05 İyul 2024 08:15
905
SİYASƏT
A- A+
Geniş coğrafiya, böyük potensial, real güc

Geniş coğrafiya, böyük potensial, real güc

 

Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü öz işinə başlayır

 

Türk dünyasının birliyi istiqamətində aparılan fəaliyyət Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirməkdədir. Hazırda türk dünyası getdikcə artan əhalini və əhali tərkibində gəncliyin üstünlüyünü, zəngin təbii sərvətləri, şaxələnmiş nəqliyyat yollarını, türkdilli ölkələr arasında tarixi-mənəvi bağları birləşdirən geniş bir coğrafiyanı əhatə edir. Ona görə də hər bir toplantı, hər bir sammit, konfrans məhz bu məqsədlərə doğru atılan addımdır.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşada öz işinə başlayan Zirvə görüşü türk dövlətləri arasında növbəti davamlı təmaslara, birliyimizin möhkəmləndirilməsinə müsbət təsir göstərəcək. Zirvə görüşünün proqramı da açıqlanıb. "Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması" mövzusunda keçirilən nüfuzlu tədbir təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksəksəviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq. Beləliklə, Şuşa görüşü də bu istiqamətdə önəmli addım olacaq, həm türk dünyasının gücünü, birlik və bir-birinə dəstək əzmini, eyni zamanda xoş niyyətlərini göstərəcək.  
Tarixin yeni nizamı, son illər dünyada baş verən proseslərin axarı, böyük dövlətlərin heç bir mənəvi meyar gözləmədən hegemonluq iddiası ilə sərgilədikləri davranışlar planetimizdəki bütün xalqların və ümumən bəşəriyyətin gələcək taleyi barədə düşünən yeni güc mərkəzlərinin yaranmasını labüd edir. Bu baxımdan, çox geniş bir coğrafiyanı və insan potensialını əhatə edən türkdilli ölkələrin Türk Dövlətləri Təşkilatı (TDT) adı altında bir araya gələrək getdikcə qlobal proseslərə təsir imkanlarını genişləndirməsi təbii prosesdir. 
TDT-nin əsas inkişaf mərkəzləri rolunda çıxış edərək son onilliklərdə bir-birinə qarşılıqlı dəstəyi, inam və güvəni ilə təkcə türk dünyası deyil, bütün bəşəriyyət üçün nümunə yaradan Azərbaycan və Türkiyə böyük bir tarixi missiya yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyev illər öncə "XXI əsr türk dünyası əsri olmalıdır" - deyə bəyan edəndə bu, bəlkə də çoxlarımıza xoş bir arzu kimi gəlirdi. Yeni tarixi reallıqlar isə Azərbaycan liderinin gələcəyi onillər əvvəl gördüyünü, xatırladığımız bəyanatında türk dünyasının birliyinə doğru əldə edilmiş bugünkü nəticələrin müjdəsini verdiyini, türkdilli dövlətlərin Türk Dövlətləri Təşkilatı altında əsrimizin həqiqətən "Türk dünyası əsri"nə çevrilməsi istiqamətində uğurla irəlilədiklərini göstərir. 

 

"Bizim ailəmiz türk dünyasıdır"

 

Vətən müharibəsindəki qələbəmiz nəticəsində ərazi bütövlüyümüzün bərpasından sonra daxil olduğumuz yeni strateji dövrdə də Azərbaycan türk dünyasının birliyi naminə çalışmağı yürütdüyü siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 2024-cü il fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində türk dünyası ilə əməkdaşlığın önəmini bir daha bəyan edib: "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik". 

 

Sülh, əməkdaşlıq niyyətli birlik

 

Türk dünyasının inteqrasiyası Azərbaycan üçün sadəcə bəyanatlarla çıxış etmək deyil, müxtəlif sferalarda həyata keçirilən və türkdilli ölkələri addım-addım bir-birinə daha da yaxınlaşdıran, müxtəlif tərəfdaşlıqlarla sıx bağlayan konkret layihələr, tədbirlərdir. Eyni zamanda türk dövlətləri arasında müxtəlif formatlarda yaranan ortaq müzakirə platformalarıdır. 
İyunun 15-də Milli Qurtuluş Günü və Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı əsasında Şuşada təşkil edilmiş beynəlxalq konfrans bunun örnəklərindən oldu. Konfrans "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusuna həsr edilmişdi. 
Məlum olduğu kimi, getdikcə güclənən Türk Dövlətləri Təşkilatı qlobal təsir imkanlarını genişləndirir. Hazırda bu təşkilat təkcə üzv ölkələr arasında deyil, həm də regional səviyyədə mühüm aktordur. Mərkəzi Asiya, Qafqaz və Avropa arasında körpü rolunu oynayan Türk Dövlətləri Təşkilatı bu coğrafiyaların inteqrasiyasını və əməkdaşlığını təşviq edir. Beynəlxalq təşkilatlarla qurulan əlaqələr və birgə layihələr türk dünyasının beynəlxalq arenada daha fəal rol oynamasına şərait yaradır.
Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərini də təşviq edən TDT üzv ölkələr arasında bu sahələrdə əlaqələrin möhkəmləndirilməsi istiqamətində çalışır. Birgə təlimlər, təhlükəsizlik konfransları və terrorla mübarizə mövzularında məlumat mübadiləsi kimi fəaliyyətlər regional sabitliyin təmin edilməsinə mühüm töhfələr verir.
Ən mühüm məqam isə bundan ibarətdir ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti başqa ölkələrin maraqlarına qarşı yönəlməyib. Bu qurumda bir araya gələn türk ölkələrinin məqsədi yeni bir güc mərkəzi timsalında dünya üçün problemlər, yeni konfliktlər yaratmaq deyil. Əksinə, siyasi əməkdaşlığın, imkanlardan birgə istifadə səylərinin gücü ilə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Türk Dövlətləri Təşkilatı siyasi əməkdaşlıq və diplomatiya prinsipləri üzərində bərqərar olub. Bu qurum həm üzv ölkələr, həm də də təşkilata üzv olmayan dövlətlər arasında siyasi dialoqu, əməkdaşlığı təşviq edən mühüm platformadır. Türk Dövlətləri Təşkilatı ümumi xarici siyasət strategiyalarını inkişaf etdirərək beynəlxalq arenada daha güclü söz sahibi olmağı, beləliklə də bəşəriyyəti təhdid edən bir çox müşkül məsələlərin həllinə nail olmağı hədəfləyir. Bu kontekstdə həm şuranın təşkil etdiyi mütəmadi zirvə toplantıları və görüşlər, həm də bu günlər Şuşada təşkil edilmiş beynəlxalq konfrans kimi tədbirlər üzv ölkələr arasında siyasi əlaqələrin güclənməsinə, bir çox regional problemlərin ortaq anlayışla həllinə imkan yaradır.

 

Güclənən təşkilat

 

Bu sirr deyil ki, tarixən də, müasir dünyamızda da bir çox məsələlərdə iqtisadi amillər həlləedici rol oynayıb və yenə oynamaqdadır. Ona görə təbii ki, türk dünyasının birliyində iqtisadi əməkdaşlıq məsələləri əsas aparıcı istiqamətlərdən biri kimi diqqəti çəkir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif təşəbbüslər irəli sürülür. Ticarət həcminin artırılması, investisiya imkanlarının qiymətləndirilməsi və birgə layihələrin həyata keçirilməsi kimi məsələlər üzərində iş aparılır. Bu məqsədlə mütəmadi şəkildə biznes-forumlar, iqtisadiyönümlü tədbirlər təşkil edilir, qurumda bir araya gələn ölkələr arasında qarşılıqlı anlaşmalar, sazişlər imzalanaraq icraya yönəlir. Türk dövlətləri arasında enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq iqtisadi inkişafı dəstəkləyən mühüm addımlardır. Türkdilli ölkələr qeyd edilən sahələrdə də çox böyük potensiala malikdir. Azərbaycan bu potensialı realizə etmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Son illər Türk Dövlətləri Təşkilatındakı ölkələrin dövlət rəhbərlərinin Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkələrə rəsmi səfərləri, imzalanan sənədlər, təməli qoyulan yeni layihələr, ayrı-ayrı türk dövlətlərinin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq proseslərinə qardaşlıq töhfələri bunun xoş örnəkləridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xüsusda demişdir: "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

 

Ortaq keçmişdən ortaq gələcəyə

 

Türk dünyası zəngin tarixi və mədəni irsə malik geniş bir arealı əhatə edir. Orta Asiyadan Anadoluya, Sibirdən Balkanlara qədər uzanan bu geniş ərazidə tarixboyu fərqli siyasi sərhədlər və idarəçilik sistemləri altında yaşasalar da, tarix, dil və mədəniyyət ümumiliyi bu gün də türk xalqlarını qırılmaz şəkildə bir-birinə bağlayır. 
Türk xalqlarının birliyi köklərini dərin keçmişdən götürür. Tarixin ən qədim çağlarından türklər böyük bir coğrafiyada çox güclü dövlətlər qurmuşlar. Hunlar, Göktürklər, Səlcuqlar və Osmanlılar türk birliyinin tarixi nümunələridir. Bu dövlətlər təkcə siyasi və hərbi qüdrətləri ilə deyil, həm də mədəni və elmi sahələrdə bəşəriyyət tarixinə mühüm töhfələr vermişlər. "Orxon-Yenisey" kitabələri, "Kitabi-Dədə Qorqud" dastanları, "Manas" eposu, minlərlə ədəbi-mədəni irs, eyni milli-mənəvi dəyərlərimiz ortaq tarixi keçmişimizin misilsiz inciləridir.
Bu baxımdan türk dünyasının birliyi çərçivəsində ortaq mədəni irsin qorunması və təbliği istiqamətində də mühüm işlər görülür. Dil, tarix və mədəniyyət sahələrində həyata keçirilən layihələr türklərin bir-birini daha yaxından tanımasına, ortaq dəyərlər ətrafında birləşməsinə kömək göstərir. Ortaq dil və tarix kitabları, mədəniyyət festivalları və maarifləndirici proqramlar bu sahədə mühüm fəaliyyətlərdir. Bundan əlavə, gənc nəsilləri bir araya gətirmək üçün universitetlər arasında tələbə mübadiləsi proqramları və birgə akademik layihələr təşviq edilir. Beləliklə, ortaq dil və tarix, təhsil layihələri və mədəni mübadilə proqramları vasitəsilə yeni nəsillər arasında güclü bağlar qurulur. Bundan əlavə, enerji qaynaqları və ticarət yolları kimi strateji sahələrdə əməkdaşlıq türk dünyasının qlobal arenada daha təsirli olmasına töhfə verir. Siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlıq üzv ölkələrə ümumi baxış ətrafında birləşməyə və birlikdə daha güclü şəkildə hərəkət etməyə imkan yaradır. 
Azərbaycanın mövqeyi belədir ki, Türk Dövlətləri Təşkilatının rolu təkcə günün tələblərinə cavab verməklə məhdudlaşmamalı, həm də gələcək potensial əməkdaşlıq və tərəfdaşlıqları əhatə edəcək şəkildə genişləndirilməlidir. Bu çərçivədə üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da gücləndirilməsi türk dünyasının birlik və bərabərlik içində daha parlaq gələcəyə doğru irəliləməsinə şərait yaradacaq. Birgə elmi araşdırmalar, texnologiya transferləri və innovasiya layihələri türk dünyasının qlobal rəqabət qabiliyyətini artıracaq. 
Türk dünyasının birliyi tarixi köklər üzərində daim yenilənməli, zaman-zaman daha da möhkəmlənməlidir. Bu birlik təkcə türk xalqlarının rifahına deyil, həm də dünyada sülhə, sabitliyə, dayanıqlı inkişafa mühüm töhfə olmalıdır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!