05 İyul 2025 14:04
748
DÜNYA
A- A+
“Google”dan istifadə yaradıcılığı azalda bilər

“Google”dan istifadə yaradıcılığı azalda bilər

 ABŞ-nin Karnegi Mellon Universitetinin araşdırmasına görə, “Google”dan istifadə bəzi hallarda yaradıcılığı stimullaşdıra, bəzi hallarda isə zəiflədə bilər. Tədqiqat nəticəsində məlum olub ki, “Google” vasitəsilə hər hansı bir məlumatı axtarmaq imkanının insanın yeni ideyalar düşünmək qabiliyyətinə kömək edib-etmədiyi və ya əksinə, maneə törədib-törətmədiyi araşdırılıb.

“Ümid edirik ki, insan düşüncəsinin texnologiyadan istifadəsi ilə necə qarşılıqlı əlaqədə olduğunu öyrənməklə internetin faydalarını maksimum dərəcədə artırmaq və mənfi təsirlərini minimuma endirmək yollarını tapa biləcəyik”, – deyə Karnegi Mellon Universitetinin dosenti Mark Patterson bildirib.

Tədqiqatçılar internetə çıxışın, xüsusən də “Google”dan istifadənin fərdi və qrup yaradıcılığına necə təsir etdiyini araşdırıblar. Onlar onlayn məlumat əldə etmək imkanının, xüsusən kollektiv iş zamanı, insanların yaradıcı ideyalar düşünməsinə kömək edib-etmədiyini anlamaq istəyiblər. Bu məqsədlə 18–22 yaş arası 244 tələbə təsadüfi şəkildə “Google”a çıxışı olan və olmayan qruplara bölünüb. İştirakçılardan qalxan və ya çətirdən yeni istifadə yolları düşünmək tələb olunub və onların bu ideyaları sadalamaq üçün cəmi üç dəqiqəsi olub. Araşdırmada hər bir iştirakçının ideyalarının sayı və keyfiyyəti, həmçinin bir neçə nəfərin cavablarının qruplaşdırılmış nəticələri qiymətləndirilib.

İdeyaların keyfiyyətini qiymətləndirmək üçün tədqiqatçılar iştirakçıların cavablarını üç kateqoriya üzrə təhlil ediblər: faydalılıq, yenilik və yaradıcılıq. Nəticələr göstərib ki, internetə çıxışı olmayan qruplar əksər hallarda bu göstəricilər üzrə “Google”dan istifadə edən qrupları üstələyib və ya onlarla bərabərləşib.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

11:18
14 Mart

BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək  

11:11
14 Mart

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub  

11:07
14 Mart

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

10:48
14 Mart

Bakıda keçirilən NATO-nun kursunda müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub  

10:36
14 Mart

Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq

10:28
14 Mart

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək

10:19
14 Mart

Anaklaudia Rosbax: Dünyada 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır  

10:12
14 Mart

UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir 

10:01
14 Mart

ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

09:48
14 Mart

Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

09:46
14 Mart

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

09:43
14 Mart

Azərbaycanın qadın güləşçisi Avropa ikincisi olub  

09:31
14 Mart

Bilmək istəyirəm

09:15
14 Mart

"Qayıt, sahmana sal bu kainatı!"

09:10
14 Mart

"Vətən pənahında yaxşı ki, varam!"

09:05
14 Mart

Azərbaycan memarlıq ənənələri - müasir çağırışlar

09:00
14 Mart

Bu günlər iməciliklərdə hamılıqla iştirak edirik

08:55
14 Mart

Bahar gəlir

08:53
14 Mart

Novruzu yüksək ovqatla qarşılayırıq

08:50
14 Mart

Vətəndən uzaqda Novruzun ruhunu yaşayırıq

08:45
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!