07 Noyabr 2025 18:14
2543
Mədəniyyət
A- A+
Günay Əfəndiyeva: Azərbaycanın qazandığı Qələbə, ortaq köklərimizə, qardaşlıq və birlik ruhumuza yeni güc, yeni nəfəs verib  

Günay Əfəndiyeva: Azərbaycanın qazandığı Qələbə, ortaq köklərimizə, qardaşlıq və birlik ruhumuza yeni güc, yeni nəfəs verib  


II Azərbaycan-Özbəkistan Gənclər Forumunun Azərbaycanın Zəfər Bayramı ərəfəsində keçirilməsi dərin rəmzi məna daşımaqdadır. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, ortaq köklərimizə, qardaşlıq və birlik ruhumuza yeni güc, yeni nəfəs verib. Buna görə də 8 Noyabr - Zəfər Günü Azərbaycan ilə yanaşı, bütün Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva II Azərbaycan–Özbəkistan Gənclər Forumunun açılışındakı çıxışı zamanı deyib.

O, Azərbaycan və özbək xalqlarının tarixi bağlarından söz açıb: “Düşünürəm ki, bu gün burada iştirak edən özbək gənclər özlərini doğma Vətəndəki kimi hiss edirlər. Çünki bizim soy-kökümüz, dinimiz birdir. Bizim mədəniyyətimiz, adət-ənənələrimiz ümumi dəyərlərə əsaslanır.

Qədim zamanlarda Böyük İpək Yolu marşrutu xalqlarımızı həyatın bir çox sahələrində birləşdirirdi. Orta əsr dahi şair və mütəfəkkirlərimizin yaradıcılıq irsindəki dərin ədəbi və fəlsəfi paralellər də bu əlaqələrin davamı idi”.

Deputat müxtəlif dövrlərdə Azərbaycan və Özbəkistanın mədəniyyətin bir çox istiqamətləri üzrə, o cümlədən ədəbiyyat, incəsənət, musiqi, teatr, ekran işində yaxınlığını əks etdirən real tarixi nümunələri bölüşüb.

Günay Əfəndiyeva Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunmasından bəhs edərək deyib: “Baxın, üç onillik ərzində bizim münasibətlərimiz hansı səviyyəyə yüksəlib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qardaşlıq prinsiplərinə sədaqət göstərir, ölkələrimiz qlobal arenada bir-birini dəstəkləyir”.

Milli Məclisi deputatı Özbəkistanın Qarabağda aparılan yenidənqurma işlərinə töhfəsini vurğulayıb. O, bu ilin iyul ayında iki ölkənin dövlət başçılarının iştirakı ilə Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılması, “Özbəkistan” parkının təməlinin qoyulmasından bəhs edib.

Günay Əfəndiyeva son illərdə Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan birgə addımlara diqqət çəkərək bildirib: “Bütün bunlar xalqlarımız və dövlətlərimizin qardaşlıq münasibətlərini əks etdirməklə yanaşı, eyni zamanda, bir-birinə verdiyi qiymətin göstəricisidir”.

Deputat Azərbaycan ilə Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirləri bölüşüb.

Natiq çıxışının sonunda Forumda iştirak edən gənclərə müraciət edərək bildirib: “Bizim ümumi mirasımız, qarşılıqlı hörmətimiz gələcəyimiz üçün möhkəm təməl yaradır. Hər biriniz öz işinizdə bu dəyərləri qoruyun, paylaşın və bir-birinizdən ilham alın! Unutmayın ki, biz müştərək tarixə, mədəniyyətə və vizyona sahibik. Xalqlarımıza həmrəyliyi, inteqrasiyanı, tərəfdaşlığı daha da gücləndirərək hər zaman irəli addımlamağı arzulayıram!”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

Rusiya ilə Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib

11:00
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!