10 May 2023 10:05
1674
SİYASƏT
A- A+
Heydər Əliyevin müəllimi

Heydər Əliyevin müəllimi

 

1996-cı il oktyabrın 26-da Naxçıvan şəhərində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin təntənəli açılış mərasimi keçirilirdi. Əlində əsa olan yaşlı bir kişi böyük izdihamı yararaq məqbərənin lap qarşısına yaxınlaşdı. Məqbərənin önündə ölkə Prezidenti Heydər Əliyev çıxış edirdi. Anidən onu qürurlu baxışlarla seyr edən yaşlı kişini görən Heydər Əliyev dərhal sözünə ara verib pillələri endi, onunla səmimi görüşərək hal-əhval tutdu, stul gətizdirərək onu əyləşdirdi, daha sonra çıxışına davam etdi.
Hamının maraqla seyr etdiyi bu təsirli tablonun qəhrəmanı ömrünün 80 ilini Azərbaycanda pedaqoji fikrin inkişafına, təhsilimizin tərəqqisinə həsr edən qocaman müəllim Ulu Öndərimizin də Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimi olmuş Lətif Hüseynzadə idi...

 

Müdrik ağsaqqal, müəllim tövsiyələri

 

1999-cu il oktyabrın 13-də Naxçıvanda Kazım Qarabəkir paşa məscidinin açılış mərasimi keçirilirdi. Tədbirdə geniş nitq söyləyən Azərbaycan Prezidenti Heydər Əliyev dayandı, çöhrəsinə təbəssüm qondu, ötən günləri xatırlayaraq mərasim iştirakçılarına müraciətlə: "Burada mənim gənc vaxtımda, 13-16 yaşlarımda, orta məktəbi bitirdiyim illərdə mənə dərs verən, ana dili dərsi verən müəllimim oturubdur - Lətif Hüseynzadə", - dedi. Dünən təntənəli mərasimdə öz müəllimlərimi yada salırdım. 60 il, bəlkə də, 65 il bundan öncə mənə dərs deyən müəllimlərimdən birinci əziz müəllimim Lətif Hüseynzadənin adını çəkdim. O, dünən mərasimdə yox idi. Amma onu yad etdiyimi televiziya ilə eşidib bu gün buraya gəlmişdir. Mən burada onunla görüşdüm. Çox məmnunam, çox sevinirəm ki, indiyə qədər yaşayır, öz fəaliyyətini davam etdirir və böyük işlər görür".
Daha sonra Ulu Öndər dedi: "Xatirimdədir, 1982-ci ildə - o vaxt Azərbaycanın başçısı idim, - məni Moskvaya dəvət edib Siyasi Büronun üzvü seçdilər və Baş nazirin birinci müavini vəzifəsinə təyin etdilər. Mən beş il orada çalışandan sonra məcburi istefaya getdim. Moskvada üç il ağır şəraitdə yaşayandan sonra Bakıya, oradan da Naxçıvana gəldim. Burada bacım yaşayırdı, onun kiçik evində yerləşdim. Məni sayan adamlar gəlib görüşür, kiçik bir həyətdə məni ziyarət edirdilər. Mənim müəllimim Lətif Hüseynzadə gəldi. O qədər sevindim ki! Çünki mən ondan 39-cu ildə ayrılmışdım, bu isə 90-cı il idi. Oturduq, çox söhbət etdik. Mən onun o vaxt dediyi sözləri sizə bildirmək istəyirəm. Dedi ki, əzizim Heydər, sən çalış ki, erməni düşmənlərimizin burada qarşısını al. Naxçıvana təcavüzə icazə vermə. Çünki 18-ci ildə onlar Naxçıvana hücum etdilər, əgər türk ordusu buraya gəlməsəydi, Kazım Qarabəkir paşanın ordusu Naxçıvana gəlməsəydi, hamımızı qıracaqdılar. Bu, mənim gözümün qabağında olan hadisədir. Yəni 1990-cı ildə Lətif müəllim, Lətif Hüseynzadə 1918-ci ili yadına saldı və o illərin şahidi olaraq mənə bir ağsaqqal, müəllim kimi tövsiyələrini verdi".

 

Ulu Öndərin böyük məhəbbətlə xatırladığı, ehtiram göstərdiyi şəxsiyyət

 

Ulu Öndərin böyük məhəbbətlə ehtiram göstərdiyi Lətif Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini şəhərdəki "Xeyriyyə" və "Rüşdiyyə" adlanan dini mədrəsələrdə alıb. 1922-1925-ci illərdə Naxçıvan Müəllimlər Seminariyasında oxuyub. 1925-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. Əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında başlayan pedaqoq 1930-1936-cı illərdə elə bu təhsil ocağında dərs deyib. 1936-cı ildən 1940-cı ilədək Naxçıvan Pedaqoji Texnikumunda müəllim, sonralar dərs hissə müdiri işləyib. Savadını, pedaqoji ustalığını nəzərə alaraq onu daha sonra C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutuna müəllim kimi dəvət ediblər. Əməkdar müəllim Lətif Hüseynzadə burada kafedra müdiri və direktor vəzifələrində çalışıb. 
Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzindən başlayan elmi-pedaqoji fəaliyyəti isə İrəvan Dövlət Pedaqoji İnstitutuna qədər gedib çıxıb. Bu çətin və şərəfli müəllimlik ömrü Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent vəzifəsində sona çatıb. O, pedaqoji fəaliyyətlə yanaşı, dəyərli elmi araşdırmalar da aparıb, ədəbiyyatımızın aktual problemlərinə dair çoxlu dəyərli əsərlər yazıb, mütəmadi olaraq dövri mətbuatda məqalələrlə çıxış edib.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev görkəmli pedaqoq Lətif Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikanın Ali Məclisinə göstəriş verib və onu Azərbaycanın ali mükafatı - "İstiqlal" ordeni ilə təltif edib. 2007-ci il may ayının 9-da "Azərbaycan müəllimi" qəzetinə verdiyi müsahibəsində Lətif Hüseynzadə Ümummilli Liderin yubiley təbrikini belə xatırlayırdı: "Heydər Əliyevin özü Bakıdan mənim 100 illiyimi təbrik etdi. Mənə "İstiqlal" ordeni verdi. Bu, təkcə mənə deyil, bütün müəllimlərə, pedaqoji əməyə verilən yüksək qiymət idi. Onun mənə göndərdiyi təbrik məktubu təkcə şagirdin müəlliminə minnətdarlıq duyğularının ifadəsi deyildi. Dövlət başçısı olan şagirdimdən, zəmanənin ən böyük tarixi simaları ilə bir sırada duran siyasət nəhəngi yetirməmdən bu sözləri eşitmək, əlbəttə, mənim üçün böyük iftixar idi. Heydər Əliyev böyük siyasətçi və müdrik dövlət başçısı idi. O, öz ağlı, kamalı ilə bütün dünyanı fəth etdi. Azərbaycan xalqını bütün dünyaya tanıtdı. Onun Vətənimiz, xalqımız qarşısındakı xidmətləri tarixdə analoqu olmayan, misli görünməyən xidmətlərdir. Ona görə də mən bir müəllim kimi çox istərdim ki, həmkarlarım - yaşlı və cavan müəllimlər  öz şagirdlərini Heydər Əliyev nümunəsində tərbiyə etsinlər. Heydər Əliyevin irsini dərindən öyrənib gənc nəslə də öyrətsinlər..."

 

Əlirza kişinin dəstəyi

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Əməkdar müəllim Rüfət Hüseynzadənin  müəllifi olduğu "Əsrdən uzun mənalı ömür" kitabında atası Lətif Hüseynzadənin xatirələrini paylaşaraq yazır ki, 1936-1937-ci tədris ilində Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri işlədiyi, eyni zamanda dil-ədəbiyyat dərslərini də tədris etdiyi bir vaxtda Ulu Öndərimizin atası Əlirza kişi oğlu Heydər və yaxın dostu Zeynalabdinin oğlu Dövlət Məmmədovla texnikuma gəliblər. Lətif müəllim Əlirza kişini yaxşı tanıyırdı. Onun necə zəhmətkeş, çalışqan, övladlarının yaxşı böyüməsinə, təlim-tərbiyəsinə çox qayğı göstərən əməkçi bir insan olduğuna bələd idi. Naxçıvan kommunal təsərrüfat sistemində, dəmir yolunda işləyən Əlirza kişi hərdən müəllimin atası, başmaqçı Hacı Talıbın dükanına gələr, söhbət edərmişlər: "Atamın söhbətlərindən eşitmişdim ki, Əlirza kişi həm də yaxşı bənna, memar imiş. Naxçıvanda Şah İsmayıl Xətainin oğlu Şah Təhmasibin tikdirdiyi abidənin bir hissəsi 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdı. Həmin abidənin təmiri uzun müddət aparılmamış, onun bərpasını o zaman məhz Əlirza Əliyev etmişdi. O bunu elə ustalıqla etmişdi ki, əsl memar işindən heç fərqlənmirdi. Atamın dediyinə görə, o vaxtlar şəhər məscidinin qadınlar üçün ayrılmış hissəsindən pəncərə açmaq lazım imiş. Həmin hissə məscidin günbəzinin altında yerləşdiyindən onu açmaq çox çətin və müşgül bir iş imiş, günbəz uça bilərmiş. Bu işi də istedadlı ustaya  həvalə edəndən sonra tikili öz memarlıq görünüşünə qayıtmışdı. Əlirza kişi dünyagörmüş, maarifpərvər bir şəxs idi. Elə bu səbəbdən də övladlarının mükəmməl təhsil almasına ciddi qayğı göstərirdi".

 

"Heydər Əliyev kimi şəxsiyyətin müəllimi olduğum üçün özümü xoşbəxt sanıram"

 

Ulu Öndər texnikumdan əvvəl Naxçıvandakı beynəlmiləl rus məktəbində oxumuşdu. O zamanlar hər kəs belə mühafizəkar əyalət ortamında, belə bir məktəbdə oxuya bilmirdi. Yalnız istedadlı, təhsilə həvəsi olan mütərəqqi düşüncəli uşaqlar burada təhsillərini başa vura bilirdilər. Texnikuma qəbul müəllimlərin sual-cavabları ilə həyata keçirilirdi. Müəllim olmaq arzusunda olan bu boylu-buxunlu, qamətli gənclərlə - Heydər Əliyev və Dövlət Məmmədovla söhbət edən Lətif müəllim də elə ilk dəqiqələrdən onların qabiliyyətli və zəkalı olduqlarını anlayıb. 
Onlar Azərbaycan dili, ədəbiyyat və tariximizdən verilən suallara səlis, əhatəli cavab veriblər. Üstəlik, gənc Heydər Əliyevin rusca təhsil almasına baxmayaraq, bir kəlmə də rus sözü işlətmədən çox təmiz, ədəbi Azərbaycan dilində danışması müəllimi həm təəccübləndirib, həm də qürurlandırıb. Lətif müəllim bu müsahibədən sonra texnikumun direktoru Kazım Talıblının yanına gedərək ona bu istedadı, nitqi, təmkini və savadı ilə seçilən Heydər Əliyev barədə xoş təəssüratını bildirib.
Heydər Əliyev tələbəlik illərində yaşının az olmasına baxmayaraq, özünü bir şəxsiyyət kimi aparırdı. Qətiyyətli, məqsədyönlü və təşəbbüskar idi. Düşüncə tərzi, həyata baxışı ilə hamıdan fərqlənirdi. Bütün fənləri əla oxuyan bu gənc hər bir dərsə səylə hazırlaşırdı. Rüfət müəllim deyir ki, atası Heydər Əliyevdən danışanda həmişə üzünə işıqlı bir təbəssüm qonurdu. O, dərs danışanda sinfə tam sükut çökür, hamı ona diqqətlə qulaq asırmış: "Gözəl nitqi, ifadəli danışıq tərzi, qədd-qamətli, yaraşıqlı siması, şax duruşu, yerişi var idi. Buna görə bəzi tələbələr ona "General" da deyirdilər. Sonralar elə general da oldu. İfadəli baxışları, nəzakətli rəftarı, mədəni davranışı, hamıya mehribanlıqla, hörmətlə və qayğı ilə yanaşması, hər yerdə seçilməsi onun səciyyəvi xüsusiyyətləri idi. Mən indi o illəri xatırlayarkən düşünürəm ki, Heydər Əliyev sanki o vaxtdan prezident olmaq istəyində, xalqa, millətə daha yaxşı, firavan həyat bəxş etmək arzusunda imiş. O, heç vaxt tək özünü düşünmürdü... Yoldaşlarının qayğısına qalır, onların problemləri ilə maraqlanır, ehtiyacı olanlara kömək etməyə çalışırdı. Baxmayaraq ki, özünün də ehtiyacları az deyildi. Heydər Əliyev kimi bir şəxsin müəllimi olduğum üçün özümü xoşbəxt sanıram".
Əbəs yerə deməyiblər ki, zər qədrini zərgər bilər. Ulu Öndər Heydər Əliyev də bu günümüzün və gələcəyimizin qurucularının əsl müəllimi idi. Ümummilli Liderimiz hər zaman xalqımızın qayğısına qalır, parlaq istiqbalımızı düşünür və bu əqidəylə yaşayırdı. O, əsl müəllimi kimi öz müəllimlərinə də qiymət verməyi yaxşı bacarırdı. Ulu Öndərimizin "Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq" kəlamı da onun müəllimə hörmətinin bariz nümunəsidir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Qarabağ"ın müdafiəçisi ağır zədə alıb

19:52
21 Noyabr

COP29 iştirakçısı: Fikrimcə, danışıqlardan sonra müsbət qərarlar qəbul olunacaq

19:47
21 Noyabr

Fransada yağan qar nəqliyyatı iflic edib  

19:41
21 Noyabr

İndoneziyalı direktor: Bakı COP29-u əsrarəngiz təşkil edib

19:34
21 Noyabr

Sabiq nazir Novi Sadda vağzalın damının uçması ilə bağlı saxlanılıb

19:28
21 Noyabr

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib  

18:57
21 Noyabr

ANAMA-da İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin nümayəndəsi ilə görüş keçirilib  

18:56
21 Noyabr

Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verməyə başlaya bilər

18:54
21 Noyabr

Litva Seymi Gintautas Palutskası baş nazir postuna təsdiqləyib  

18:50
21 Noyabr

Azərbaycan Güləş Federasiyasının rəsmisi beynəlxalq komitənin prezidenti seçilib  

18:49
21 Noyabr

DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib  

18:49
21 Noyabr

Azərbaycan və Rusiya parlamentarilərinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib  

18:47
21 Noyabr

Monqolustan prezidenti 2025-ci il üçün dövlət büdcəsi qanununa veto qoyub  

18:47
21 Noyabr

İ. Kobaxidze yenidən Gürcüstanın baş naziri postuna namizəd olacaq  

18:20
21 Noyabr

Aleksandr Sayer: COP29-dakı işimizi bitirdikdən sonra qiymətləndirmə aparacağıq

18:20
21 Noyabr

Pakistanın yeganə sanitar salfet istehsalçısı: COP29-un qüsursuz keçirilməsi çox təsiredicidir  

18:18
21 Noyabr

Çin şirkəti ilə bərpaolunan enerji sahəsində ixtisaslaşan müəssisələrin qurulması müzakirə edilib  

18:17
21 Noyabr

Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub  

18:17
21 Noyabr

Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri: Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nümunəvi addımlar atır 

18:16
21 Noyabr

Məcnun Məmmədov: Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqroərzaq sistemlərinə keçidin təməl daşlarıdır  

18:14
21 Noyabr

“Azərbaycan Dəmir Yolları” “Rhenus Group” şirkəti ilə əməkdaşlığı müzakirə edib  

18:14
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!