29 Iyun 2024 13:26
292
DÜNYA
A- A+

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

 

Parisdə fəaliyyət göstərən İnsan hüquqları komitəsinin hesabatına görə, 2023-cü ildə Fransada irqçilik halları 32 faiz artıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Fransanın İnsan Hüquqları üzrə Milli Məşvərət Komitəsinin (CNCDH) yaydığı yeni hesabatda deyilir ki, bu ölkədə azlıqda olan bütün qruplar üçün tolerantlığın, xüsusən də yəhudi icması üçün dözümlülüyün səviyyəsi azalıb. Ən az tolerantlıq göstərilən qrup isə müsəlman icmasıdır.

Fransa Daxili İşlər Nazirliyi də 2023-cü ildə irqçilik hallarının 32 faiz artmasını təsdiq edib. Hesabatda qeyd olunub ki, ən çox artım antisemit irqçiliyi zəminində müşahidə olunub.

CNCDH, habelə 2023-cü ildə 1 milyon insanın ən azı bir irqçi hücuma məruz qaldığını qeyd edərək, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları fonunda sığınacaq və miqrasiya ilə bağlı qütbləşən müzakirələr də daxil olmaqla, vəziyyətin gərginliyini artıran amilləri təqdim edib.

Hesabatda diqqətə çatdırılır ki, artıq fransızların yarıdan çoxu – 51 faizi Fransada özünü evindəki kimi hiss etmir. Bu göstəricidə də 2022-ci ilin yazına nisbətən səkkiz pilləlik artım var. Bildirilib ki, fransızların 56 faizi hesab edir ki, ölkədə miqrantların sayı həddindən artıqdır.

Rəqəmlər bu ilin iyununda Avropa Parlamentinə keçirilən seçkilərdə səslərin 30 faizindən çoxunu toplayan ifrat sağçı “Milli birlik” (RN) partiyasının yüksəlişi ilə bağlı siyasi və sosial atmosferin son kontekstini əks etdirir. Ultrasağçı qüvvələrin qələbəsi Fransa Prezidenti Emmanuel Makronu mərkəzçi blokunun məğlubiyyətini etiraf etməyə, parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə sövq edib.

Ultrasağçı siyasi lider Jordan Bardella partiyasının miqrasiyaya diqqət yetirəcəyini bildirib, həmçinin bu problemin dövlət maliyyəsi və sosial təminat sisteminə ağır yük olduğunu vurğulayıb. O, Fransaya miqrasiya axınının qarşısını alacağına, cinayət törətməkdə təqsirli bilinən əcnəbilərin deportasiyasını asanlaşdırmaq üçün qanun dəyişiklikləri həyata keçirəcəyinə və iqtisadi problemlərin həlli üçün tədbirlər görəcəyinə söz verib.

Fransada parlament seçkilərinin birinci turu iyunun 30-da və ikincisi isə iyulun 7-də keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video