05 Noyabr 2024 08:05
682
SİYASƏT
A- A+
İlham Əliyevin Zəfər salnaməsi

İlham Əliyevin Zəfər salnaməsi


Azərbaycan xalqı böyük tarixi məqamın ərəfəsindədir. İkiəsrlik münaqişəyə və 30 illik savaşa son qoyan möhtəşəm Zəfərin dördüncü ildönümünü mühüm nailiyyətlər silsiləsi, davamlı uğurlar və müsbət inkişaf göstəriciləri ilə qeyd edirik. 

Ən əsası isə artıq ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşu tam təmin edilən, torpaqlarında nə bir separatçı qüvvə, nə də yad silahlı qoşun qalan qüdrətli Azərbaycanın vətəndaşı olmaq qüruru hər bir sakinimizin iftixar mənbəyidir.

İşğalçı Ermənistan üzərində tarixi Qələbəmiz həm də milli yaddaşın qızıl fondudur. Bu möhtəşəm Qələbə əbədiyyətədək davam edəcək qüdrət, ucalıq rəmzimizdir. Azərbaycan xalqı və dövləti bu böyük zəfərə doğru 1993-cü ilin 15 iyunundan - Qurtuluş Günündən etibarən fədakar, cəsur bir yol yürüdü. 

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xətti nəticə etibarilə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının misilsiz hərbi, siyasi və diplomatik qüdrəti hesabına Şuşada, Xankəndidə bayrağımızın dalğalanması ilə nəticələndi. 

Prezident İlham Əliyev bu illər ərzində Azərbaycanın həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Azərbaycanı rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirdi. Respublikamız regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu. Azərbaycanı inamla irəli aparan Prezident İlham Əliyevin hakimiyyət illəri birmənalı olaraq ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada söz sahibinə çevrilməsi ilə xarakterikdir.

Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" dediyi və xalqımızın Ümummilli Liderin layiqli davamçısı kimi qəbul etdiyi cənab İlham Əliyevin prezidentlik fəaliyyəti, əslində, bütün millətin inamının, etimadının uğurla gerçəkləşməsinin təntənəsidir. Dövlət başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq ölkə rəhbərinin fəaliyyət və həyat fəlsəfəsidir. 

Cənab İlham Əliyevin 21 illik missiyası nəticəsində tarixin ən qüdrətli Azərbaycanı formalaşıb. Respublikamız öz tarixinin ən şanlı dövrünü yaşayır. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır. Prezidentlik amalı qurub-yaratmaq, xalqını daha xoş günə, firavan həyata qovuşdurmaqdır. Ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. 

Qürur duyuruq ki, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ölkə rəhbəri dövlətimizi və xalqımızı daha böyük zəfərlərə daşıyacaq layihələrə, strateji qərarlara imza atır. Onun Azərbaycanın iqtisadiyyatında, elmində, təhsilində, səhiyyəsində, idmanında qazandığı zəfərlərini vətəndaşımız öz həyatında aydın hiss edir. 

Azərbaycan xalqının tarixinə ən parlaq Qələbəni də məhz Müzəffər Ali Baş Komandan olaraq İlham Əliyev yazdı. Torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 20 sentyabr 2023-cü ildə lokal antiterror tədbirlərinin uğurlu nəticəsi tariximizin ən ali zirvəsidir. Bu əvəzolunmaz nailiyyət həm də Ermənistanın işğal altında saxladığı ərazilərimizə Böyük qayıdışı başlatdı. 

Vətən müharibəsindən antiterror əməliyyatınadək olan dövrdə həyata keçirilən siyasət də böyük uğurla nəticələndi. Azərbaycan Ermənistanda olan revanşistlərin və onları dəstəkləyənlərin yeni müharibə arzusunun reallaşdırılmasına yol vermədi, Azərbaycanın yeni müharibəyə cəlb edilməsinin qarşısını aldı, strateji məqsədə lokal terror əməliyyatı ilə nail oldu.

Prezident İlham Əliyevin müəllifi olduğu Zəfər salnaməsinin digər mühüm tarixi məqamları da var. 2023-cü il aprelin 23-də Həkəri çayının üzərində Azərbaycanın "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüzün tam bərpasına nail olundu. Böyük zəfərdən sonra və uğurlu antiterror tədbirlərinədək də Azərbaycan Silahlı Qüvvələri qələbə ilə nəticələnən çoxsaylı hərbi əməliyyatlar həyata keçirdi. Bu il həmçinin Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin geri qaytarılması və sülhməramlı missiya tərkibindəki rus silahlılarının ölkəmizi vaxtından bir neçə il əvvəl tərk etməsi də qətiyyətli siyasətin nəticələridir.

Bir məqama da toxunaq. Vətən savaşı Prezident İlham Əliyevin hərbi sərkərdəlik məharətini üzə çıxarmaqla yanaşı, onun diplomatiya sahəsində də böyük peşəkar olduğunu təsdiqlədi. Hərbi əməliyyatlara şəxsən nəzarət edən, döyüşən orduya tapşırıqları birbaşa özü verən Müzəffər Ali Baş Komandan həm də diplomatiya müstəvisində çevik siyasəti ilə ustad dərsi keçdi. Müharibə dövründə xarici KİV-ə 30-dan çox müsahibə verməsi ilə dövlət başçımız münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük dönüş yaratdı. 

Prezident İlham Əliyev Vətən savaşında qazandığı zəfərlə həm də tarixi ədaləti bərpa etdi. ATƏT-in Minsk qrupunun onilliklər boyu görməzdən gəldiyi münaqişəni bir həmləylə həll etdi. BMT-nin həyata keçirməli olduğu missiyanı, dörd qətnamənin icrasını özü təmin etdi. Ermənistanın silahlı qüvvələrinin darmadağın edilməsi, düşmənin təslim aktını imzalaması Qafqazda tarixi münaqişəni sonlandırdı. Antiterror tədbirlərinin nəticəsi və Qarabağdakı qondarma qurumun özünü ləğv etməsi ilə dünyada çox az rastlanan bir hadisə  baş verdi - separatçı rejim məhv edildi. 

Bununla da Azərbaycan dövləti bütün torpaqları üzərində tam suverenliyini bərqərar etmiş oldu. Unutmayaq ki, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa edə bilmiş çox azsaylı ölkələrdəndir. 

Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Müzəffər Ali Baş Komandan Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlət başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".

Qarabağdakı tam və qəti qələbə cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin məntiqi nəticəsidir. Prezident indi həm dayanıqlı və etibarlı sülhü təmin edəcək müqavilənin imzalanması üçün qətiyyətli fəaliyyət göstərir, həm də Böyük qayıdışın uğurla reallaşmasını müdrikliklə təmin edir. 

Böyük qayıdışla bağlı həyata keçirilən prosesdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri, böyük töhfələri var. Mehriban xanımın birbaşa təşəbbüsü ilə aparılan abadlıq, quruculuq, yenidənqurma işləri Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişməklə yanaşı, möhtərəm Prezidentimizin fəaliyyətinə böyük təkan, əlahiddə yardımdır. Mehriban xanım Əliyeva həm də şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. 

Postmüharibə dövründə Böyük qayıdış dövlətin ən mühüm prioritetlərindəndir. Həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin bərpa və inkişafı, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və digər bu kimi hadisələrlə dünya şahid oldu ki, Azərbaycan qurucu dövlətdir, öz suveren ərazilərinin tam sahibidir. 

Prezident İlham Əliyevin Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada, Ağdərədə, Xocalıda, Xankəndidə dalğalandırdığı Zəfər bayrağı artıq bütövləşən Azərbaycanda milli dövlətçiliyin formalaşmasının və əsas hədəflərin reallaşmasının təsdiqidir.

Bu zəfər təəssüratları altında Azərbaycan öz tarixinin növbəti bir ilk hadisəsinə hazırlaşır. Respublikamızda ilk dəfə olaraq 100 minə yaxın xarici təmsilçinin iştirak edəcəyi qlobal konfrans keçiriləcək. 

Gələn həftə başlayacaq BMT-nin İqlim Dəyişimələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  - COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Bakı - Azərbaycan iki həftə ərzində dünyanın mərkəzinə çevriləcək. Göründüyü kimi, Prezident İlham Əliyev bu istiqamətdə də dünyada ən mükəmməl örnəklərdən birini yaradır.

Azərbaycanın Zəfər salnaməsi isə yeni nailiyyətlərlə, uğurlarla, daha sanballı səhifələrlə yazılır! 


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!