cü (hər iki halda), 14-3.5-ci, 14-3.6-cı (hər iki halda), 

14-3.7-ci, 14-4.1-ci, 14-4.2-ci maddələrində, 14-4.3-cü maddəsinin üçüncü cümləsində, 20-1.3-cü maddəsində, 20-2.2-ci maddəsinin birinci cümləsində, 20-2.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 20-4.1-ci, 20-6.5-ci maddələrində, 20-7.5-ci maddəsinin birinci cümləsində (hər iki halda), 20-7.8-ci maddəsində, 20-7.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 20-8.2-ci maddəsinin birinci cümləsində, 20-8.3-cü maddəsində, 20-8.8-ci maddəsinin birinci cümləsində, 20-8.10-cu, 20-8.11-ci maddələrində, 20-8.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 20-8.17-ci və 20-10.1-ci maddələrinin birinci cümlələrində, 20-10.6-cı və 20-11.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

6.2.  2.1-1-ci və 2.1-2-ci bəndlər müvafiq olaraq 2.1-2-ci və 2.1-3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin Qanunun 14-4.2-ci maddəsində və 20-7.10-cu maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";

6.3.  2.1-2-ci, 2.4-cü və 2.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"2.1-2. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin iyirmi doqquzuncu abzasında,14-cü maddəsinin səkkizinci hissəsində,14-2.3-cü maddəsinin birinci cümləsində (ikinci halda), 20-1.3-cü maddəsində, 20-2.2-ci maddəsinin birinci cümləsində, 20-2.3-cü maddəsinin ikinci cümləsində, 

20-4.1-ci maddəsində və 20-7.5-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş "orqanın (qurumun)" səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;";

"2.4. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin əlli üçüncü abzasında, 14-cü maddəsinin dördüncü hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 

14-2.4-cü maddəsində, 14-3.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-3.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 14-3.3-cü maddəsinin ikinci cümləsində (birinci halda), 14-3.4-cü (ikinci halda), 14-3.6-cı (ikinci halda), 14-4.1-ci maddələrində və 14-4.3-cü maddəsinin üçüncü cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin qırx üçüncü abzasında, 14-cü maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində, 14-1.2-ci maddəsinin ikinci cümləsində və 20-7.5-ci maddəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;";

6.4. aşağıdakı məzmunda 2.6 - 2.10-cu bəndlər əlavə edilsin:

"2.6. həmin Qanunun 14-3.2-ci maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində, 14-3.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 14-3.3-cü maddəsinin ikinci cümləsində (üçüncü halda), 14-3.4-cü (birinci halda), 

14-3.5-ci və 14-3.6-cı (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin qırx ikinci abzasında (birinci halda), 20-7.8-ci maddəsində, 20-8.17-ci maddəsinin birinci cümləsində və 20-10.1-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (kritik informasiya infrastrukturuna münasibətdə) və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;

2.9. həmin Qanunun 2-ci maddəsinin birinci hissəsinin qırx ikinci (ikinci halda), qırx doqquzuncu və əlli birinci abzaslarında, 20-8.2-ci maddəsinin birinci cümləsində, 20-8.3-cü maddəsində, 20-8.8-ci maddəsinin birinci cümləsində, 20-8.10-cu, 20-8.11-ci maddələrində, 20-8.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 20-10.6-cı və 20-11.4-cü maddələrində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Qanunun 14-3.7-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi nəzərdə tutulur.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:40
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!