13 Yanvar 2026 13:41
332
DÜNYA
A- A+
Fransada fermerlərin 350-yə yaxın traktoru böyük etiraz aksiyası üçün Parisə daxil olub  

Fransada fermerlərin 350-yə yaxın traktoru böyük etiraz aksiyası üçün Parisə daxil olub  

Fransada fermerlərin narazılığı yenidən paytaxta daşınıb. Polis prefekturasının məlumatına görə, yanvarın 13-də səhər saat 8 radələrində Fransanın Kənd təsərrüfatı həmkarlar ittifaqı – FNSEA (Fédération nationale des syndicats d'exploitants agricoles) və Gənc Fermerlər (Jeunes Agriculteurs) təşkilatlarına məxsus təxminən 350 traktor Parisə daxil olub. Bu genişmiqyaslı səfərbərlik Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişinə etiraz məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, traktorlar paytaxta “Porte Dauphine” qapısından daxil olub və çevik polis qüvvələrinin (CRS) müşayiəti ilə paytaxtın əsas prospektləri, eləcə də Yelisey çölləri boyunca hərəkət etməlidirlər. Aksiya iştirakçılarının yekun toplanma nöqtəsi isə Orse səkisinin qarşısı kimi müəyyən edilib. Traktorlardan birinin üzərində asılmış plakatda “Fermer olmadan ölkə olmaz” şüarı diqqət çəkir.

Təşkilatçıların məqsədi səhər saatlarında Yelisey sarayı ilə Milli Assambleya arasında yerləşən Konkord meydanında toplaşmaqdır. FNSEA həmkarlar ittifaqı tərəfindən rəsmi qaydada bəyan edilmiş etiraz marşrutunun Paris polis prefekti tərəfindən təsdiqləndiyi bildirilib. Prefektura nümayiş təşkilatçılarının təhlükəsizlik qaydalarına əməl edəcəyinə dair öhdəlik də götürdüklərini vurğulayıb.

Paraqvayda imzalanması planlaşdırılan MERCOSUR sazişinə bir neçə gün qalmış fermerlər aksiyalarını gücləndiriblər. Xüsusilə Fransanın ən böyük ticarət limanı olan Havrda (Seine-Maritime) yük maşınlarının yoxlanılması və filtrasiya tədbirləri həyata keçirilib. Bayonn (Pireney-Atlantik) və La Roşel (Charente-Maritime) limanlarında da oxşar blokadalar təşkil olunub. Fermerlər bu sazişin Avropa və Fransa kənd təsərrüfatı üçün ədalətsiz rəqabət yaradacağını, istehsal standartlarına cavab verməyən daha ucuz idxal məhsullarının bazara daxil olacağını düşünürlər. Hökumət isə gərginliyi azaltmaq üçün dialoqu davam etdirdiyini bildirir.

Bu gün hökumət sözçüsü Mod Brejon TF1 kanalında çıxışı zamanı “danışıqlar və müzakirələr davam edir” deyib. Onun sözlərinə görə, indiyə qədər təklif olunan tədbirlər son paket deyil. Mümkün yeni açıqlamalar arasında fermerlərin gəlirləri, su resurslarının idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma kimi mövzular yer ala bilər. Brejon qeyd edib ki, bu siyahı tam deyil və hökumət fermerlərin narahatlıqlarına cavab vermək üçün əlavə addımlar ata bilər.

Parisə daxil olan yüzlərlə traktor isə göstərir ki, MERCOSUR sazişi ətrafında mübahisə hələ uzun müddət Fransa siyasi və ictimai gündəminin mərkəzində qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MEDİA jurnalistləri və ictimai fəalları yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

12:02
04 Mart

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

11:57
04 Mart

Xocalı həqiqətləri ABŞ auditoriyasına çatdırılıb

11:48
04 Mart

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

11:43
04 Mart

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

11:39
04 Mart

İrandan təxliyə - Azyaşlı üzvləri olan ailə Azərbaycana gətirilib 

11:34
04 Mart

Cənub Qaz Dəhlizi sabitlik və enerji təhlükəsizliyi platformasıdır  

11:21
04 Mart

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

Neft qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

10:52
04 Mart

Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib

10:31
04 Mart

Dünya bazarında qızıl 46 dollardan çox bahalaşıb 

10:26
04 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:21
04 Mart

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

10:13
04 Mart

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar açıq elan olunub

10:07
04 Mart

Macarıstan iqtisadiyyatı enerji şokunun təzyiqi altında  

09:57
04 Mart

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!