31 Avqust 2023 09:30
358
SİYASƏT
A- A+
Fransa regionda gərginlik yaratmağa çalışır

Fransa regionda gərginlik yaratmağa çalışır

 

Bağışlamaq böyüklükdəndir. Azərbaycan böyüklük edir... Yıxdığını kəsməmək, aman diləyənə imkan vermək türkün adətidir. 44 günlük müharibədə yenilən, aciz duruma düşüb aman diləyən düşmənə mərhəmət göstərdik. Etdiyi vəhşiliklərə, tökdüyü qanlara rəğmən, qalıb torpaqlarımızda yaşamalarına imkan verdik... Humanistlik göstərib sülh təklif etdik. Hərbi, iqtisadi, siyasi bataqlıq girdabında çabalayan Ermənistan rəhbərlərinə yol göstərdik... 
Yolunu azmış məkrli düşmən yenə hiyləyə, fitnəyə əl atıb. Sülh danışıqları altında vaxt uzadıb revanş götürmək niyyətinə düşüb. Humanitar məqsədlər üçün verdiyimiz yol ilə ərazilərimizə silah daşımaq istəyir. Buna nail olmayanda  Azərbaycanı provakasiyaya çəkib əleyhimizə təbliğat aparmaq istəyirlər. Özlərini "yazıq", "köməksiz" göstərmək üçün fürsət axtarırlar. Ağır döyüş texnikalarını sərhədlərimizə cəmləyib silahlı təxribat törətməyə çalışırlar. Zəngəzur nəqliyyat dəhlizini açmayıb özlərinə "status" tələb edirlər... Fransanın, digər dövlətlərin əlində oyuncaq olanlar bizimlə oyun oynamaq niyyətinə düşürlər...
Cavabımız çox qısa və dəqiqdir. Oyun bitib! Amma yenə də haylar və havadarları dədə-babalarından qalan köhnə metodlarını işə salıblar. "Blokada"da olduqlarını, "humanitar böhran" yaşadıqlarını, "genosidə" məruz qaldıqlarını dünyaya car çəkib ölkəmizin əleyhinə təbliğata başlayıblar. Gündüzlər kameraların qarşısına keçib özlərini "yazıq" göstərir, gecələr "fransız valsı" oynayırlar...
Azərbaycan müstəqil dövlətdir. Ərazilərinə kimi haradan buraxacağını, sərhədlərində harada nəzarət-buraxılış məntəqəsi yaradacağını özü müəyyən edir. Bu mövzuda hər hansı bir dövlətin işimizə qarışmağa nə haqqı, nə də hüququ var. Əks tədqirdə bu, beynəlxalq hüququn pozulması, qanunlara hörmətsizlik deməkdir. Beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi təsdiq olunmuş və Ermənistanın da Azərbaycan ərazisi kimi tanıdığı Laçın rayonunda səhrəd nəzarət-buraxılış məntəqəsini yaratmaq ölkəmizin hüququdur. Bununla Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ölkəmizin həyata keçirdiyi bu tədbirlə ərazilərimizə gələn silahlı quldurların qarşısının alınmasına, Ermənistanın ərazilərimizə öldürücü silahların daşımasına, bir sözlə, qanunsuz əməllərinə, özbaşınalığına son qoyuldu. Bu, ölkəmizin milli təhlükəsizlik məsələsidir. Azərbaycanın bu haqq səsi Cənubi Qafqaz siyasətində uzun illər "vasitəçilik" missiyası yerinə yetirən, ermənilərə hər cür hərbi dəstək verib problemin həllinə mane olan, 44 günlük Vətən müharibəsi zamanı çoxillik fəaliyyəti iflasa uğrayıb ofsayta düşən Fransanın, onun erməni lobbisinin sözçüsünə çevrilmiş prezidenti Emmanuel Makronun xoşuna gəlmədi. "Bacılar" cütləşib əleyhimizə informasiya cəbhəsi açdılar. Təbii ki, olan əllərində alət etdikləri və illərdir ələbaxan duruma saldıqları Qarabağda yaşayan erməni əhalisinə oldu.

 

Fransızların sərhəddə sərgüzəştləri

 

BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qurduqları tamaşanın arzuladıqları finalla bitmədiyini və seytnot vəziyyətinə düşdüklərini görən "bacılar" oyunun yeni variantlarını düşündülər. İndi də Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris merinin Fransanın regional icmalarını Qarabağa "humanitar karvan" təşkil etməyə çağırışı ilə toplanmış 10 yük maşını "humanitar yardımın" Marsel, Strasburq merlərinin və digər region rəhbərlərinin müşayiəti ilə sərhədlərimizə cəmləşməsi təxribatdan başqa bir şey deyil. Məgər bunlar görmürlər ki, xeyli vaxtdır 44 günlük müharibə zamanı "humanitar yardım" aparmaq adı ilə Ermənistana silah keçirmək istəyən "Spayk"in 21 avtomobili Ermənistanın Gorus rayonu ərazisində, Azərbaycanla sərhəddə dayanıb gözləyir. Bu gün bu avtomobil karvanına Fransadan gəlmiş 10 yük avtomobili də əlavə olunsa, güya nə dəyişəcək ki? Axı Azərbaycan qətiyyətli mövqeyini göstərib. 

 

Azərbaycan xoş məram nümayiş etdirir

 

Qarabağda yaşayan erməni əhalinin heç bir humanitar böhran keçirmədiyini, əslində, orada yaşayan əhalinin separatçıların, Ermənistanın hakimiyyət dairələrinin, eyni zamanda regionda marağı olan bəzi dövlətlərin əlində alətə çevrildiyini, beynəlxalq güclərin Cənubi Qafqaz uğrunda mübarizə apardıqlarını və bu mübarizədə "məzlum ermənilər"dən istifadə edildiyini bilməyən az siyasətçi tapılar. 
Azərbaycan irihəcmli yükdaşımalar üçün Ağdam-Xankəndi yolunu təklif edib. Bu yol ölkəmizin təhlükəsizliyi üçün seçilmiş ən düzgün variantdır. Gələn yüklərin beynəlxalq gömrük qanunları ilə diaqnostika olunduqdan sonra ünvanına çatdırılmasına icazə veriləcək. Ermənilər və himayədarları isə yüklərin Laçın yolu ilə daşınmasında israr edirlər. Sual olunur: ac adama çörək lazımdırsa, onun hansı marşrutla gəlməsinin fərqi nədir? Xəstəyə dərman lazımdırsa, bu dərmanın Laçından və ya Ağdamdan keçərək Xankəndiyə çatdırılması xəstənin səhhətinə fərqli təsir etmirsə, nədən inad edilir? Bu məsələ ilə bağlı torpağın sahibinin yox, kənar qüvvələrin fikri niyə əsas götürülməlidir? 
Qarabağ separatçıları və orada yaşayan ermənilər "real" humanitar böhran görüntüsü yaratmaq üçün indi də "çörək şousu" yaratmağa hazırlaşırlar. Artıq "çörək şousu"nun ssenarisi hazırdır. Tezliklə tamaşa göstərilməyə başlanılacaq. Separatçı rejimin rəhbərləri əhalinin əlində olan taxılı yığmaq üçün sakinlərə xəbərdarlıq da ediblər. Yəqin ki, yaxın günlərdə Fransa televiziyaları, eləcə də sosial şəbəkələrin erməni seqmentləri "çörəksizlikdən, aclıqdan üzülmüş" ermənilərin görünütlərini ekranlarda tirajlayacaqlar. "Yazıq", "məzlum" görsənmək, "başına gələn faciələr"dən gəlir götürmək, qazanmaq, erməninin xislətindədir. Bunu bildikləri, utanmadan oynamağı bacardıqları üçün də bu üsullardan istifadə edirlər.

 

Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə 40 ton un göndərib

 

Azərbaycan hərbi cinayətlərdə əli olmayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasını təklif edib. Qarabağda heç bir humanitar böhran yaşanmadığı və hətta humanitar böhranın əlamətləri olmadığı halda belə, Azərbaycan orada yaşayan erməni əhaliyə sovqat olaraq 40 ton un göndərib. Erməni əhalinin Laçın yolu ilə sərbəst, maneəsiz çıxışına və dönüşünə şərait yaradıb. 
Amma erməni məkri, erməni hikkəsi yenə özünü göstərir. "Ac qaldığını", "humanitar böhran" yaşadığını iddia edən ermənilər Azərbaycana bu xoş niyyətinə görə təşəkkür etmək əvəzinə, yolu bağlayıb, küçələrə çıxıb etiraz edirlər. Azərbaycanın göndərdiyi unu qəbul etməyəcəklərini bildirirlər...
Ermənilərin təzyiq altında "dirəniş" göstərməsinə qəti şübhə yoxdur. Anlayırıq ki, hətta içərilərində kasıb yaşayan, yardıma ehtiyacı olan və yersiz siyasi dartışmalardan bezən ermənilər də az deyil. Hətta separatçıların bəzi "funksionerləri" Azərbaycanın reinterqasiya təkliflərini normal qarşılayır, Ağdamın Əsgərana yaxın ərazisində Azərbaycanın böyük ərzaq anbarlarının yaradılmasını təklif edirlər. Ağdam yolunda humanitar mərkəz yaradılacağı tədqirdə, ermənilərin ərzaq üçün bura müraciət edəcəkləri çox inandırıcı görünür. Biz yaxın keçmişdə Laçın-Xankəndi yolunda aksiya keçirilən zaman erməni icmasının nümayəndəsi Toros Qazaryanın kömək üçün azərbaycanlılara müraciət etməsinə də şahidlik etmişik.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!