21 Fevral 2024 11:10
10550
Oxucu məktubları
A- A+
"Hökməli bələdiyyəsinə irad bildirilib"

"Hökməli bələdiyyəsinə irad bildirilib"

 

"Azərbaycan" qəzetində dərc edilmiş məişət tullantıları konteynerlərinin olmadığı və tullantıların yerə tökülməsi ilə əlaqədar "Fotofakt"da qeyd olunanlarla bağlı Abşeron Rayon İcra Hakimiyyətində müvafiq araşdırma aparılmışdır.
Bildiririk ki, Hökməli qəsəbəsi ərazisində formalaşan məişət tullantılarının daşınması üçün xüsusi texnika və qutular olmadığından tullantılar müəyyən edilmiş yerlərə toplanaraq daşınır. "Fotofakt"da qeyd olunan ərazidən məişət tullantılarının daşınmamasının səbəbi isə daşıyıcı texnikanın nasaz vəziyyətə düşməsi və daşınma qrafikinin pozulması olmuşdur. Qəsəbədaxili ərazilərdə mövcud çatışmazlıqlarla əlaqədar tərəfimizdən yerli bələdiyyəyə iradlarımız bildirilmişdir. Hazırda Hökməli bələdiyyəsi tərəfindən məişət tullantıları daşınaraq ərazi təmizlənmiş və nəzarətə götürülmüşdür. 
Qəsəbədə Hökməli bələdiyyəsi tərəfindən tullantıların daşınmasının effektivliyinin artırılması məqsədilə vətəndaşlarla müvafiq müqavilə bağlayaraq, qapı-qapı gəzib toplanılması işi təşkil edilir. Eyni zamanda Bakı-Şamaxı yolu üzərində Hökməli qəsəbəsinin ərazisinə düşən hissəyə 40 ədəddən çox yeni konteyner qoyulmuş və bələdiyyə tərəfindən məişət tullantılarının daşınması ilə əlaqədar özəl şirkətlə müqavilə bağlanılmışdır. 

Yusif SADIQOV, 
Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunusdan

18:55
26 Dekabr

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfirliyində olub  

18:54
26 Dekabr

Sankt-Peterburqun qubernatoru Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib  

18:25
26 Dekabr

Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Bakıya yola düşüb  

18:22
26 Dekabr

Polşa Respublikasının Prezidenti Andjey Dudadan

18:19
26 Dekabr

Matəm günü ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində də xatirə kitabı açılıb

18:16
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Sankt-Peterburqda təyyarə qəzası qurbanlarının xatirəsi anılıb

18:11
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Azərbaycanın Serbiyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

18:07
26 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

17:51
26 Dekabr

Azərbaycanın İordaniyadakı səfirliyində xatirə kitabı açılıb  

17:49
26 Dekabr

Türkiyədə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi anılır  

17:47
26 Dekabr

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradılıb

17:43
26 Dekabr

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan  

17:41
26 Dekabr

Rusiyanın Qazaxıstandakı səfiri: Bu, bizim hamımız üçün böyük faciədir

17:23
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət alan bir qrup vətəndaşımız Azərbaycana yola salınıb   

17:19
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Ukraynada da anılır

17:16
26 Dekabr

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

17:07
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!