17 Aprel 2026 18:23
141
CƏMİYYƏT
A- A+
“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  


Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov bildirib ki, “Heydər Əliyev mühazirələri” layihəsi gənclərin dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Bu mühazirələr Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir müstəqil dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğini təmin edir. Eyni zamanda, YAP Yasamal rayon təşkilatı ilə BDU-nun əməkdaşlığı çərçivəsində təşkil olunan bu platforma sağlam və intellektual müzakirə mühitinin inkişafına xidmət edir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir: “Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Geniş məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova qeyd edib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində mümkün olub. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

Komitə sədri ailə dəyərlərinin qorunması sahəsində görülən işlər və layihələrdən də söz açıb: “Dövlət Komitəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Ötən il BDU ilə imzalanan birgə memorandum da fəaliyyətimizdə həm sosial, həm də elmi məqsədlərin reallaşdırılmasına xidmət edir”.

Sonra tələbələrin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!