21 Iyun 2024 09:15
324
Təhsil
A- A+

GDU-da "İnsan hüquqları aylığı" çərçivəsində tələbələrlə görüş keçirilib

 

Gəncə Dövlət Universitetində  (GDU) "İnsan hüquqları aylığı" çərçivəsində səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkili ilə bağlı tələbələrlə görüş keçirilmişdir. 
Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi, mayor İlkin Məmmədov, xidmətin Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisi, polkovnik-leytenant Yusif  Əhmədov, Gəncə hərbi prokurorunun müavini  ədliyyə polkovnik-leytenantı Farid Seyidov, şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru, polis mayoru Tural Eldarov  və buraxılış kurs tələbələri iştirak etmişlər.
Görüşdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək universitetdə gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, onların həqiqi hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanması sahəsində görülən işlər, eləcə də  son illər Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb.  Digər qonaqlar da çıxış edərək insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd etmiş, respublikamızda elan olunmuş "İnsan Hüquqları aylığı" çərçivəsində keçirilən tədbirlərin çağırışçıların hüquqlarının izah edilməsində əhəmiyyətini vurğulamış, gənclərin hüquqi maarifləndirilməsinin, onlara hüquqlarının və vəzifələrinin izah edilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışlar.   
Sonda tələbələrin sualları cavablandırılmışdır. 

S.ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video