03 Aprel 2025 08:20
271
İQTİSADİYYAT
A- A+
Görüş yeri dəyişmir

Görüş yeri dəyişmir


"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının növbəti toplantısı da Bakıda keçiriləcək


"Cənub qaz dəhlizi"nin təməli 2014-cü il sentyabrın 20-də, "Əsrin müqaviləsi"nin imzalanmasının 20 ilinin tamam olduğu gün Bakıda, Səngəçal terminalında qoyuldu. Bundan cəmi bir neçə ay sonra - 2015-ci ilin fevralında paytaxtımız "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasına evsahibliyi etdi.

Həmin vaxtdan bəri Məşvərət Şurası ildə bir dəfə Bakıda toplaşır. Yalnız 2021-ci ildə koronavirus pandemiyası səbəbindən bu tədbir videokonfrans  şəklində keçirildi. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası hər dəfə bu nəhəng layihə ilə bağlı ötən il görülən işlərə yekun vuraraq cari və qarşıda duran məsələləri nəzərdən keçirir, əgər hər hansı problemlər varsa, onların həlli yollarını axtarır. Artıq iki dəfə - 2023-cü və 2024-cü illərdə bu tədbirlə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin iclası da keçirilib. 

Xatırladaq ki, "Cənub qaz dəhlizi" "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsini, Azərbaycanın və Gürcüstanın ərazisindən keçən, genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini (CQBK), Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu Qaz Boru Kəmərini (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) əhatə edir. Dəhlizin uzunluğu 3500 kilometrdir. Layihə getdikcə yeni interkonnektorlar vasitəsi ilə şaxələnir. Hazırda Azərbaycandan 12 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya qaz alır. Azərbaycan qazı Gürcüstana CQBK ilə 2006-cı, Türkiyəyə BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə 2007-ci və TANAP-la 2018-ci, Avropaya TAP-la 2020-ci il dekabrın 31-dən çatdırılır. 

"Cənub qaz dəhlizi" ilə 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə təxminən 12 milyard kubmetr, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib. Bu nailiyyətlərin əldə olunmasında Məşvərət Şurasının rolu böyükdür. 

Təkcə keçən ilin martında keçirilən toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr qatılıblar. Toplantı açılış sessiyasından sonra işini "Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" üzrə Nazirlər sessiyası", "Cənub qaz dəhlizi" sessiyası: Gələcəyə baxış" və "COP29 fonunda "yaşıl enerji" sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə" mövzularında plenar sessiyalarla davam etdirib.

Məşvərət Şurası çərçivəsində həmçinin "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin 6-cı iclası və "Dənizdə külək enerjisindən istifadənin inkişafı" üzrə Azərbaycan-Avropa İttifaqı "dəyirmi masa"sı keçirilib. Tədbir çərçivəsində, eləcə də "yaşıl enerji" sahəsində bir sıra sənədlər imzalanıb.

Prezident İlham Əliyev toplantıdakı çıxışında demişdir: "Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub - biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir - şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə "Cənub qaz dəhlizi" tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar - interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük".

"Cənub qaz dəhlizi" Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha təsdiq etdi. Təsadüfi deyil ki, bu, Məşvərət Şurasının iclaslarında da daim vurğulanır. Məsələn, keçənilki tədbirdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının həmsədri xanım Kadri Simson demişdir:" Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi. Bu gün məhz qaz axını Avropaya "Cənub qaz dəhlizi"ndən gedir... Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Artıq dediyim kimi, biz ötən il sizin məhz Panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik. Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaqdır".

 Prezident İlham Əliyev Məşvərət Şurasının iclaslarından birində bəyan edib ki,"Cənub qaz dəhlizi" layihəsi yekunlaşsa da, görüləcək işlər hələ çoxdur. Odur ki, Məşvərət Şurası yaxın zamanda yenə də toplaşacaq. Bu, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası olacaq. Və yenə də Bakıda! Bu da "Cənub qaz dəhlizi" kimi qlobal bir layihənin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu bir daha təsdiqləyir və Prezident İlham Əliyevin dünyadakı hörmət və nüfuzundan qaynaqlanır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib

14:15
05 Aprel

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb  

14:14
05 Aprel

Suqovuşanda daha 53 ailəyə mənzillərinin açarları təqdim olunub  

14:13
05 Aprel

“Motorola”nın yeni smartfonu təqdim ediləcək

14:10
05 Aprel

Qalaktikamızda maraqlı ulduz sistemi aşkarlanıb  

14:09
05 Aprel

Ötən ay Türkiyənin müdafiə və aerokosmik ixracatı tarixi rekorda imza atıb

13:29
05 Aprel

Bazar günü üçün hava proqnozu açıqlanıb

13:28
05 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

13:27
05 Aprel

Keçmiş məcburi köçkün: Bu gün yurd həsrəti sona çatır

13:25
05 Aprel

Ombudsmanın Milli Preventiv Qrupu Dövlət Miqrasiya Xidmətinin müəssisələrinə başçəkmələr həyata keçirib  

13:12
05 Aprel

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

13:11
05 Aprel

İmişli, Saatlı və Sabirabadda “Şahin” hərbi-idman oyunu üzrə qaliblər müəyyənləşib

13:02
05 Aprel

Ağdərə sakini: Doğma torpaqlara Böyük Qayıdışın şahidləri və iştirakçılarıyıq  

13:00
05 Aprel

Gürcüstan DTX-yə yeni sədr təyin olunub

13:00
05 Aprel

Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanaraq götürülüb

11:35
05 Aprel

Ədliyyə naziri Şəki şəhərində vətəndaşların müraciətlərini dinləyib  

11:35
05 Aprel

“Paris Science Po” institutunun tələbələri regiondakı reallıqlarla bağlı məlumatlandırılıblar  

11:33
05 Aprel

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib

11:08
05 Aprel

Azərbaycan neftinin ucuzlaşması davam edir

10:29
05 Aprel

Bəzi ərazilərdə duman müşahidə olunur – FAKTİKİ HAVA

10:28
05 Aprel

“Brent” və WTI nefti 4 dollardan çox ucuzlaşıb

10:28
05 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!