13 Avqust 2024 08:15
1148
SİYASƏT
A- A+
İlham Əliyev Mərkəzi Asiya ölkələrinə çağırış etdi

İlham Əliyev Mərkəzi Asiya ölkələrinə çağırış etdi

 

Azərbaycan birgə təşəbbüsləri dəstəkləməyə hazırdır

 

Ötən həftə Prezident İlham Əliyev Qazaxıstana səfər edərək Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq kimi iştirak etdi. Bu, Azərbaycan Prezidentinin son iki ildə Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16-cı səfəri idi. Təkcə bu iki məqama diqqət etsək, əsl reallığı bir daha görmüş olarıq. 
Öncə Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görərik ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində layiqli yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və bu gün də onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dvidendlər qazandırır. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də beynəlxalq aləmdə şəxsi nüfuzunun artmasına gətirib çıxarır. Yəni bu gün elə bir beynəlxalq toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin mərasimə dəvət edilməsin. 
İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq kimi iştirakı, çıxış edərək təkliflər səsləndirməsi də bir daha göstərdi ki, Azərbaycanın Avrasiya məkanında mövqeyi getdikcə möhkəmlənir. Bu həm də dövlət başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə verdiyi töhfələrinə yüksək qiymətin bariz nümunəsidir. 
Görüşdə çıxış edən İlham Əliyevin son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 səfər etməsi, bu regionun dost və qardaş ölkələrinin liderlərinin Azərbaycana 15 dəfə səfər etmələri ilə bağlı fikirləri də diqqətçəkən məqam oldu. Ümumilikdə götürdükdə qarşılıqlı 31 səfər ilk növbədə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əmakdaşlığa, münasibətlərin inkişafına verdiyi önəmin göstəricisidir. Əlbəttə ki, bu səfərlər zamanı aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar müxtəlif istiqamətlərdə əlaqələrin daha da şaxələnməsi üçün real zəmin yaradır. 
Prezident İlham Əliyev Azərbaycanın noyabr ayında evsahibliyi edəcəyi möhtəşəm beynəlxalq konfransa - COP29-a hazırlıqlar barədə məlumat verərək təklif də səsləndirdi: "Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır".
Ən önəmlisi isə odur ki, bu gün Azərbaycan imkanlarını daha da genişləndirərək Avropa ilə Asiya arasında etibarlı tranzit habına çevrilməkdədir. Yəni Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Şərq-Qərb marşrutu üzrə etibarlı tranzit ölkədir. 
Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı dərinləşdikcə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhlizin) əhəmiyyəti bir qədər də artacaq. Çünki bu gün Asiyadan Avropaya və ya əksinə işləyən marşrutların ən qısa yolu Azərbaycandan keçir. Ölkəmiz isə bu inkanlarını daha da genişləndirməklə dəhlizin cəlbediciliyini artırır. Bu imkanları İlham Əliyev Qazaxıstan görüşündə bir daha Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşündə diqqətə çatdırıb. Prezident deyib  ki, qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Onu da vurğulamalıyıq ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız tranzit daşımalarla yekunlaşmır. Bu gün tranzit yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Növbəti mərhələ isə Mərkəzi Asiya respublikalarında istehsal olunan alternativ enerjinin Azərbaycan ərazisindən Avropaya ixracını təmin etməkdən ibarətdir. Qara dənizin dibi ilə Şərqi Avropaya elektrik enerjisinin ixracını həyata keçirməklə Azərbaycan yenə də mühüm tranzit ölkə olacaq. Avropa İttifaqı texniki əsaslandırma işləri üçün 2,5 milyon dollar vəsait ayırıb. Dünya Bankı isə layihənin reallaşmasına 75 milyon dollar ayırmaq niyyətini açıqlayıb.
Əlbəttə ki, Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" əhəmiyyətli inkişaf layihəsidir. Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsini nəzərdə tutan bu layihə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcək.
Beləliklə, Azərbaycan Mərkəzi Asiyadan yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasında iştirak etməklə yanaşı, həm də bu regionda istehsal olunan alternativ enerjinin Avropaya nəqlində əhəmiyyətli tranzit dövlət kimi çıxış edəcək. Bu baxımdan Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində yürütdüyü siyasət ölkəmizin milli maraqlarına cavab verməklə bərabər, həm də milli iqtisadiyyatın daha da inkişafına böyük töhfə verəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!