02 Avqust 2024 09:40
5966
Səhiyyə
A- A+
Hansı qidalar orqanizmdəki iltihabı azaldır?

Hansı qidalar orqanizmdəki iltihabı azaldır?

 

Hər bir insanda görülə bilən iltihab immunitet sisteminin orqanizmi müxtəlif xəstəliklərdən müdafiə edərək qıcıqlandırıcıya qarşı verdiyi reaksiyadır.

Yad cisimlərin vurduğu zədələr, kimyəvi maddələrin və radiasiyanın təsiri,  bakteriya, virus və göbələklər iltihablanmaya səbəb ola bilər. Onun əsas əlamətləri qızartı, istilik, şişkinlik və ağrılardır. Zamanında müvafiq tədbirlər görülməsə, iltihab xroniki hal ala bilər. Xroniki iltihabi xəstəliklər isə ölümlə nəticələnə bilər.

Aparılan araşdırmalar göstərir ki, fərdin həyat tərzi ilə orqanizmdəki iltihab səviyyəsi arasında əlaqə var. Belə ki, qanda CRP (qaraciyərdə istehsal olunan zülal) səviyyələri yüksək olan insanlar fiziki olaraq hərəkətsizdirlər, yüksək qan şəkəri səviyyəsinə malikdirlər və sağlam qidalanma vərdişləri yoxdur.

 

İltihab əleyhinə qidalanmanın faydaları

 

Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma vərdişləri ilə orqanizmdəki iltihabı azaltmaq mümkündür. İltihab əleyhinə qidalanmanın bir çox faydası var.

Xroniki xəstəliklərin qarşısının alınması. İltihab əleyhinə qidalanma ürək xəstəliyi, diabet və bəzi xərçəng növləri kimi xroniki xəstəliklərə yaxalanma riskini azaldır.

İmmunitet sisteminə dəstək. Antioksidant, vitamin və minerallarla zəngin qida rasionu hüceyrə zədələnmələrinin qarşısını alır, immunitet sistemini gücləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

Psixi sağlamlıq. İltihab əleyhinə qidalanma depressiya və narahatlıq kimi psixi sağlamlıq problemlərinin simptomlarını azaldır.

Dəri sağlamlığı. Bu qida rasionu dəridək

i iltihabı azaldır və daha sağlam dəri görünüşünü təmin edir.

 

İltihabı azaldan məhsullar

 

Yaşıl yarpaqlı tərəvəzlər. İspanaq, kələm və pazı kimi yaşıl yarpaqlı tərəvəzlər antioksidant və vitaminlərlə zəngindir. Bu bitkilərdə iltihabla mübarizədə təsirli olan flavonoidlər var. E vitamini mənbəyi olan ispanaq, həmçinin alfa-linolenik turşusuna malikdir. Bu turşu iltihablanmadan qaynaqlanan ağrıları kəsir.

Yağlı balıq. Somon, sardina və skumbriya kimi yağlı balıqlar omeqa-3 ilə zəngindir. Omeqa-3 iltihabla mübarizədə və ürək sağlamlığını dəstəkləməkdə mühüm rol oynayır.

Zeytun yağı. Antioksidantlarla zəngin zeytun yağı iltihabı azaltmağa kömək edir. Gündəlik qida rasionuna zeytun yağını əlavə etmək orqanizmdə iltihabın azalmasına səbəb olar. İltihabqurutma xüsusiyyətinə malik zeytun yağının təsirini görmək üçün onun təbiiliyindən və keyfiyyətindən əmin olmaq lazımdır. Hər səhər bir yemək qaşığı zeytun yağı qəbul etmək sağlamlığa müsbət təsir edə bilər.

Çiyələk, böyürtkən və moruq. Bu giləmeyvələr antioksidantlar və C vitamini ilə zəngindir. Antioksidantlar iltihabı azaldır və hüceyrə zədələnməsinin qarşısını alır.

Qoz. Aparılan araşdırmalara görə, gündə 50 qram qoz yemək orqanizmdən iltihabı xaric edir, qanda CRP miqdarını azaldır. Bu da ürək problemlərini aradan qaldırmağa kömək edir. Qozun faydalarını maksimum əldə etmək üçün, axşamdan bir stəkan suya 3 ədəd qoz əlavə edib səhər acqqarına içmək lazımdır. Bu qarışıqdan hər gün istifadə etmək olar.

Sarıkök. Hindistanın yemək mədəniyyətinin önəmli bir parçası olan sarıkök  tərkibindəki kurkumin maddəsi sayəsində iltihab əleyhinə təbii antioksidant kimi çıxış edir.  Kurkumin iltihablanmaya səbəb olan fərqli molekulyar quruluşların hərəkətini məhdudlaşdırır. Bu ədviyyat oynaq iltihabı və əzələ burxulması kimi xəstəliklərin müalicəsində təsirlidir. Sarıkökü şəfa məqsədi ilə qəbul etmək üçün onu hər sabah çay qaşığı ilə bir stəkan su və ya ilıq südə qatıb içmək lazımdır. Bu içkini həftədə 3 dəfə qəbul etmək yetərlidir.

Zəncəfil. Tərkibindəki gingerol adlı maddə sayəsində təbii iltihab quruducu hesab edilən zəncəfildən mütəmadi olaraq istifadə etmək revmatizm ağrılarını azaldır, ödəmi yox edir. O, toz və kök formasında istifadə edilə bilər. Zəncəfil həm də qan durulducu olduğu üçün onu qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Sarımsaq. Tərkibindəki maddələr sayəsində iltihab əleyhinə vasitə olan sarımsaq bəzən qoxusuna görə çox istifadə edilmir. Bunun qarşısını almaq üçün sarımsağı xırdalayıb su ilə içmək olar. Sarımsaq tozu və sarımsaq yağı kimi məhsullar iltihab əleyhinə çox effektivdir.

Reyhan.  İltihaba qarşı mübarizə aparan bitkilərdən biri də reyhandır.  Bitkiyə xüsusi dadı və qoxunu verən maddə "eugenol"dur.  Reyhanı rasiona daxil etmək orqanizmin iltihablanmaya qarşı güclənməsini təmin edir.

Gicitkən.  Gicitkən orqanizmdəki toksinlərin böyrəklər tərəfindən atılmasını sürətləndirir. Eyni zamanda mövcud iltihablanmanın həcmini azaldır, ağrıkəsici kimi təsir edir.

Limon. C vitamini qaynağı olan limon orqanizmi mikroblara qarşı qoruyur. Bağırsaqları və qanı təmizləyir.

Nar suyu. Orqanizmi yoran və zərər verən iltihablanmanı aradan qaldırmaq üçün antioksidantlarla zəngin qida rasionu olmalıdır. Belə qidalardan biri, bəlkə də birincisi məhz nar suyu hesab edilir.

Darçın. "Şəfa deposu" hesab edilən darçın antioksindantlar sayəsində damarları təmizləyir.  Orqanizmdə olan iltihabı yox edir.

Unutmamaq lazımdır ki, hər orqanizm individualdır. İltihab əleyhinə qidalanma ümumi sağlamlıq yanaşması olsa da, xüsusilə xroniki xəstəliyi olanlar qida rasionunda köklü dəyişikliklər etməzdən öncə mütəxəssis ilə məsləhətləşməlidirlər.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!