30 Iyun 2024 08:15
172
SİYASƏT
A- A+

"Hərbi xərclərin artırılması gücümüzün göstəricisidir"

 

"İkinci Qarabağ müharibəsində dünya Azərbaycan Ordusunun əsgər və zabitinin həm qəhrəmanlığının, həm də yüksəksəviyyəli hazırlığının, peşəkarlığının şahidi oldu. Bugünkü Azərbaycan Ordusu 4 il öncəkindən daha güclü, daha peşəkardır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi üçün verdiyi göstəriş və tapşırıqların icrası uğurla həyata keçirilib. Hər il büdcədə hərbi xərclərin artırılması həm də gücümüzün göstəricisidir. Azərbaycan heç bir ölkə ilə silahlanma yarışına girməyib və belə bir niyyəti də yoxdur. Amma elə bölgədə yerləşirik və keçmişdə elə ağrılar çəkmişik ki, güclü, peşəkar ordumuzun olması labüddür". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov dövlət büdcəsində hərbi xərclərin artırılması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib. 
Deputat bildirib ki, ordu ölkənin təhlükəsizliyinin qarantıdır: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən bir müddət sonra ordu quruculuğuna start verilərək bu sahədə çox böyük islahatlar həyata keçirildi. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni çağırışlara cavab verən daha müasir, çevik, döyüşkən və peşəkar ordunun yaradılması istiqamətində də işlər görülüb. Azərbaycan son zamanlar hərbi infrastrukturunun gücləndirilməsi, modern hərbi sənaye kompleksinin formalaşdırılması, yalnız idxal deyil, həmçinin hərbi təyinatlı məhsulların ixrac olunması yolunda da çox vacib addımlar atır. Buna görə də Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.  Təbii ki, bu proses davamlı baş verməlidir və dünya bilməlidir ki, Azərbaycan hərtərəfli inkişaf edən  ölkədir və onun güclü ordusu var. Bu ad daimi olaraq ölkəmizin adı ilə bərabər səslənməlidir və bunun üçün hərbi sahəyə ayrılan xərclərin hər il artırılması gündəmdə olacaq". 
Deputat vurğulayıb ki, sərhədlərimizin müdafiə olunması, vətəndaşların təhlükəsizliyinin qorunması üçün güclü ordumuzun olmasını hər kəs arzulayır. Bu səbəbdən də dövlət üzərinə düşən vəzifələrin ən yüksək səviyyədə həll edilməsi üçün bütün lazımi addımları atır və atacaq. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video