11 Fevral 2025 09:00
2218
Səhiyyə
A- A+
Gündəlik həyat ritmini qorumaq stresi aradan qaldıra bilər

Gündəlik həyat ritmini qorumaq stresi aradan qaldıra bilər


Təbii fəlakətlər və texnogen qəzalar insanların psixologiyasına mənfi təsir göstərərək qorxu və təşviş yaradır. Araşdırmalar göstərir ki, təşviş pozuntusu olan insanlarda bu hallar özünü daha şiddətli şəkildə büruzə verir.

Bu cür travmalar özünü müxtəlif formalarda göstərir, insanların iş və həyat fəaliyyətinə ciddi təsir edir, onların həyat keyfiyyətinin aşağı düşməsinə və səmərəliliyinin azalmasına səbəb olan təbii və antropogen faktorlarla bağlı meydana gələn fəsadların baş verməsinin qarşısını almaq üçün mütəxəssislərin rəyinə və məsləhətlərinə ehtiyac yaranır.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, təbii və texnogen fəlakətləri birbaşa yaşayan, şahidi olan, bu haqda xəbərləri televiziya və sosial şəbəkələrdə mütəmadi izləyən insanlarda Post Travmatik Stres Pozuntusu (PTSP) əlamətləri yaranır. Bu da özünü kabuslar, geri dönən xatirələr (flashback), yuxuya getməkdə çətinlik və gündəlik həyat keyfiyyətinin aşağı düşməsi ilə göstərir. Bir qisim insanlar toplu yerlərə getməkdən çəkinir, səyahətlərdən imtina edir və daha çox təhlükəsiz mühitdə olmaq istəyirlər.

"Sosial şəbəkələr və xəbər portalları kollektiv psixoloji travmaların yayılmasında və dərinləşməsində mühüm rol oynayır. Bu platformalar hadisələrin real vaxtda geniş kütləyə çatdırılmasını təmin edir, fəlakətlərlə bağlı videolar, şəkillər və xəbərlər sürətlə yayılır, insanlar bu məlumatlara təkrar-təkrar məruz qalırlar. Bu isə travmatik təsiri artırır və qorxu hissini gücləndirir. Bəzən sosial şəbəkələrdə yalan və ya şişirdilmiş məlumatlar yayılır. Panika yaratmaq məqsədilə təqdim olunan dezinformasiyalar isə insanlarda daha çox təşviş və qeyri-müəyyənlik hissi yaradır. Nəzərə almaq lazımdır ki, psixoloji yoluxma fenomeninə görə, insanlar ətraflarındakı şəxslərin qorxusunu, təşvişini və emosional reaksiyalarını mənimsəyirlər. Sosial mediada davamlı olaraq qorxu dolu paylaşımlar edildikdə, bu duyğular kütləvi şəkildə yayılır və fərdi qorxular kollektiv psixoloji yükə çevrilir", - deyə psixoloq bildirib.

Bir qisim insanlar baş verən fəlakətlərlə bağlı hər şeyi izləmək ehtiyacı hiss edirlər. Xüsusilə, "nəsə qaçırmaq qorxusu" (FOMO) yaşayanlar davamlı olaraq xəbərləri izləyir, bu da onlarda narahatlıq və stres səviyyəsini yüksəldir. Mütəxəssis bildirib ki, sosial şəbəkələrdə yayılan fəlakət görüntüləri insanlarda empatiya hissini artırır. Lakin bu empatiya bəzən həddindən artıq yüklənməyə səbəb olur ki, nəticədə insanlar psixoloji olaraq çökə bilirlər. Belə hallara "ikincil travma" (secondary trauma) və ya mərhəmət yorğunluğu ("compassion fatigue")  deyilir. Bəzi hallarda isə sosial mediada fəlakət xəbərləri siyasiləşdirilir və qorxular müəyyən maraq qrupları tərəfindən manipulyasiya olunur. Bu, ictimai panikanı daha da artırır və insanlar arasında ikifikirlilik yaradır.

Elnur Rüstəmov narahatlıq və stresin fiziki simptomlarla da müşahidə edildiyini bildirir: "Bunlara baş ağrıları, ürək döyüntüsünün sürətlənməsi, mədə-bağırsaq problemləri, təzyiq dəyişiklikləri və immun sisteminin zəifləməsi kimi halları misal göstərə bilərik. Uşaqlar və yeniyetmələr bu cür xəbərlərdən daha tez təsirlənir, qorxularını fərqli yollarla ifadə edirlər. Azyaşlılar baş verənləri tam anlamır, lakin böyüklərin reaksiyalarını mənimsəyərək təşviş hiss edirlər. Bu zaman yuxusuzluq, ayrılıq qorxusu, valideynlərə bağlılığın artması, davranış problemləri və diqqət dağınıqlığı kimi hallar müşahidə edilə bilər. Ailənin, işin və gündəlik həyatın məsuliyyətini daşıyan böyüklər fəlakətlərdən sonra daha çox stres və təşviş keçirirlər. Onlarda qorxu, depressiya, iş məhsuldarlığının azalması, diqqət və konsentrasiya problemləri yarana bilər. Yaşlı insanlar isə fiziki və psixoloji adaptasiya qabiliyyəti zəiflədiyi üçün fəlakətlərə qarşı daha həssas olurlar".

Psixoloq onu da vurğulayıb ki, mənfi təsirləri çox olan sosial şəbəkələrin insanlara psixoloji dəstək göstərmək üçün müsbət bir vasitəyə çevrilməsi də mümkündür. İnsanlar eyni problemi yaşayanlarla ünsiyyət qura, dəstək qruplarına qoşula və psixoloqların tövsiyələrindən yararlana bilərlər. Çıxış yolu kimi davamlı olaraq fəlakət xəbərlərinə baxmaq əvəzinə, məhdudlaşdırılmış və etibarlı mənbələrdən məlumat almaq tövsiyə olunur. Gündəlik həyat ritmini qorumaq da stresi azaltmağa kömək edir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!