12 Dekabr 2024 07:57
144
SİYASƏT
A- A+
Heydər Əliyev yolu

Heydər Əliyev yolu

 12 dekabr xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.  Bu günlərdə respublikamızın hər yerində müstəqil və müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan bu dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilir, ruhuna dualar oxunur. İllər bir-birini əvəz etdikcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, tarixmizdəki rolunu daha dərindən anlayırıq.

Heydər Əliyev elə bir görkəmli dövlət xadimi və şəxsiyyətdir ki, siyasi fəaliyyətinə nəzər salanda həm də Azərbaycan xalqının son 55 illik tarixi barədə fikir yürüdə bilərik. Hansı dövrdə, harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq bu dahi insanın fəaliyyətinin əsas məramı yalnız və yalnız öz dövlətinə və xalqına layiqli xidmət olub. Azərbaycanın yüksəlişinin təmin olunması, müstəqilliyimizin xilas edilməsi, müstəqil dövlətimizin etibarlı təməllərinin yaradılması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması məhz bu fəaliyyətin qürurdoğuran tarixi nailiyyətləridir.

Tale Heydər Əliyevə iki dəfə - həmi sovet illərində, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmək kimi tarixi missiya həvalə edib. Bu dövrlərin hər birində Ulu Öndərin həyata keçirdiyi liderlik missiyaları müasir Azərbaycan tarixinin dönüş nöqtələridir. İlk dəfə 1969-cu ildə ilk dəfə respublikamıza rəhbərliyə başlayan Ümummilli Lider Heydər Əliyev əzmkar fəaliyyətilə Azərbaycanın dərin iqtisadi və mənəvi böhrandan xilas edib. Məhz o illərdə Ulu Öndərin gördüyü işlər ölkəmizi aydın gələcəyə və yüksək sosial rifaha aparan və eyni zamanda gələ müstəqilliyimizin iqtisadi bazasını təşkil edən tərəqqi yolunun əsasını qoyub. 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü keyfiyyət dəyişikliklər, yeni iqtisadi bazanın formalaşması, xalqımızın mədəni-mənəvi dəyərlərinin qorunması istiqamətində həyata keçirilən tədbirlər həcminə görə Azərbaycanın sovet tarixinin quruculuq və intibah mərhələsini təşkil edir. 

Heydər Əliyevin şəxsiyyət kimi, lider kimi böyüklüyü ondadır ki, ölkəmizə rəhbərlik etmədiyi dövrdə belə dövlətin və xalqın taleyində rol oynayan tarixi missiya həyata keçirib. Bu baxımdan Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində həyata keçirdiyi siyasi fəaliyyət xalqımızn milli müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsidir. Çünki məhz Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə həmin dövrdə müstəqillik uğrunda mücadilə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, xalqımızın mübarizə əzmini daha da yüksəlmişdir. Hələ sovet rejiminin mövcud olduğu dövrdə üçrəngli bayrağımızın rəsmi bayraq kimi təsbit edilməsi, Naxçıvan Muxtar Respublikasının adındakı «sovet» və «sosialist» sözlərindən imtina edilməsi, SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda boykot edilməsi  Heydər Əliyevin dövlətçilik tariximizə qızıl hərflərlə yazdığı hadisələrdir.

Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərində də taleyin ona həvalə etdiyi tarixi vəzifəni də fədakarcasına yerinə yetirdi. Hələ 1992-ci ilin noyabrında Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması xalqımızın Ulu Öndərə olan inamından irəli gəlirdi. Hər kəs respublikamızı düşdüyü böhranlardan yalnız Heydər Əliyevin xilas edəcəyinə inanırdı.  Bu inamın göstəricisi olaraq xalqın təkidli istəyi ilə Ulu Öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı respublikamızda tamamilə yeni tarixi mərhələyə yüksəltdi. Dahi şəxsiyyət tarixi xilaskarlıq missiyası ilə müstəqilliyimizi və dövlətçiliyimizi qorudu, bu gün qürurları ilə fəxr etdiyimiz Azərbaycanımızı yaratdı. 

Ümumiyyətlə müstəqilliyimizin ilk illərində ölkədə cərəyan edən siyasi-hərbi prosesləri, daxili çəkişmələri göz önündən keçirdikcə Heydər Əliyevin nə qədər böyük və cəsarətli dühaya, polad kimi möhkəm siyasi iradəyə malik olduğunu görmək mümkündür. Əgər xalqımızın Heydər Əliyev kimi qətiyyətli siyasi lideri olmasaydı, yəqin ki, bu günkü müstəqil və qüdrətli Azərbaycan dövlətindən də bəhs edə bilməzdik. Məhz Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində xalqımız tarixinin ən ağır sınaqlarından üzüağ və alnıaçıq çıxdı, müstəqil dövlətçiliyinə sahib oldu.

Böyük qürurla qeyd etməliyik ki, Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində Azərbaycan ötən 21 ildə sürətli inkişaf yolu keçib. Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərilyi ilə bu dövrdə qazanılan uğurlarımız hər birimizin fəxarət ünvanıdır. Ümummilli Liderimizin xilas etdiyi müstəqilliyimizin təməlləri bu dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib. 

Respublikamızın qazandığı bütün uğurların mayasında həm də Heydər Əliyevin ideyalarının davam etdirilməsi dayanır. Bu ideyalar günümüzlə səsləşdiyinə görə biz Heydər Əliyevin barəsində keçmiş zamanda bəhs etmək mümkün deyil. Zaman keçdikcə, Azərbaycan özünün strateji hədəflərinə çatdıqca, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü  daha da aydın görünür. Bu ideyaların Prezident İlham Əliyev tərəfindən yaşadılmasının, davam etdirilməsinin və zənginləşdirilməsinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır.

Ötən 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı bütün uğurlar həm də Heydər Əliyevin arzularının həyata vəsiqə alması deməkdir. Bu uğurların zirvəsi isə torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən antitrror tədbirlərindən sonra ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bütün bunların müəllifi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Bu hadisələr göstərdi ki, Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlib. Torpaqlarımızın azadlığının timsalında həm də təsdiq olundu ki, Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin qüdrətləndirdiyi müasir Azərbaycan istənilən problemi təkbaşına həll etməyə qadir olan dövlətdir. 

Vəfat etməsinin 21-ci ildönümündə Ulu Öndərin Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edirik.  Dövlət və xalq olaraq getdiyimiz yol, hər bir nailiyyətimiz göstərir ki, Heydər Əliyev ideyalarının, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının alternativi yoxdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz Heydər Əliyev yolu bundan sonra da dövlətimizə yeni nailiyyətlər bəxş edəcək.


Məşhur MƏMMƏDOV,

Milli Məclisin deputatı 




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır  

11:56
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır  

11:51
12 Dekabr

Azərbaycan səhnəsinin ilk Hamleti  

11:46
12 Dekabr

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər  

11:41
12 Dekabr

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını ziyarət edib  

11:36
12 Dekabr

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!