09 May 2025 08:35
585
SİYASƏT
A- A+
Faşizmin sonu...

Faşizmin sonu...


"İldırımsürətli müharibə" planı ilə faşist Almaniyası 1941-ci il iyunun 22-də qəfil Sovet İttifaqına hücum etdi. Qara xəbər o günün səhəri nəhəng Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) hər yerinə yayıldı. Müharibənin başlanması xəbəri Azərbaycanda da böyük həyəcanla qarşılandı. Sovet İttifaqına daxil olan respublikalarda səfərbərlik elan olundu. 1945-ci ilin mayınadək davam edən bu müharibədə Azərbaycan da ittifaqın tərkibində iştirak etdi.

Alman faşizmi dünyaya ağalıq etmək iddiasında idi. 1933-cü ilin yanvarında Almaniyada hakimiyyətə gələn Hitler bu iddiası ilə bütün dünyanı bəlaya saldı. 1939-cu il sentyabrın 1-də bu məqsədlə Polşaya hücum etdi. Bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişəyə - İkinci Dünya müharibəsinə başladı.

Müharibədən yayınmağa, Almaniya ilə diplomatik və iqtisadi əlaqələri davam etdirməyə cəhd edən SSRİ rəbərliyi bir tərəfdən də ölkənin müdafiəsini, hərbi-siyasi potensialını gücləndirməyə çalışdı. Almaniya isə 1940-cı ilin ikinci yarısından SSRİ-yə hücüm planını hazırlayırdı. Hitler tərəfindən həmin il dekabrın 18-də təsdiqlənən plana "Barbarossa əməliyyatı" adı verilsə də, "ildırım sürətli müharibə" deyilirdi. Plana əsasən, 1941-ci ilin payızınadək SSRİ tam məğlubiyyətə uğradılmalı idi. Ancaq açıq-aşkar faşist ordusunun üstünlüyü ilə başlayan bu qanlı savaşın nəticələri onların gözlədikləri kimi olmadı. Müharibə 1418 gün davam etdi və neçə-neçə şəhəri, qəsəbəni, kəndi xarabaya, evləri yandırıb külə çevirdi, çox ocaqları söndürdü, minlərlə insanı həyatdan qopardı...

SSRİ-nin tərkibində müharibəyə cəlb edilmiş Azərbaycan vətəndaşları da ağır sınaqlarla, böyük faciələrlə üzləşdi. Respublikanın ümumi əhalisi o zaman 3,4 milyon nəfər idi. Onlardan 681 min nəfər cəbhəyə getdi. Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradıldı. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi. Azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyalar quruldu. Bu diviziyalar müharibənin SSRİ-nin qələbəsi ilə başa çatmasında müstəsna xidmətlər göstərdi.

Respublikamızdan gedən döyüşçülər cəbhənin müxtəlif istiqamətlərində - Brest qalası, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz Kursk, Berlin uğrunda və digər döyüşlərdə böyük şücaət, dillərə dastan olan qəhrəmanlıq göstərdilər. İgidliyinə görə, Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adını qazandı. İsrafil Məmmədov bu adı alan ilk azərbaycanlı oldu. İsrafil Məmmədov 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə misilsiz igidlik göstərdi. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər iki dəfə bu fəxri ada layiq görüldü. 

1941-1945-ci illər müharibəsində azərbaycanlılar ön cəbhədə qəhrəmanlıq göstərdikləri kimi, arxa cəbhədə də fədakarcasına çalışdılar. O illərdə Bakı yanacaq və sürtkü təchizatında öndə idi. Azərbaycan neftçiləri müharibə illərində bütün ölkənin yanacağının 80 faizini təmin edirdilər. Sovet İttifaqı marşalı Georgi Jukov "Bakının neftçiləri Vətənini qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdilər", - dedi. Hərbi hissələri və müəssisələri yanacaqla təmin edən xüsusi təyinatlı qərargahı idarə edən bakılı Nikolay Konstantinoviç Baybakov bildirirdi ki, sovet döyüş maşınlarının 75-80 faizi bakılıların əməyi sayəsində hərəkət edirdi: "Müharibənin taleyi onların işindən asılı idi. Ön cəbhədə olmadan, Azərbaycanın paytaxtı neft arteriyaları vasitəsilə Qırmızı Ordunun əməliyyat qrupu ilə əlaqədə idilər". Müharibə başa çatdıqdan sonra Bakıya gələn Sovet İttifaqı marşalı Semyon Budyonnı xüsusi vurğuladı: "Sizin neftiniz olmadan çətin ki, biz müharibədə süvarilərin köməyi ilə bu qədər qələbə qazana bilərdik".

"Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!" şüarı ilə müharibənin ilk günlərindən bütün sahələrdə azərbaycanlılar ön cəbhənin hərbi, qida və digər məhsullarla təchizatı üçün dincliklərini, rahatlıqlarını unudaraq gecə-gündüz çalışırdılar. Ordu üçün əvvəllər olduğundan daha çox miqdarda qida, geyim və digər məhsullar istehsal edilirdi.

Müharibə illərində yerli sənayedə işləyənlər hərbi təchizatın istehsalında da iştirak edirdilər. Həmin müəssisələrin avadanlıqları qısa müddətdə cəbhə üçün lazım olan məhsulların hazırlanmasına uyğunlaşdırıldı. Azərbaycan SSR-də 130 növdən çox silah və döyüş sursatı hazırlanırdı. Əfsanəvi "Katyuşa"lar üçün mərmi, Yak-3 və UTI-4 döyüş təyyarələri də burada düzəldilirdi. 

Azərbaycanda müharibənin ilk günlərindən 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü cəbhə üçün hazırlandı. Müharibə dövründə Bakıda və ölkənin digər yerlərində onlarla hərbi xəstəxana fəaliyyət göstərdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR-in xəstəxanalarında yarım milyon sovet əsgəri müalicə olunmuşdu.

1945-ci il mayın 2-də səhər saat 6-da Berlinin süqut etdiyi barədə məlumat yayıldı. Bu xəbər Azərbaycanda da böyük sevinclə qarşılandı. 416-cı Taqanroq diviziyasının iştirak etdiyi Berlin əməliyyatı faşist işğalçılarına qarşı İkinci Dünya müharibəsinin son əməliyyatı kimi tarixə yazıldı. Hitler Almaniyası Berlin alındıqdan bir həftə sonra təslim oldu. 1945-ci il mayın 9-u tarixə Qələbə günü kimi yazıldı.

İtkilərimiz böyük idi. 1941-1945-ci illər müharibəsində Azərbaycandan cəbhəyə gedənlərin 300 min nəfəri həlak oldu. Əksəriyyəti də gənc idi... Dərdi ağır olsa da, Azərbaycan xalqı Qələbə günündə şadyanalıq etdi. Və cəbhəyə getmiş, bütün bəşəriyyəti faşizm bəlasından xilas etmək üçün döyüşmüş övladları ilə hər zaman fəxr etdi, qürur duydu...

Azərbaycan xalqının övladları yarım əsr sonra başqa bir faşist xislətlilərlə döyüşməli oldular. 1980-ci illərin axırlarından qəsbkar ermənilər təxribatlara əl atmağa, münaqişə yaratmağa başladılar. Məkrli niyyətləri bu dəfə də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğal etmək idi. Həmin ərazilərin əzəli sakinləri olan azərbaycanlılara silahlı hücum edir, günahsız insanlara işgəncələr verərək qətlə yetirirdilər.

Silahlı erməni quldurları 1990-cı illərdə qədim Azərbaycan torpaqlarını müharibə ocağına çevirə bildilər. Azərbaycanın igid övladları bu dəfə öz doğma torpaqlarında faşizmin kökünü kəsmək üçün döyüşə atıldılar. Müharibə qanunlarını heçə sayan, tarixdə görünməmiş amansızlıqlar, qəddarlıqlar edən, körpələrə, uşaqlara, qadınlara, qocalara, əlillərə belə aman verməyən, onlara vəhşicəsinə işgəncələr verərək qətlə yetirən təcavüzkar ermənilər 1990-cı illərdə baş verən Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdilər. Həmin ərazilərdə yaşayan bütün azərbaycanlıları evindən, yurdundan qovdular. 

İşğalçı Ermənistan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini otuz ilə yaxın əsarət altında saxladılar. İşğal müddətini Ermənistan və xarici havadarları uzatmağa nail olsalar da, Azərbaycan xalqı torpaqlarını erməni faşistlərindən xilas edəcəyinə ümidini, inamını itirmədi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dövlətimizin, xalqımızın bu işğalla barışmayacağını və öz ərarzilərini azad edəcəyini bütün dünyaya bəyan edirdi. 

Ermənistanın silahlı qüvvələri işğalın davam etdiyi illərdə də təxribatlar törətməkdən əl çəkmədilər. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanmasına da səbəb işğalçıların növbəti təxribatı oldu. Ermənistan silahlı qüvvələri münaqişəni yenidən alovlandırdılar. İkinci Qarabağ müharibəsi başladı. 1941-1945-ci illərdə baş verən müharibədə qəhrəmanlıqla döyüşmüş babaların, nənələrin övladları bu savaşda misilsiz şücaət göstərdilər. Müzəffər Azərbaycan Ordusu rəşadətlə döyüşərək Qarabağda, Şərqi Zəngəzurda erməni faşizmi üzərində qələbə çaldı. 2020-ci ilin 8 noyabrında Azərbaycan tarixinə hər bir azərbaycanlıya qalib adını gətirən, ürəyini dağa döndərən Zəfər günü yazıldı...


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!