28 Iyun 2024 13:07
226
İQTİSADİYYAT
A- A+

Fermer Qadınların Respublika Platforması yaradılacaq

 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və nazirliyin əməkdaşları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Assosiasiyanın strateji hədəflərini açıqlayıb. O, fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini irəli sürüb. G.Qənbərova əlavə edib ki, kənd qadınlarının regionların iqtisadi inkişafına töhfəsini artırmaq və onu dayanıqlı etmək məqsədilə yaradılacaq platforma kollektiv qadın aqro-bizneslərinin inkişafı üçün etibarlı alətdir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini müsbət dəyərləndirib, bu platformanın yaradılması üçün təkliflər verib. Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini, o cümlədən Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini dəstəklədiyini vurğulayıb.

Assosiasiya nümayəndələrindən Zaqatalada fəaliyyət göstərən “BƏNÖVŞƏ” Qadın Kooperativinin sədri Elmira Hacıyeva və “ÇİNAR” Qadın Kooperativinin sədri Səadət Dibirova qadın fermerlərin fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələr, icra olunan tədbirlərlə bağlı məlumat veriblər.

Görüşdə ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə fikir mübadiləsi aparılıb, qadın fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video