20 Dekabr 2024 08:15
111
SİYASƏT
A- A+
İlham Əliyev Ermənistana xəbərdarlıq etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi


"Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar"


Azərbaycan-Ermənistan münasibətlərinin İkinci Qarabağ müharibəsindən sonra normallaşması, bir-birilərinin ərazi bütövlüyünü tanımaqla tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda sabitlik və regional inkişaf üçün əsas şərtlərdən biridir. Elə bu səbəbdən Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh müqaviləsinin imzalanması ilə qarşılıqlı əməkdaşlığa start verilməsi üçün Ermənistana müraciət edib və digər zəruri addımlar atıb.

Belə bir şəraitdə Nikol Paşinyan iqtidarının siyasi iradə nümayiş etdirərək sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar atması, Azərbaycanın bu xüsusda təkliflərinə müsbət cavab verməsi Ermənistana daha çox gərəkdir. Amma Azərbaycandan fərqli olaraq Ermənistanın atdığı addımlar onun sülhdən yayındığını aydın göstərir. Yəni İrəvan ona verilən şansı belə dəyərləndirə bilmir. Xüsusilə Qərb Ermənistanı sürətlə silahlandırıb revanşist əhvali-ruhiyyəni qızışdırmaqla Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına mane olur.

Dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir: "Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik".

Ali Baş Komandan Ermənistana və onun havadarlarına bir daha xəbərdarlıq edərək vurğulayıb ki, məğlub ölkə və ona dəstək verənlər İkinci Qarabağ müharibəsindən keçən dörd il  ərzində "dəmir yumruğ"un qətiyyətini, gücünü əyani şəkildə görüblər. Azərbaycan Ordusunun qəhrəman oğulları həm Vətən müharibəsi, həm də savaşdan sonrakı dövrdə dəfələrlə bu torpaqların əsl sahiblərinin kim olduqlarını göstəriblər. Ona görə də Azərbaycan heç kimə imkan verməz ki, ərazisində kimsə "at oynatsın": "Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik".

Sülh müqaviləsini imzalamayacağı təqdirdə qarşıdakı dövrdə Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Görülən bütün tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. 

Bir sözlə, Ermənistandakı durum onu deməyə əsas verir ki, hazırda məğlub ölkə acınacaqlı durumdadır. İqtisadi cəhətdən  tənəzzülə uğrayan Ermənistan müharibədə ordusunun da darmadağın olması ilə tamamilə çöküb. Buna baxmayaraq, Ermənistan hakimiyyəti Qərbdəki bəzi siyasi dairələrə sığınıb sərsəm fikirlər səsləndirir.

Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev seçim üçün Ermənistanın siyasi rəhbərliyinə növbəti dəfə şans verir. İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. Bütün baş verənlərə baxmayaraq, Azərbaycan istənilən halda sülh müqaviləsinin imzalanmasına nail olacaq. Bu, kimsənin müqavimət göstərə bilməyəcəyi qarşısıalınmaz prosesdir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlk şəffaf ekranlı naqilsiz televizor satışa çıxıb

15:01
20 Dekabr

Məntiqli süni intellekt təqdim edilib

14:55
20 Dekabr

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

14:34
20 Dekabr

Braziliya məktəblərində mobil telefondan istifadə qadağan edilib

14:15
20 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

14:13
20 Dekabr

Baş Prokurorluğa yeni səlahiyyət verilir

14:12
20 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

13:41
20 Dekabr

Gürcüstanda etiraz aksiyaları zamanı 171 polis əməkdaşı xəsarət alıb

13:40
20 Dekabr

Yunanıstan Türkiyəyə 1000-dən çox qədim sikkə qaytarıb

13:37
20 Dekabr

İlin əvvəlindən Darien Gap bölgəsində 55 nəfər həlak olub

13:24
20 Dekabr

Aİ Suriyadakı siyasi dəyişikliklərə yanaşmasını formalaşdırıb

13:24
20 Dekabr

Ankara ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalarından zərər çəkməyəcək

13:23
20 Dekabr

WSJ: Cozef Baydenin müşavirləri dörd il ərzində ona “nəzarət ediblər”

13:09
20 Dekabr

Səfir: Çin və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 3,1 milyard ABŞ dollarına çatıb

12:47
20 Dekabr

Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

12:25
20 Dekabr

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılacaq  

11:58
20 Dekabr

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçiriləcək - EKSKLÜZİV

11:56
20 Dekabr

Bu ilin 11 ayında 174 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

11:52
20 Dekabr

Şəkidə “Yaşıl dünya naminə həmrəylik” düşərgəsi 

11:45
20 Dekabr

“Sülh quruculuğu təşəbbüsünə dair Beynəlxalq Gənclər Forumu”

11:42
20 Dekabr

IV Azərbaycan karyera inkişaf forumu keçirilib

11:33
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!