12 İyun 2026 13:47
174
CƏMİYYƏT
A- A+
Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib 

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib 


İyunun 12-də Gəncə-Daşkəsən iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Göygöldə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlətimizin başçısı İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar, həmçinin Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının aqrar inkişaf perspektivləri barədə danışıb. O vurğulayıb ki, Dövlət Proqramı aqrar sektorda məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, su və torpaq ehtiyatlarından daha səmərəli istifadəni, müasir suvarma texnologiyalarının tətbiqini, toxumçuluq və damazlıq bazasının gücləndirilməsini, eləcə də kənd təsərrüfatında intensiv və yüksək əlavə dəyər yaradan inkişaf modelinə keçidin sürətləndirilməsini nəzərdə tutur. Qeyd edilib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq ölkənin bütün iqtisadi rayonlarında keçirilən regional müşavirələrin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri yerlərdə izah etmək, mövcud vəziyyəti qiymətləndirmək, fermer və sahibkarların rəy və təkliflərini dinləmək, eləcə də proqramın icrası ilə bağlı fəaliyyətlərin daha səmərəli əlaqələndirilməsini təmin etməkdir.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramı çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nəzərdə tutulan prioritet istiqamətlər barədə təqdimatla çıxış edib. O bildirib ki, Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, müasir və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini hədəfləyir. Qeyd olunub ki, proqram çərçivəsində buğda istehsalında məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi, lazer hamarlama texnologiyalarının tətbiqi, saxlama və logistika infrastrukturunun gücləndirilməsi, eləcə də intensiv bağçılıq və heyvandarlığın inkişafı üzrə kompleks tədbirlər nəzərdə tutulub. Təqdimatda fermerlər və sahibkarlar üçün nəzərdə tutulan dövlət dəstəyi mexanizmləri, o cümlədən subsidiya və güzəştli maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi, soyuducu anbar və taxıl silolarının yaradılmasına dəstək, damazlıq və yem bazasının gücləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov çıxışında Gəncə-Daşkəsən iqtisadi rayonunun kənd təsərrüfatı potensialının reallaşdırılmasında su təminatının həlledici rolundan danışıb. O, region üzrə mövcud suvarma infrastrukturu, meliorasiya vəziyyəti və kənd təsərrüfatı istehsalçılarının su təminatı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. X.Məmmədov kənd təsərrüfatının, eləcə də akvakultura və balıqçılıq kimi prioritet sahələrin inkişafının dayanıqlı, etibarlı su təminatı olmadan mümkünsüzlüyünü vurğulayıb və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Dövlət Proqramının icrası çərçivəsində fermerlərin su təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.

Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonda kənd təsərrüfatı sahəsində görülən işlər və mövcud inkişaf potensialı barədə məlumat verib. Qeyd olunub ki, son illər dövlət dəstəyi tədbirləri nəticəsində rayonda kənd təsərrüfatı istehsalının həcmi artmış, intensiv və superintensiv bağçılığın genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi, əkin dövriyyəsinin səmərəliliyinin artırılması və fermerlərin dövlət dəstəyi mexanizmlərindən istifadəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. O bildirib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası kənd təsərrüfatı istehsalının artırılmasına, fermerlərin rifahının yüksəldilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.

Daha sonra çıxış edən Goranboy rayonunda fəaliyyət göstərən “Region Aqro” MMC-nin icraçı direktoru Xatirə Məmmədova və Samux rayonunda fəaliyyət göstərən “Milagro Ganaderia” MMC-nin rəhbəri Fərid Mustafayev Prezidentin və dövlətin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək, Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsi, investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, proqram çərçivəsində yaradılan yeni imkanlar aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə və fermer təsərrüfatlarının daha dayanıqlı inkişafına töhfə verəcək.

Müşavirənin yekununda Prezidentin köməkçisi Şahmar Mövsümov Dövlət Proqramının yerlərdə səmərəli icrasının təmin olunması məqsədilə yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları, fermerlər, sahibkarlar və investorlar arasında koordinasiyalı fəaliyyətin həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin Dövlət Proqramının fermerlər və sahibkarlar arasında geniş təbliğinin təşkili, ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində özəl sektorun fəal iştirakının təmin edilməsi və aqrar dəyər zəncirinin bütün həlqələri üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

15:23
12 İyun

Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:03
12 İyun

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub  

14:58
12 İyun

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək  

14:57
12 İyun

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

14:56
12 İyun

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin  

14:55
12 İyun

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir 

14:55
12 İyun

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir  

14:34
12 İyun

“Bitcoin”in qiyməti 63 min dolları ötüb

14:33
12 İyun

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:32
12 İyun

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  

14:31
12 İyun

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb  

14:17
12 İyun

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB

14:15
12 İyun

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır 

14:13
12 İyun

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

14:12
12 İyun

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir  

14:12
12 İyun

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

14:11
12 İyun

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur  

14:10
12 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

14:09
12 İyun

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək  

14:01
12 İyun

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

13:53
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!