10 Iyun 2024 16:52
758
Elm və texnika
A- A+

“İdarəetmə və iqtisadiyyatda 2030 trendləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib  

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İdarəetmə və iqtisadiyyatda 2030 trendləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Yaşıl dünya naminə həmrəylik ili”, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu tərəflər Konfransı (COP29) ilə bağlı görülən işlərə və ölkənin yaşıl enerji siyasətinə dəstək olmaqdır.

Konfransın işində Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu, İqtisadiyyat İnstitutu, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri təmsil olunublar.

Respublika elmi-praktik konfransının gündəliyi və seçilmiş istiqamətlər regional inkişafın idarə olunmasında innovativ proseslərin təhlilinə, perspektiv imkanların öyrənilməsinə həsr olunub.

Açılış mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının dövlət idarəçiliyində yeni texnologiyalar: COP29-a aparan yol” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov konfransın aktuallığı ilə bağlı fikirlərinin bölüşüb.

Plenar iclasda Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov “ESG (Ətraf mühit, sosial və korporativ idarəetmə) və davamlı maliyyə”, Xarici İşlər Nazirliyi / COP29 üzrə danışıqlar qrupundan Elçin Allahverdiyev “COP29-a hazırlıq çərçivəsində Azərbaycan Respublikası qlobal iqlim fəaliyyəti üzrə substantiv danışıqlar prosesi”, DİA-nın Dövlət idarəetməsi və menecment kafedrasının müdiri doktoru professor Xatirə Hüseynova “Azərbaycan Respublikasının yeni inkişaf dövrünün vacib aspektləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfrans işini “Davamlı inkişaf və yaşıl iqtisadiyyat”, “İdarəetmədə və iqtisadiyyatda yeni yanaşmalar”, “Gələcək texnologiyalar və idarəetmə” adlı bölmələrdə davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video