29 Iyun 2024 11:50
184
DÜNYA
A- A+

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

 

Yeni tədqiqatların nəticələri göstərir ki, dünyada yetkin insanların təxminən üçdəbiri (31 faiz) – (təqribən 1,8 milyard nəfər) 2022-ci ildə tövsiyə olunan fiziki aktivlik səviyyələrinə cavab verməyib. Araşdırmalar ortaya narahatedici tendensiya qoyur: 2010-cu ildən 2022-ci ilə qədər yetkin insanlar arasında hərəkət çatışmazlığının yayılması təxminən 5 faiz bəndi artıb.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, mövcud tendensiya davam edərsə, bu rəqəm 2030-cu ilə qədər davamlı artaraq 35 faizə çatacaq və dünya birliyi həmin vaxtadək oturaq həyat səviyyəsinin azaldılması üzrə qlobal hədəfə çata bilməyəcək. Təşkilat böyüklərə hər həftə 150 dəqiqə orta fiziki aktivlik və ya 75 dəqiqə güclü hərəkətlilik ekvivalenti ilə məşğul olmağı tövsiyə edir. Yetkinlərdə fiziki fəaliyyətsizlik ürək-damar xəstəlikləri, xüsusilə infarkt və aritmiya, diabet, demensiya və xərçəng, o cümlədən döş və qalxanvari vəz xərçəngi riskini artırır.

Tədqiqat ÜST-nin tədqiqatçıları tərəfindən onların akademik qurumlardan olan həmkarları ilə birlikdə aparılıb və onun nəticələri “Lancet Global Health” jurnalında dərc olunub.

Oturaq həyat tərzinin ən çox yayılması Asiya-Sakit Okean hövzəsinin (48 faiz) və Cənubi Asiyanın yüksək gəlirli ölkələrində müşahidə olunub. Digər regionlarda bu göstəricilər Qərbin inkişaf etmiş ölkələrində 28 faizdən Okeaniyada 14 faizə qədər dəyişir.

Bu kontekstdə kişilərlə qadınlar və müxtəlif yaş qrupları arasındakı fərqlər narahatlıq doğurur. Qlobal miqyasda fiziki hərəkətsizlik qadınlar arasında (34 faiz) kişilərdən (29 faiz) daha çox rast gəlinir. Bəzi ölkələrdə bu fərq 20 faiz bəndinə çatır. Bundan əlavə, 60 yaşdan yuxarı insanlar digər kateqoriyalara nisbətən daha az aktivdirlər, bu da yaşlılar arasında fiziki fəaliyyətin təşviq edilməsinin vacibliyini göstərir.

Narahatedici statistikaya baxmayaraq, bəzi ölkələrdə vəziyyət tədricən yaxşılaşır. Araşdırma nəticəsində məlum olub ki, dünya ölkələrinin təxminən yarısı son onilliklər ərzində bu sahədə irəliləyiş əldə edib və mövcud tendensiyalar davam edərsə, 22 ölkə 2030-cu ilə qədər fiziki hərəkətsizliyin 15 faiz azaldılması hədəfinə çatmaq yolundadır.

Bu nəticələri nəzərə alaraq, ÜST ölkələri kütləvi və populyar idman növlərinin, aktiv asudə vaxtın və hərəkətliliyin (gəzinti, velosiped sürmək, ictimai nəqliyyatdan istifadə) və digər bənzər növlərin inkişafı vasitəsilə fiziki aktivliyə çıxışı təşviq etmək və artırmaq siyasətini daha effektiv həyata keçirməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video