02 Sentyabr 2026 11:57
573
DÜNYA
A- A+
Fransada hicab mübahisəsi yenidən alovlandı  

Fransada hicab mübahisəsi yenidən alovlandı  


Fransada müsəlman qadınların geyimi ətrafında illərdir davam edən müzakirələr yenidən gündəmə gəlib. Milli Birlik Partiyasının (RN) ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsü ölkədə dini azadlıqlar və ayrı-seçkilik məsələlərini yenidən müzakirə mövzusuna çevirib.

Fransalı sosioloq, Strasburq Universitetinin müəllimi Hanane Kariminin sözlərinə görə, bu təşəbbüs müsəlman qadınların dini görünüşünə tətbiq olunan məhdudiyyətlərin 30 ildən artıq davam edən genişlənməsinin növbəti mərhələsidir. “Mediapart”a müsahibəsində Karimi Fransada dini simvolların tənzimlənməsi prosesinin 1994-cü ildən etibarən müxtəlif mərhələlərdən keçdiyini bildirib. O, 2004-cü ildə məktəblərdə aşkar dini simvolların qadağan edilməsini, daha sonra isə məktəbdənkənar tədbirlər, idman məkanları, dövlət xidmətləri və özəl sektorla bağlı yaranan mübahisələri bu prosesin tərkib hissəsi kimi göstərib.

Sosioloq hesab edir ki, məsələ yalnız qanunlarla məhdudlaşmır. Onun fikrincə, Fransada İslamın mediada təqdim olunması da ciddi suallar doğurur. Bəzi media qurumlarının islamofob fikirlərin yayılmasına şərait yaratdığını bildirən Karimi vurğulayıb ki, hicablı qadınlar cəmiyyətdə çox zaman sadəcə geyimlərinə görə özlərini və seçimlərini izah etmək məcburiyyətində qalırlar. Hicabın qadağan edilməsini “qadınları qorumaq və azad etmək” kimi təqdim etmək də mübahisəli yanaşmadır. Qadının azadlığı onun geyiminə müdaxilə etməklə deyil, öz seçiminə hörmət göstərilməsi ilə təmin olunmalıdır.

Fransada hicab ətrafında gedən müzakirələr beləliklə, təkcə bir geyim məsələsi olmaqdan çıxaraq din, qadın hüquqları, şəxsi seçim və ayrı-seçkilik arasındakı sərhədlərlə bağlı daha geniş bir mübahisəyə çevrilir. Karimi isə müsəlmanlara qarşı ayrı-seçkilik və islamofobiyanın daha açıq şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayır.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

11:44
23 Sentyabr

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib  

11:43
23 Sentyabr

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

11:42
23 Sentyabr

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında

11:39
23 Sentyabr

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

11:37
23 Sentyabr

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
23 Sentyabr

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda  

11:34
23 Sentyabr

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

11:33
23 Sentyabr

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

11:32
23 Sentyabr

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub 

11:30
23 Sentyabr

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

11:29
23 Sentyabr

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı  

11:28
23 Sentyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

11:27
23 Sentyabr

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

11:26
23 Sentyabr

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

11:25
23 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

11:22
23 Sentyabr

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

11:21
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!