28 Iyun 2024 16:01
185
CƏMİYYƏT
A- A+

Gənclərin və qadınların aqrar innovativ layihələrdə iştirakının stimullaşdırılması əsas hədəflərdəndir

 

Bakıda “İqlimə davamlı təcrübələr, dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi sahəsində qadın və gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfrans ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası, cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərin təşkili və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planına uyğun olaraq təşkil olunub.

Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət qurumları, assosiasiyalar və beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.

Konfransda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, torpaq və su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu xatırladan nazir müavini bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasının prioritet olduğunu vurğulayıb.

Nazir müavini əlavə edib ki, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. O, həmçinin aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənclərin və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindən olduğunu açıqlayıb.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, iqlim dəyişmələri nəticəsində ekstremal hava hadisələrinin intensivliyinin artması, su stressi kənd təsərrüfatına əhəmiyyətli dərəcədə təsir göstərməklə, onu ən həssas sektor halına gətirib. Azərbaycanın iqlim dəyişmələrinə həssas olan ölkələrdən olduğunu deyən Umayra Tağıyeva bildirib ki, ölkəmiz iqlim dəyişmələri ilə mübarizəyə töhfə verməkdə qərarlıdır.

FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, aqrar sahənin uğurlu inkişafında qadınların və gənclərin mühüm rol oynadığını qeyd edib.

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev öz növbəsində iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində qadınların və gənclərin fəal iştirakının vacibliyinə toxunub.

Konfrans çərçivəsində “İqlim əsaslı kənd təsərrüfatı sahəsində qadın və gənclərin rolunun artırılması siyasəti”, “Su və torpaq idarəçiliyi” və “Daha yaxşı dünya üçün ağıllı fermer – Dayanıqlı kənd təsərrüfatı” mövzusunda panellər təşkil edilib.

Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Konfrans çərçivəsində fermerlər üçün FAO-nun xarici eksperti tərəfindən "Kənd yerlərində məşğulluq imkanlarının araşdırılması" adlı seminar-təlim təşkil edilib. Təlimdə fermerlərin maddi rifahının daha da yaxşılaşdırılması, icmaların davamlı inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iqlimə dayanıqlı kənd təsərrüfatı, aqrar dəyər zənciri və innovativ üsullardan istifadə barədə təqdimatlar keçirilib.

Konfransın əsas məqsədi indiyədək icra olunan layihələrdə iştirak etmiş qadın və gənc benefisiarlar arasında şəbəkələşmənin gücləndirilməsi, iqlimə davamlı və innovativ kənd təsərrüfatı təcrübələrinin təşviqində qadınların və gənclərin töhfələrini vurğulamaq və artırmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video