06 Oktyabr 2022 11:14
1027
Mədəniyyət
A- A+
İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirilib  

İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirilib  

 

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk tarixçi, böyük elm xadimi İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda İlber Ortaylı Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında çıxış edib. O çıxışında bildirib ki, Türkiyə və Azərbaycan arasında həmişə dostluq, qardaşlıq olub. Bu baxımdan Türkiyə ilə Azərbaycan birliyi siyasi birlik baxımından bir araya gələn ölkələr deyil, ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib məkanlardır. Bu iki dövləti birləşdirən bir çox dəyərlər, mənəvi bağlar var.

İlber Ortaylı çıxışında türk ədəbiyyatı və tarixi ilə bağlı bir çox konseptual məqamlara toxunub. Alim XIV–XV əsrlərdə yaşamış hürufizm tərəfdarı İmadəddin Nəsimidən bəhs edərkən Nəsiminin ədəbi dili zənginləşdirmək üçün danışıq dilində və şifahi xalq ədəbiyyatındakı bənzətmə, kəlam və deyimlərdən istifadə etdiyini vurğulayıb, Nəsiminin müasirləri Mustafa Zərir, Qazi Bürhanəddin, Şah Qasım Ənvar və Cəlali sultanı Qiyasəddin Əhmədin türk dilində yazdıqlarını qeyd edib.

Alim bildirib ki, XVI əsrdə Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü inkişafın bu mərhələsində Azərbaycan türk dilinin və ədəbiyyatının tarixində ən parlaq dövr hesab edilir. Şah İsmayıl "Xətai" ləqəbi ilə əsasən, Azərbaycan dilində, qismən fars dilində yazmışdır. Şah İsmayıldan başlayaraq təqribən bir əsr boyunca Səfəvi imperiyasında Azərbaycan dili sarayda, orduda və məhkəmədə istifadə edilib. Dövrün qızılbaş eliti linqvistik ideologiya və Azərbaycan dilində ədəbiyyatın inkişafına öz töhfəsini verib. Bu dövrdə İraqda yaşamış azərbaycanca, farsca, ərəbcə yazan Məhəmməd Füzuli Azərbaycan poeziyasının klassiki hesab edilir.

Daha sonra tarixçi alim ona ünvanlanan sualları cavablandırıb, iki qardaş ölkənin tarixi-ədəbi mətnlərini ortaq ədəbiyyat kontekstindən təhlil predmetinə çevirib.

Görüş İlber Ortaylının təqdim etdiyi yeni kitabını imzalamaqla başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!