15 İyun 2024 10:45
498
CƏMİYYƏT
A- A+
"Gözüm arxasınca baxa-baxa qaldı"

"Gözüm arxasınca baxa-baxa qaldı"

 

Deyirdin, bu dəqiqə göz yaşında boğulacaq. Əlindəki şəkli bərk-bərk sinəsinə sıxır, arabir üzünə yaxınlaşdırıb sanki oğlunun qoxusunu ürəyinə çəkirdi. "Müharibə başladığını eşidən kimi dedi ki, döyüşə gedirəm. Nə qədər çalışdımsa fikirindən daşındıra bilmədim. Gözüm arxasınca baxa-baxa qaldı..."
Qızqayıt xanım sözünün ardını gətirə bilmədi. Sözlər sankı boğazında düyünlənib qalmış, fikri onu çəkib uzaqlara aparmışdı: "Səfa ilk övladımız idi. Böyük-kiçik yeri bilən, vətənpərvər, sayılıb-seçilən, sakit, gülərüz idi. Orta  məktəbdə oxuyanda fəallığı ilə seçilirdi. Tədbirlərə təşkilatçılıq edər, yoldaşlarından fərqlənməyə çalışardı. Dostcanlı idi. Kimsə deyə bilməz ki, Səfa ilə bir dəfə sözüm çəp gəlib, mübahisəm olub. Deyirlər ki, balam cəbhədə də bu ürəyi ilə mərd-mərdanə vuruşub. Son nəfəsinə kimi döyüş yoldaşları ilə çiyin-çiyinə düşmənlə savaşıb".
Haqqında söhbət açdığımız şəhid Səfa İsazadə 1999-cu il mayın 17-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Səfa hərbi xidmətdə olan vaxtlarında nümunəvi əsgər kimi  komandirlərinin və əsgər yoldaşlarının dərin hörmətini qazanıb, xidmət etdiyi hərbi hissənin komandirləri tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb, Vətən üçün layiqli oğul böyütdükləri üçün valideynlərinə təşəkkürnamələr göndərilib.
İkinci Qarabağ müharibəsinin başlandığını eşidən Səfa sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək müharibəyə getmək istədiyini bildirir. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq savaşa qoşulan gənc Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edir. Oktyabrın 14-də isə Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olur. 
Qızqayıt xanım  o günü belə xatırlayır: 
- Oktyabrın 19-da gördüm ki, insanlar sel kimi axışıb bizə gəlir. Həyətimiz, yollar insanlarla dolmuşdu. Bir qədər sonra oğlumun müqəddəs bayrağımıza bükülmüş cənazəsini aldım. Səfa indi Xaçmaz kəndinin Şəhidlər xiyabanında uyuyur. Bilirəm ki, ruhu rahatdır. Canını qurban verib aldığı Talış kəndində illərdən sonra insanlar yurd salıb yaşayır. Azad olunmuş torpaqlarımız gülüstana dönür. Oğlumu heç kim müharibəyə getməyə məcbur etməmişdir. Könüllü getmişdi. Bilirdi ki, müharibəyə gedən qazi də ola bilər, şəhid də. Şəhidlərimizə baxıram, hamısı seçilmiş balalardır. Necə də qeyrətli oğullarımız varmış. 30 il düşmənin möhkəmləndiyi torpaqları 44 günə azad etdilər. Onlarla necə fəxr etməyəsən axı? İnanıram ki, balam cənnətdədir. Bu, mənim tək təsəlli yerimdir. Ayrılıq dərdi məni yandırsa da, oğlumla, canını vətənə qurban verən bütün şəhidlərimizlə fəxr edirəm.
Səfa İsazadə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!