05 Mart 2024 09:25
377
İDMAN
A- A+
İdmançılarımız yeni zirvələr fəth edirlər

İdmançılarımız yeni zirvələr fəth edirlər

 

Azərbaycan gəncliyi, idmançısı üzərinə düşən missiyanı, ona həvalə edilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. 
Çünki ona hərtərəfli qayğı və diqqət göstərilir, idmanın inkişafına ciddi fikir verilir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan  azsaylı ölkələrdəndir ki, idman gününü təsis edib. Belə ki, 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  5 mart tarixi ölkəmizdə "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd olunur. 
Xatırladaq ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni bir mərhələnin əsasını qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüş keçirib və bundan sonra ölkəmizdə İdman Fondu yaradılıb. Bu tarixin əbədiləşdirilməsi məqsədilə Azərbaycanda idman gününün təsis olunması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Sevindirici haldır ki, bu gün Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin turnirlərdə qazandığı yüksək nəticələr ölkəmizə böyük imic qazandırıb. Bu bayram günündə idmanımızın ötən bir ildə keçdiyi yola nəzər salsaq, böyük nailiyyətlər qazanıldığını görərik.
Ümumiyyətlə, 2023-cü il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. İdmançılarımız Avropa Oyunları, MDB Oyunları kimi mötəbər turnirlərdə qüvvələrini sınayıblar. Əsas millilərlə yanaşı, yeniyetmələr, gənclər və veteranlar da beynəlxalq turnirlərdə uğurlu çıxışlarla yadda qalıblar. 
Ötən il Azərbaycan 3 dünya çempionatına evsahibliyi edib. Bakıda taekvondo üzrə 26-cı, atıcılıq üzrə 53-cü və hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı təşkil edilib. Həmçinin idman gimnastikası, bədii gimnastika, şahmat üzrə Dünya Kuboku, "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün idmançılar ölkəmizdə səfərdə olublar.
Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri Polşada keçirilən III Avropa Oyunları idi. Avropa Oyunlarında Azərbaycanı 86 idmançı 13 növdə təmsil edib. Atletlərimiz 11 medal qazanıblar ki, bunlardan 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. 
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda reallaşan dünya çempionatında tarixi uğura imza atıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) gümüş medal qazanıblar. Həsrət Cəfərov və Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) dünya ikincisi olublar. Maqomedxan Maqomedov həm də olimpiadaya lisenziya əldə edib.
Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda üç lent və iki topla yarışın qalibi olub. Bundan başqa, böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü yeri tutub. Gimnast Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata yiyələnib.
Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıblar. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) öz çəki dərəcələrində birinci yeri tutublar.
Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında 13 medal qazanaraq rekorda imza atıb. Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Eduard Məmmədov karyerası ərzində 28-ci dəfə dünya çempionu adını qazanıb. 
Azərbaycan dünyanın ən böyük idman tədbirlərindən biri olan "Formula-1" üzrə dünya çempionatına ötən mövsüm 7-ci dəfə evsahibliyi etdi.  Azərbaycan Qran-prisi maraqlı və gərgin mübarizə ilə yadda qaldı. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 60-dan çox ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi. 
Ötən il minifutbol üzrə milli komandamızın dünya çempionatında uğurlu çıxışı, "Qarabağ" klubunun isə avrokuboklarda ardıcıl 10-cu dəfə qrup mərhələsinə vəsiqə qazanması, ardınca Avroliqada 1/8 final mərhələsinə yüksəlməsi yaddaqalan idman hadisələri sırasındadır. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda geniş abadlıq-quruculuq işləri gedir. Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif digər intellektual və  komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli işğaldan azad olunmuş ərazilərimizdə də yetişəcək.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!