24 Yanvar 2025 09:20
1462
Təhsil
A- A+
Gəncə Dövlət Universitetinin daha bir uğuru

Gəncə Dövlət Universitetinin daha bir uğuru


Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Times Higher Education tərəfindən hər il təşkil olunan Asia Ali Təhsil Mükafatlarının (THE Award Asia) 2025-ci il üçün qısa siyahısı  açıqlanıb. Gəncə Dövlət Universiteti (GDU) Azərbaycan universitetləri arasında ilk dəfə Times Higher Education Asiya Ali Təhsil Mükafatları Müsabiqəsində Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitet siyahısına düşüb. 

Ali təhsil məkanında "Ali təhsilin Oskarı" kimi qəbul olunan bu mükafatlar regionda ali təhsildə diqqətəlayiq nailiyyətləri qeyd etmək üçün maraqlı bir platformadır.  Bu müsabiqədə Gəncə Dövlət Universiteti "Ətraf Mühitə Verilən Müstəsna Töhfə" kateqoriyasına qatılmışdır. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı və nəhayət, Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir. 

Times Higher Education tərəfindən verilən məlumata görə, müsabiqə 10 kateqoriya üzrə keçirilmiş və hər kateqoriya üzrə 8 universitet qısa siyahıya düşmüşdür. Müsabiqəyə 500-dən çox universitet müraciət etmişdir. Qeyd edək ki, 2019-cu ildən indiyə kimi təşkil olunan müsabiqədə ilk dəfə olaraq Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqazı təmsil edən bir universitet THE Awards müsabiqəsində qısa siyahıya düşmüşdür. Müsabiqənin qalibləri isə 22 apreldə - THE Asiya Universitetləri Sammitinin ilk günündə Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək. 

Qeyd edək ki, Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulmuşdur. Bu proqram çərçivəsində Gəncə Dövlət Universitetinin Dayanıqlı Ağıllı Şəhərlər Mərkəzinin tərəfdaşlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi və İngiltərənin Atkins Realis təşkilatından ibarət konsorsium Gəncə şəhərinin Yaşıl Şəhər Fəaliyyət Planını hazırlamışdır. Bu plan 15 illik bir dövr üçün hazırlanıb və Gəncə şəhərində çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq, yaşıl ərazilərin salınması, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xətləri infrastrukturunun yaradılması, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri əhatə edir.


Sabir ƏLİYEV,

"Azərbaycan"     

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:32
10 Fevral

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB 

22:14
10 Fevral

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir  

22:12
10 Fevral

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək  

22:10
10 Fevral

Səfirlik: ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb  

22:01
10 Fevral

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir  

21:48
10 Fevral

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya 

21:48
10 Fevral

Ukraynanın Xarkov vilayətində enerji sektorunda fövqəladə vəziyyət elan edilib  

21:39
10 Fevral

Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb  

21:23
10 Fevral

Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edilib  

21:01
10 Fevral

Bakıda İranın milli bayramı qeyd olunub

21:00
10 Fevral

ABŞ-ın Vitse-prezidenti: Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik  

20:45
10 Fevral

Ceyms Devid Vens: Bu, Prezident Əliyevin liderliyinin bariz nümunəsidir  

20:29
10 Fevral

Prezident: TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik  

20:17
10 Fevral

Vens: TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq  

20:12
10 Fevral

Vens: Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq  

20:01
10 Fevral

Vens: Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq  

19:51
10 Fevral

Prezident: Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur  

19:51
10 Fevral

Prezident İlham Əliyev: Tramp marşrutu regionda sülhü gücləndirəcək

19:47
10 Fevral

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

19:46
10 Fevral

Azərbaycan Prezidenti: Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərinin ən vacib nəticələrindən biri TRIPP layihəsidir  

19:36
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!