06 Noyabr 2024 09:00
3357
Təhsil
A- A+
İlahiyyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac var

İlahiyyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac var


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində 5-6 noyabr tarixlərdə keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə cəfərilərinin rəhbəri Səlahaddin Özgündüz Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib, ali təhsil müəssisəsinin tələbə və müəllim kollektivi ilə görüşüb.

Aİİ rektoru, dosent Aqil Şirinov görüşdə çıxış edərək Səlahaddin Özgündüzü Aİİ-də görməkdən məmnun olduğunu bildirib, qonağa ali təhsil müəssisəsi haqqında məlumat verib.  Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayan A.Şirinov tarixin bütün dövrlərində xalqlarımızın bu məqama şahidlik etdiklərini diqqətə çatdırıb. 

İnstitutun rəhbəri Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanında qardaş Türkiyə xalqının və dövlətinin göstərdikləri mənəvi dəstəyi xüsusi qeyd edib. Rektor, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğunun dövlətlərimiz arasında əlaqələrin inkişafında əvəzsiz rol oynadığından bəhs edib.

Rektor daha sonra "Dünya dinləri "yaşıl planet" uğrunda" şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışıb. Səlahaddin Özgündüz çıxışında vurğulayıb ki, ilahiyyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac olur. İctimai elmlərin və xüsusən də ilahiyyatın əhəmiyyətinə diqqət çəkən qonaq qeyd edib ki, müasir dünyanın mənəvi problemlərinin həlli sahəsində səylə çalışacaq ziyalılara, ilahiyyatçılara, mütəfəkkirlərə, cəmiyyətin önündə gedən insanlara tələbat var. O, XXI əsrdə islami elmlərdə dərin araşdırma aparacaq ziyalıların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb.

S.Özgündüz Azərbaycan İlahiyyat İnstitutunda məzhəblərüstü tədrisin əhəmiyyətini diqqətə çatdırıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

12:05
08 Noyabr

Ağdamın Kəngərli kəndində bazarın açılışı olub, Zəfər yarmarkası keçirilib  

11:56
08 Noyabr

Mesut Gülaçtı: Qarabağ Zəfəri Türk dünyasının birliyinin və qardaşlığının simvoludur  

11:55
08 Noyabr

Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

11:52
08 Noyabr

“Apple” və “Google”dan milyard dollarlıq süni intellekt əməkdaşlığı  

11:36
08 Noyabr

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir  

10:52
08 Noyabr

Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik  

10:50
08 Noyabr

Azərbaycanın tamblinq millisi dünya çempionu olub  

10:49
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!