09 Avqust 2025 16:43
557
DÜNYA
A- A+
Fransa-Əlcəzair böhranı: Vizalar və daşınmaz əmlaklarla bağlı iki qərar qəbul edilib  

Fransa-Əlcəzair böhranı: Vizalar və daşınmaz əmlaklarla bağlı iki qərar qəbul edilib  


Əlcəzair və Paris arasında münasibətlər yeni gərginlik mərhələsinə qədəm qoyub. Bir neçə ay davam edən diplomatik gərginlikdən sonra, Fransa prezidenti Emmanuel Makronun Baş nazir Fransua Bayruya ünvanladığı məktubda açıqlanan tədbirlər münasibətləri daha da çətinləşdirib.

AZƏRTAC xəbər verir ki, gözlənildiyi kimi, Əlcəzair hökuməti bu tədbirlərə cavab olaraq iki əsas qərar açıqlayıb. Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda Fransa prezidentinin məktubuna cavab verərək, vizalarla bağlı tədbirləri pisləyib və bildirib: "Əlcəzair təzyiqlərə, təhdidlərə və şantaja boyun əymir”.

Bundan başqa, Fransanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, orada İmmunitetlər və İmtiyazlar üzrə direktor tərəfindən qəbul edilib.

Əlcəzair 2013-cü ildə Fransa ilə imzalanmış diplomatik və xidməti pasport sahibləri üçün qarşılıqlı vizasız rejim haqqında razılaşmanı rəsmi olaraq ləğv etdiyini elan edib. Bu, Fransanın razılaşmanın tamamilə qüvvədən düşməsi deməkdir.

Bundan sonra Fransa vətəndaşları diplomatik və xidməti pasportlarla Əlcəzairə səfər etmək üçün viza almağa məcbur olacaqlar. Qeyd olunub ki, bu vizaların verilməsi Fransa hökumətinin Əlcəzair vətəndaşları üçün müəyyən edəcəyi şərtlərlə uyğunlaşdırıla bilər.

İkinci notada Fransanın Əlcəzairdəki səfirliyinə müvəqqəti və pulsuz istifadəyə verilmiş dövlətə məxsus daşınmaz əmlakların artıq bu qaydada təqdim olunmayacağı bildirilib.

Bundan əlavə, səfirliyin Əlcəzairin OPGI qurumları ilə imzaladığı əlverişli icarə müqavilələrinin yenidən nəzərdən keçiriləcəyi vurğulanıb və Fransa tərəfinin bu məsələni müzakirə etmək üçün nümayəndə heyəti göndərməsi istənilib.

Bu qərarlar Əlcəzairin Fransanın son aylarda atdığı addımlara qarşı sərt və rəsmi mövqe sərgilədiyini göstərir və iki ölkə arasında münasibətlərin daha da mürəkkəbləşəcəyinə işarə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!