12 Dekabr 2024 08:10
120
SİYASƏT
A- A+
Heydər Əliyevin milli yaddaş siyasəti

Heydər Əliyevin milli yaddaş siyasəti


Türk xalqlarının birliyinin ifadəsi olan Türk Dövlətləri Təşkilatının gələcəyə gedən yolu dünən olduğu kimi bu gün də məhz Zəngəzur dəhlizindən keçir. Bu, Azərbaycanın və türk xalqlarının qarşısında duran taleyüklü missiyadır. O dəhliz açılmayınca, işləməyincə türk xalqlarının gələcəyi üçün təhlükələr hər zaman olacaqdır. Bunu bizə ulu babalarımız vəsiyyət etmişdir. Qədim və Orta əsrlərdə türk xalqları məhz Zəngəzur yolunu açıq tutduqları və heç bir düşmənə gözünün ucu ilə də olsa, bu yola baxmağa imkan vermədikləri üçün nəhəng imperiyalar qura bilmişdilər. Azərbaycan, Naxçıvan, Zəngəzur dağları Şərqi Türk dünyası ilə Qərbi Türk dünyası arasında hər zaman körpü olmuşdur. Bu körpünü Azərbaycan igidləri - Oğuz alpları, Koroğlunun dəliləri göz bəbəyi kimi qorumuşlar.

Bütün bunlar tarixi həqiqətlərdir və onları düşmənlərimiz daha yaxşı bildiyi halda, bizlər çox vaxt bu həqiqətlərə qarşı biganə münasibət bəsləyirik. Buna türk xalqlarının yaratdığı möhtəşəm dastanlara Qərb dünyasının göstərdiyi "qəribə həssas maraq" əyani sübutdur.


"Kitabi-Dədə Qorqud" - milli kimliyimizin ünvanı


Ulu Öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanına fövqəladə dərəcədə əhəmiyyət verir, türk xalqlarını bu möhtəşəm dastanın etnik birlik ideyaları ətrafında birləşməyə çağırırdı. Müdrik siyasətçi, tarixi dərindən bilən dahi rəhbər bu eposun Qafqazın tarixi ilə sıx şəkildə bağlı olduğunu, tariximizin ən mühüm həqiqətlərinin bu eposda əks olunduğunu çox yaxşı bildiyi üçün onu bilavasitə "milli varlığımızın mötəbər qaynağı" adlandırmışdır. "Kitabi-Dədə Qorqud"da dövlətçilik düşüncəsinin qabarıq əks olunmasına əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulamışdır: "Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Məhz bu baxımdan "Kitabi-Dədə Qorqud" ensiklopediyası ilk növbədə gənc nəslə ünvanlanan bir kitabdır". 

Ulu Öndərin sözlərində çox böyük həqiqət vardır. Çünki bu abidə Oğuz türklərinin ən qədim çağlardan tutmuş "bu günədək" davam edən tarixini, o cümlədən Qafqazın, Anadolunun tarixini bir güzgü kimi əks etdirir. Məhz bu abidə bölgədə yaşamış başqa qafqazdilli xalqların tarixini təsdiq etdiyi halda, ermənilərin Azərbaycan torpaqlarına rus imperialistləri tərəfindən forpost statusunda XIX əsrdə yerləşdirildiyini, bu nankor, xain və mənfur bioantropoloji fakturanın Qafqazın tarixinə tamamilə yad olduğunu, XIX əsrdən qabaq bu bölgədə hayların izi-tozunun belə olmadığını inkarolunmaz şəkildə təsdiq edir. Heydər  Əliyev məhz buna görə də bəyan etmişdir: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz 

"Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir" .

Ulu Öndərə görə, bu abidənin bizim milli kimliyimizin formalaşmasında, onun ən ali dəyərlər əsasında qurulmasında müstəsna dərəcədə böyük rolu vardır: "Kitabi-Dədə Qorqud" bizim milli estetikamızın mötəbər qaynağı olaraq mənəvi və estetik dəyərlərin vəhdətini özündə əks etdirir. Gözəllik və eybəcərlik, ülvilik və alçaqlıq, komiklik və faciəlik, məhəbbət və nifrətlə bağlı olan fikirlər, bizim əcdadlarımızın estetik duyumu lakonik ədəbi formalarda eposun müxtəlif boylarında ifadə olunur. Gözəllik və hikmətin, gözəllik və qeyrətin, gözəllik və sədaqətin qırılmaz daxili harmoniyası da "Kitabi-Dədə Qorqud"a xas olan estetik və etik kateqoriyaların mahiyyətini açıqlayır" .

Əlbəttə, görkəmli dövlət xadiminin Azərbaycan xalqını "Dədə Qorqud" dastanını hələ məktəbli ikən öyrənməyə başlamasını təkidlə tövsiyə etməsinin alt məna qatları da vardır. O, bir müdrik siyasətçi idi: kimə və nə məqsədlə çağırış etdiyini çox gözəl bilirdi. Bu baxımdan Heydər Əliyev öz çağırışı ilə, əslində, Azərbaycan insanında hələ uşaqlıqdan milli kimlik hissləri, milli tarix bilgiləri formalaşdırmaq istəyirdi. O, çox gözəl bilirdi ki, məhz "Dədə Qorqud" dastanı ilə tərbiyə olunan gənc nəsil öz tarixini və milli kimliyini dərindən sevə bilər. Çünki Ulu Öndərə görə, Azərbaycan və ümumtürk tarixinin ən mühüm və taleyüklü məsələləri, o cümlədən türk xalqlarının birliyinin nicat yolu olan "Zəngəzur-Naxçıvan dəhlizi"nin da kodları, şifrələri bu dastanda öz əksini tapmışdır. Dastan elə bir mətn hadisəsidir ki, orada təsadüfi heç nə ola bilməz. Türk xalqlarında dastan bilavasitə tarix, milli kimlik sənədidir. Seyfəddin Rzasoyun "Kitabi-Dədə Qorqud" haqqında yazdığı kimi, "Oğuz dastanları bütün hallarda oğuzların etnik-siyasi kimlik sənədi, anayasası - konstitusiyasıdır. Həmin dastanlar onları öz ifasında hər dəfə yenidən yaradan ozanların mənsub olduqları Oğuz ideoloji sisteminin maraqlarına xidmət etmiş və bilavasitə həmin etnik ideologiyanı əks etdirmişdir" .


Oğuz-türk milli yaddaşının dəyişdirilməsinə riyakar cəhd

  

Düşmənlər türkün milli kimlik sənədlərini dəfələrlə dəyişdirməyə cəhd göstərmişlər. Bunlardan biri də "Kitabi-Dədə Qorqud"a müdaxilədir. Bütün bunlar, əlbəttə ki, qaranlıq və müəmmalı məqamlardır. Və ən başlıcası bu qaranlıq, qapqara müəmmaların Zəngəzur-Naxçıvan dəhlizi ilə birbaşa əlaqəsi var. Dəyərli dostum Seyfəddin Rzasoyun dili ilə desək, iranlı "şeyx nəsrullahlar" Azərbaycan Respublikasında daxili qarşıdurmalar yaratmaq, Cənubi Azərbaycanın şəhərləri, elləri arasında etdikləri kimi, Şimali Azərbaycanda da müxtəlif bölgələri bir-birinə qarşı qoymaq və daha da irəli gedərək, Vahid Azərbaycan xalqının cənubu ilə şimalı arasında, guya ki, tarixi "qaynaqlarla", "sənədlərlə" təsdiq olunan təfriqə, qarşıdurma yaratmaq məqsədilə "Dədə Qorqud" ənənəsi ilə bağlı İrandan tapılmış yeni oğuznamə əlyazmasına, sözün həqiqi mənasında, "qələm çalmış", onun mətninə "gec partlayan minalar" düzmüşlər. 

Qeyd edək ki, mətnin özündə "Kitabi-Türkman lisani" adlandırılmış əlyazma sayı hələ tədqiqatçılar tərəfindən dəqiqləşdirilməmiş 23-27 civarında şeir mətnindən ("soy"lamadan) və Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsindən bəhs edən kiçik bir oğuznamə mətnindən ibarətdir.

Günümüzün siyasi reallıqları, xüsusilə də Zəngəzur dəhliz məsələsi ilə  bilavasitə əlaqədar olan əlyazma ilə bağlı S.Rzasoy müəyyən etmişdir ki, əlyazmanın "soy" (yəni "Dədə Qorqud"dan bildiyimiz "soylama") adlanan XV nəğməsində mətnə süni şəkildə müdaxilə edilərək, məqsədli təhriflərə yol verilmişdir. Əlyazmaya müdaxilə edən təxribatçılar burada iki məqsəd güdmüşlər. Birincisi, siyasi məqsəd: Bütöv Azərbaycanın cənub elləri ilə şimal elləri arasında funksional təyinlər səviyyəsində təhqiramiz fərqlər yaratmaqla "Vahid Azərbaycan" milli şüurunda "Şimal-Cənub" qarşıdurması yaratmaq. İkincisi, inzibati-etnopsixoloji məqsəd: Şimali Azərbaycanın öz daxilində müxtəlif bölgələr arasında funksional təyinlər səviyyəsində təhqiramiz fərqlər yaratmaqla etnopsixoloji qarşıdurma yaratmaq.


Ulu Öndər milli yaddaşın sisteminin qorunmasına xüsusi diqqət yetirirdi

 

Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında "Kitabi-Dədə Qorqud"un təlqinedici rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu eposun öyrənilməsində folklorşünasların qarşılaşdığı çətinliklərdən bəhs etməyi də vacib sayır. 1930-cu illərin sonlarında Əmin Abid kimi qorqudşünasların repressiya qurbanı olduğunu xatırladan Heydər Əliyev "Kitabi-Dədə Qorqud"a qarşı siyasi hücumların 1940-cı illərin sonlarından etibarən yenidən kəskin şəkil almasını xüsusi olaraq qeyd edir: "Ədəbiyyata və incəsənətə qarşı yönəldilmiş məşhur "Jdanov qərarları"nın ab-havasına uyğun olaraq, "Kitabi-Dədə Qorqud"a qarşı hücumlar başladı... "Kitabi-Dədə Qorqud" eposunun ümumən xalq eposu olmadığı bildirildi və bu eposu "yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq" şüarları səsləndi. Görkəmli Azərbaycan alimləri Həmid Araslı və Məmmədhüseyn Təhmasib, akademik Vasili Bartoldun ruscaya çevirdiyi "Kniqa moeqo Deda Korkuda" kitabının 1950-ci ildə Bakıda Elmlər Akademiyasında çapı rejimin sərt reaksiyasına məruz qaldı". 

Heydər Əliyev "Kitabi-Dədə Qorqud"a qarşı siyasi kampaniyanın yalnız Azərbaycanda yox, digər türkdilli respublikalarda da aparıldığını vurğulayaraq deyir: "Başqa türkdilli respublikalarda, xüsusən Türkmənistanda "Dədə Qorqud"un əleyhinə dəhşətli bir təbliğat geniş şəkildə həyata keçirildi. Əslində, eposa qadağa damğası vuruldu. Epos bütün tədqiqat planları, tədris proqramları və dərsliklərdən çıxarıldı". 

Yalnız Azərbaycanda yox, başqa türkdilli respublikalarda da "Kitabi-Dədə Qorqud"un siyasi rejim tərəfindən yasaq edilməsinin başlıca səbəbi nə idi? "Kitabi-Dədə Qorqud"a qarşı siyasi kampaniyanın başlıca səbəblərindən biri bu eposun milli kimliyimizi doğru-dürüst nişan verməsi, türk xalqlarının mədəni birliyinə mühüm zəmin yaratması idi. Türk xalqlarının özünüdərk prosesinə mane olmaq xətti tutan siyasi rejim bu xalqların mədəni birliyinə mühüm zəmin ola biləcək "Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrə "mürtəce əsər" damğası vurur, "pantürkizm" adı altında həmin abidələrin tədqiq və təbliğinin qarşısını almağa çalışırdı. 

Heydər Əliyevin aşağıdakı sözləri bu acı həqiqətin əsl mahiyyətini bir daha açıb göstərir: "1950-ci ilin may ayında "Dədə Qorqud"un kobud siyasi səhv olduğu partiya yığıncağında rəsmi elan edildi. Bu rəsmi mövqe bildirildikdən sonra eposun xalqa zidd bir əsər olduğu tezisi irəli sürüldü. Həmin partiya yığıncağının hesabatında deyilirdi: "Pantürkistlər tərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi qələmə verilən "Dədə Qorqud" eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi yoxdur. "Dədə Qorqud"da Azərbaycan xalqı üçün yabançı olan həyat tərzi, adət və ənənələr təsvir edilmişdir"..." (Türkologiya. - 2017. - №2, s. 46-54. Muxtar İmanov).


Heydər Əliyevin "Tarixi ənənələr" məktəbi və İlham Əliyev siyasəti


Prezident İlham Əliyev türk dünyasının inkişaf perspektivlərindən danışarkən Azərbaycan reallığını, daha dəqiq desək, Azərbaycanda bu gün baş verən hadisələri əsas, həlledici və taleyüklü faktor kimi önə sürür. Dövlətimizin başçısının yanaşmasının gücü, inandırıcılığı ondadır ki, o, hər hansı bir fakta Ulu Öndər Heydər Əliyev məktəbinin təcrübəsindən irəli gəlməklə, məhz tarixin gözü ilə baxır. Bu cəhətdən, cənab Prezident ermənilərin Azərbaycan torpaqlarına olan təcavüzünə, işğalçılıq fəaliyyətinə geniş tarixi-diaxron proseslər səviyyəsində yanaşaraq, bütün bu məsələlərin heç də lokal problem, başqa sözlə, yalnız Cənubi Qafqaz arealı ilə məhdudlaşan konflikt olmadığını, bu konfliktin onu yaradanların etnopsixoloji düşüncəsi ilə bağlı olması səbəbindən bütün türk dünyasına aid olduğunu hər zaman vurğulamaqdadır. 

Doğrudan da, Azərbaycan-Ermənistan savaşındakı tarixi zəfərin, xalqımızın Müzəffər Komandan İlham Əliyevin sərkərdəliyi altında qazandığı qələbənin  müasir dünyadakı güc balansına kəskin şəkildə təsir etməsi onun nə qədər haqlı olduğunu göstərməkdədir. Azərbaycanı 30 il qəsdən ikili standartlar torunda "məğlub" durumunda saxlayan "demokratik" Qərb dünyası bu onilliklər ərzində "ədalətli nizamlanma" prinsipini xarab qrammofon kimi daim təkrarlasalar da, Azərbaycan xalqının sarsılmaz qələbəsi ilə dərhal maskalarını soyunub, özlərinin təcavüzkar və müstəmləkəçi simalarını göstərdilər. Və bununla da məlum oldu ki, XX əsrin başlanğıcındakı Qərb dünyasının sifəti, siması, mahiyyəti, təcavüzkar kimliyi bütöv bir yüz il ərzində müsbətə doğru nəinki dəyişməyib, əksinə, daha hiyləgər, daha qəddar mahiyyət kəsb edib: "Qoca Dünya"nın nifrəti, kini, qəzəbi daha da artıb. 

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi kursunu sarsılmaz şəkildə davam etdirən Cənab Prezident İlham Əliyevin məhz "tarixi ənənələrə" söykənməkdə nə qədər haqlı olduqlarını əyani şəkildə nümayiş etdirir. Xüsusilə bu gün "Zəngəzur dəhlizi" ətrafında oynanılan oyunlar bütün mahiyyəti etibarilə məhz Heydər Əliyevin türk xalqlarının etnik-mənəvi birliyinə münasibətdə bəyan etdiyi "tarixi ənənələr" konsepti ilə bilavasitə əlaqədardır. Ulu Öndərə görə, Azərbaycan və başqa türk xalqlarının  düşmənləri və dostlarının kimliyi həmin ənənələrdə dəqiq şəkildə göstərilmişdir. Ulu Öndərin tarixi ənənələrə niyə bu qədər əhəmiyyət verməsi, xüsusilə "Kitabi-Dədə Qorqud" abidəsinə fövqəladə dərəcədə böyük maraq göstərməsi, bu dastanın 1300 illik yubileyinə türk dünyası ilə bərabər "bütün dünyanı" dəvət etməsi, türk dünyasının siyasi liderləri və alimlərinin diqqətini bu abidənin milli birlik formullarına israrla cəlb etməsi təsadüfi deyildir. Eləcə də cənab Prezident İlham Əliyevin Azərbaycan və türk xalqlarının qəhrəmanlıq simvolu olan Koroğluya möhtəşəm bir heykəl qoydurması türk dünyasının birləşməsi, bir olması yolunda qurulmuş etibarlı körpülərdir.


İlham Əliyevin milli yaddaş siyasəti: "Vətəndaş - Vətən daşı"


İlham Əliyev Orta əsrlər türk və Azərbaycan dünyasının etnomədəni kimlik enerjisini, etnoenergetik potensiyası və milli-stixial gücünü özündə təcəssüm etdirən Koroğlu obrazını "fəal vətəndaş" olmağın simvolu kimi bəyan edəndə bu xalqımız tərəfindən və bütün türk dünyasında böyük rəğbətlə qarşılandı. Lakin bu, ictimai şüur səviyyələri zamanın səthi, günlük hadisələri ilə məhdudlaşan marginal "ziyalılara" qəribə gəldi. Necə deyərlər: "Əcəba, Koroğlu hara - "vətəndaşlıq" anlayışı hara?!"

Ancaq bu təəccüb, heyrət ritorikası müasir dövrdə şəxsiyyətləri uşaqlıqdan Qərb nağıl və dastanlarını oxuyaraq, "multiklərinə" baxaraq böyümüş, sintetik milli kimlik daşıyıcısı olanların necə bir faciəvi durumda olduğunu göstərir. Öz xalqının yaratdığı ədəbi-bədii dəyərlər dünyasına dərindən bələd olan cənab İlham Əliyev Koroğluya münasibətdə "vətəndaş" sözünü işlətməklə Azərbaycan ziyalılarının və ümumən, xalqın diqqətini milli kimliyin, vətəndaş olmağın "Koroğlu" eposundakı "vətən daşı" olmaqdan keçdiyini vurğulamış və bununla da, belələrinə tarixdə yadda qalacaq "ustad dərsi" keçmişdir. Bu cəhətdən, cənab Prezidentin Koroğlu abidəsinin açılışında söylədiyi nitqdə vurğulanan "vətəndaş - vətən daşı" konseptinin məhz haradan gəldiyini açıqlamaq məqsədəuyğundur.

"Koroğlu" dastanı, bildiyimiz kimi, sadəcə bir mətnlə məhdudlaşan abidə yox, Azərbaycan milli kimliyinin etnik kökləri, zəngin tarixi, torpaqlarının etnostixial potensiyası, xalqın ictimai-siyasi görüşləri, tarixinin taleyüklü hadisələri, fəlsəfi-etik baxışları, gündəlik həyat tərzi, məişəti, vətən, vətəndaşlıq, vətənsevərlik görüşləri ilə bilavasitə bağlıdır. Bu mənada, İlham Əliyevin Azərbaycan və türk xalqlarının bu möhtəşəm abidəsinə məhz "vətəndaş - vətən daşı" konseptindən yanaşması elmi cəhətdən tamamilə məntiqidir. İlham Əliyevin bilavasitə diqqətini cəlb etmiş "Koroğlu daşı" adlı əfsanədə deyilir: "Koroğlu hara gedir-getsin Çənlibeldən özü ilə bir daş apararmış. Yatanda başının altına qoyarmış. Bu daş Koroğlunun həyanı, yoldaşı olarmış. 

Koroğlu dəliləri bir yerə göndərəndə gizlənərmiş, amma harada olduğunu bu daşla bildirərmiş. Dəlilər üstündə nişan olan bu daşı yaxşı tanıyarmışlar. 

Bir dəfə Koroğlu öz dəliləri ilə Zəngəzur dağlarına ova çıxır. Hərə bir tərəfə dağılır, hamı bir-birindən aralı düşür. Koroğlu dəliləri bir yerə yığmaq üçün Çənlibel daşını Zəngəzur dağının arasından keçən yola qoyur. Bunu görən dəlilər bir yerə toplaşırlar. Koroğlu daşı yerindən tərpətmir. Deyir, qoy bu daş bizdən yadigar qalsın. O vaxtdan bu daşa "Koroğlu daşı" deyirlər". (Azərbaycan mifoloji mətnləri. Tərtib edəni, ön sözün və şərhlərin müəllifi: Arif Acalov. Bakı: Elm, 1988, s. 49-50) Bu əfsanəni, heç bir hissə qapılmadan, sözün həqiqi mənasında, "vətəndaşlıq" anlayışına qoyulmuş söz abidə hesab etmək olar. Burada Vətən, vətəndaş və Vətənin daşı anlayışları fövqəladə məna diskursu yaradaraq vətəndaş olmağın məhz Vətən daşı olmaqdan başlandığını bəyan edir. 

Bəli, "Koroğlu" dastanı hələ Orta əsrlərdən bizlərə Zəngəzuru nişan vermiş, Vətənin taleyüklü hadisələrinin Zəngəzurla bağlandığını bəyan etmişdir. Bəlkə də, bu, kimlərəsə, sadəcə, bir təsadüf, poetik detal, adi bir epizod, yaxud bizim sərbəst bənzətməmiz təsirini bağışlaya bilər.

Sözügedən əfsanədə də vətən özünün bütün mənası, məzmunu və mündəricəsi ilə məhz daşdan başlanır. Elə bu üzdən hər bir azərbaycanlı torpağı, onun hər daşını müqəddəs bilib, göz bəbəyi kimi qoruyur. 44 günlük Vətən savaşında Azərbaycan övladları Vətənin hər qarışı, hər daşından ötrü öz şirin canlarını sanki anaları uğrunda qurban verirmişlər kimi fəda etdilər. Onların bütün dünyanı heyrətə salan cəsarətləri milli yaddaşlarındakı "Vətən - Daş" arxetipinin oyanması, coşması, hər bir igidin Vətənin daşından stixial enerji alaraq yenilməz qəhrəmana çevrilməsinin təzahürü idi. Bu cəhətdən, Azərbaycan və başqa türk xalqlarının qəhrəmanlıq ruhunun, fiziki-stixial energetikasının ümummilli simvolu, poetik təcəssümü olan Koroğlunun da Çənlibeldən götürdüyü daşdan bir an belə ayrılmamağı, onu özü hər yerə aparması, xüsusilə yatarkən başının altına qoyaraq yuxuya getməsi, sadəcə, epik-təsviri detallar olmayıb, xalqımızın eraların, epoxaların dərinliyindən çağlayaraq gələn milli ruhunun kodları, simvolları, şifrələridir. 

Öz xalqının milli-mənəvi dəyərlər sisteminə, folklor dünyasına, nağıl və dastanlarına, bayatı və mahnılarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev eyni əqidə və xarakteri, eyni sevgi ruhunu övladı İlham Əliyevdə də yaratmış, onda öz xalqının milli-mənəvi dəyərlərinə münasibətdə coşqun məhəbbət formalaşdırmışdır. Heç təsadüfi deyildir ki, həmişə başqa xalqların öz milli qəhrəmanlarına qoyulmuş heykəllərinə baxaraq, Koroğluya heykəl qoyulmasını uzun illər ərzində arzulayan Azərbaycan xalqının bu istəyini cənab İlham Əliyev həyata keçirərək, Bakının ən görkəmli parkında ona möhtəşəm heykəl ucaltdı. Özünün sazı, qılıncı və atı ilə buludların üstü ilə çapan Koroğlu, bu mənada, türklüyün gələcəyinə gedən yolunu simvolizə edir. 


Milli yaddaşın Zəfəri


Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, etibarlı əsaslarını, platformasını qurduğu siyasi-milli kurs Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Türk Dövlətləri Təşkilatının qurulması, onun məqsədlərinin həyata keçirilməsi yolunda cənab Prezidentin xidmətləri əvəzsizdir. Çağdaş dünya siyasi məkanının danılmaz və inkarolunmaz simasına çevrilmiş İlham Əliyev COP-29-u respublikamızda keçirməyə nail olmaqla bütün dünyaya, xüsusilə Azərbaycanın düşmənlərinə sübut etdi ki, dünyanın meteoroloji iqlimi kimi, siyasi iqlimini də Azərbaycan və türk dünyası olmadan müəyyənləşdirmək mümkün deyildir. Türk dünyası öz hədəflərinə nail olmalı, dünya siyasi düzənindəki layiqli yerini tutmalıdır. Bu isə min illər əvvəl olduğu kimi, Zəngəzur dəhlizinin açılmasından bilavasitə asılıdır. Ona görə də Türk Dövlətləri Təşkilatının qarşısında indi bu taleyüklü vəzifə durur: Zəngəzur dəhlizini  nəyin bahasına olursa-olsun açmaq!

Prezident İlham Əliyev bu vəzifənin tezislərini çox dəqiq şəkildə müəyyənləşdirmişdir:

"Ermənistanın paytaxtı İrəvan - qədim Azərbaycan şəhəridir!"

"Zəngəzur - tarixi Azərbaycan torpaqlarıdır!"

"Biz Zəngəzura, İrəvana qayıdacağıq!"

Bu şüarlar dünən bir tarixi arzunun, kədər və qüssə dolu həsrətin ifadəsi idisə, bu gün qəti inamla süslənmiş reallığın təntənəsidir. Azərbaycan xalqı Müzəffər Komandan İlham Əliyevin sərkərdəliyi altında cəmi 44 gün ərzində mənfur, nankor, xain və kəmfürsət düşmənin 30 illik işğalına son qoydu. İndi hamı, o cümlədən bütün türk dünyası Zəngəzur dəhlizinin açılacağının reallığına qəti şəkildə inanır. Türk Dövlətləri Təşkilatı da bu dəhlizin açılması yolunda, türk dünyasının birliyi, müstəqilliyi yolunda əldə edilmiş növbəti möhtəşəm qələbədir.  


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar,  energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır  

11:56
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır  

11:51
12 Dekabr

Azərbaycan səhnəsinin ilk Hamleti  

11:46
12 Dekabr

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər  

11:41
12 Dekabr

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını ziyarət edib  

11:36
12 Dekabr

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!