21 Aprel 2023 03:11
563
SİYASƏT
A- A+
Gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız doğma yurdlarına qayıdacaqlar

Gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız doğma yurdlarına qayıdacaqlar

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 2020-ci ilin noyabrında tarixi qələbə ilə başa çatan Vətən müharibəsinin yaratdığı yeni reallıqlardan biri də 30 ildən artıq ölkəmizin şəhər, rayon və kəndlərində müvəqqəti məskunlaşan bir milyondan artıq qaçqın və köçkünün  doğma yurdlarına  qayıdışıdır. İctimaiyyətdə böyük inam yaranıb ki, vaxtilə Qarabağdan məcburi köçkün düşən insanlar dədə-baba yurdlarına qayıtdıqları kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da öz doğma torpaqlarına dönəcəklər.
Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə görüşündə demişdir: "Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Bunu deməyə əsas verən bir çox amil var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. 
Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar".
Bunu Sosial Tədqiqatlar Mərkəzinin ölkəmizdə yaşı 18-24 arasında olanlar arasında keçirdiyi sorğu da təsdiqləyir. Sorğunun nəticələrinə görə, yaşı 18-24 arasında olanların 84 faizdən çoxu Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. İctimai rəy sorğusunda respondentlərə "Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?" sualı ünvanlanıb. Respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Ümumi nəticələr insanların 74.6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandıqlarını göstərib.  Sorğunun nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79 faizi, qadınların isə 71 faizi qayıdışın baş tutacağına qəti şəkildə əmin olduqlarını söyləyiblər. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışının baş tutacağına inanması bu istiqamətdəki müsbət dinamika kimi əhəmiyyətlidir. 
Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının indiki Ermənistan ərazisindən çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə cari ilin əvvəllərində ictimaiyyətə təqdim etdiyi Qayıdış Konsepsiyası dünya ictimaiyyəti tərəfindən də razılıqla qarşılanıb. İcmanın beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən mövqeyini Birləşmiş Millətlər Təşkilatı dəstəkləyib. BMT-nin katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.  
Qürurverici haldır ki, bunun ardınca Qərbi Azərbaycan İcmasının ABŞ-nin Dövlət katibi Antoni Blinkenə ünvanladığı Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına ABŞ-nin dəstək verməsini xahiş etdiyi məktub da BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılıb.
İctimaiyyətə yaxşı məlumdur ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələrdən, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdırılıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar.
Ancaq həqiqət ondan ibarətdir ki, ermənilərin şovinistliyi və sovet hakimiyyətinin  haylara verdiyi dəstək nəticəsində Qərbi Azərbaycandan 1948-ci və 1953-cü illərdə dövlət səviyyəsində deportasiya adı altında yurdundan zorla qovulanlar, onların oğul və qızları, nəvə və nəticələri ömürləri boyu həmin yerlərə qayıtmağın arzusu ilə yaşayıblar, yeri gələndə bunu israrla tələb ediblər. Təəssüf ki, nə sovet hakimiyyəti, nə də ermənilərin dünyanın müxtəlif siyasi dairələrdə kök salan lobbisi bunun reallaşmasına imkan verməyiblər.
Bütün bunlara rəğmən bu günlərdə Qərbi Azərbaycan İcması Gənclər Birliyinin keçirdiyi ilk iclasında Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov qeyd edib ki, Qərbi Azərbaycana qayıdış bu gün hər bir azərbaycanlının, o cümlədən gənclərin gündəmində olan məsələdir. Qərbi Azərbaycana qayıdış hazırda Azərbaycanın xarici siyasətinin mühüm komponentlərindən birinə çevrilib. O bildirib ki, hər bir gəncin üzərinə düşən əsas vəzifə bu proseslərdə fəallıq göstərmək, həqiqətləri həm də müasir texnoloji imkan və vasitələrdən istifadə edərək dünyaya çatdırmaqdan ibarətdir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında icmanın təşkilati strukturu, fəaliyyəti və qarşıda duran vəzifələr haqqında  məlumat verib. İcma sədri Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bununla bağlı hazırlanmış tədbirlər planı çərçivəsində görüləcək həlli vacib məsələlərə toxunub, beynəlxalq müstəvidə görülməli olan işləri diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov çıxışında vurğulayıb ki, gənclər təmsil olunduqları müxtəlif qurum və platformalarda vahid mövqedən çıxış etməli və bu işə öz töhfələrini verməyə çalışmalıdırlar.
Deputat Səbinə Xasayeva isə çıxışında tarixi faktlara söykənməklə zamanın reallıqlarını doğru dəyərləndirərək mübarizə aparmağı hər bir gənc üçün vacib hesab etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu gün özünü Qərbi azərbaycanlı hesab edən hər bir kəs bilik və potensialından istifadə edərək doğma torpaqlarımıza qayıdışa töhfələr verməlidir.
Deputat Emin Hacıyev Ermənistanda keçirilən idman yarışında Azərbaycan bayrağının yandırılmasını pisləyib, müqayisə olaraq Azərbaycanda keçirilən yarışlarda erməni idmançılarının mübarizəsi üçün tam rahat və təhlükəsiz şəraitin yaradılmasına diqqət çəkib.
Görüşdə politoloq Zaur Məmmədov, Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Əli Məhərrəmli, Dövlət Vergi Xidmətinin əməkdaşı, İqtisad Universitetinin doktorantı Aygün Məmmədova, Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru Bayram Məmmədov, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Namiq Muradov çıxış edərək Qərbi Azərbaycana qayıdışla bağlı fikirlərini bölüşüb, torpaqlarımıza qayıtmağın vacibliyindən danışıblar. 
Qərbi Azərbaycan İcması ölkə daxilində olduğu kimi, beynəlxalq müstəvidə də fəaliyyət coğrafiyasını genişləndirib. Artıq soydaşlarımızın doğma yurdlarına qayıtmaları beynəlxalq səviyyədə də dəstəklənir. Milyonların istəyindən xəbər verən bu reallıq çox güman ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Qarabağdan, eləcə də Qərbi Azərbaycandan qaçqın düşmüş, məcburi şəkildə deportasiyaya məruz qalmış soydaşlarımız doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirlər.    

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!