13 Aprel 2026 19:32
157
DÜNYA
A- A+
Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər


Alimlər bildirirlər ki, evlərimizin havasında görünməz mikroplastik hissəciklər toplanır və insanlar hər il milyonlarla belə hissəciyi nəfəs yolu ilə uda bilər.

“BBC” xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hissəciklərin əsas mənbəyi gündəlik istifadə etdiyimiz sintetik geyimlər, xalçalar, divanlar, pərdələr və digər yumşaq mebellərdir. Polyester, neylon və digər süni materiallardan hazırlanan paltarlar geyinildikdə, yuyulduqda və ya qurudulduqda havaya çox sayda xırda plastik liflər buraxır. Bu liflər daha sonra nəfəs aldığımız havaya qarışır.

ABŞ-nin Emori Universitetinin professoru Dana Bar deyib ki, mikroplastiklər artıq hər yerdədir və onlardan tam qaçmaq mümkün deyil. Lakin düzgün davranış dəyişiklikləri ilə təsiri azaltmaq mümkündür. 

Araşdırmalara görə, qapalı məkanlarda mikroplastiklərin miqdarı açıq hava ilə müqayisədə bir neçə dəfə çoxdur. İnsanların gün ərzində vaxtının böyük hissəsini evdə keçirməsi isə bu riski daha da artırır. Mütəxəssislər bildirirlər ki, evdə mikroplastiklərin miqdarı istifadə olunan paltar və mebellərin növündən, döşəmənin materialından, həmçinin evin necə təmizlənməsi və havalandırılmasından asılıdır.

Bəs mikroplastiklər ən çox haradan yayılır? Alimlər bildirir ki, mikroplastiklərin əsas mənbələri sintetik paltarlar, xalçalar, yumşaq divan və kreslolar, yataq dəstləri, pərdələr, paltaryuyan və quruducu maşınlardır. Xüsusilə paltar yuyularkən və qurudularkən havaya çox sayda plastik liflər yayılır.

Bəs riski necə azaltmaq olar? Mütəxəssislər evdə mikroplastikləri azaltmaq üçün bir neçə sadə addım tövsiyə edirlər: Pambıq, yun və kətan kimi təbii materiallardan istifadə etmək, paltarları yalnız ehtiyac olduqda yumaq, mümkün olduqda paltarları açıq havada qurutmaq, evi tez-tez havalandırmaq, səthləri nəm parça ilə silmək, hava təmizləyici cihazlardan istifadə etmək.

Araşdırmalar göstərir ki, çox kiçik mikroplastik hissəciklər ağciyərlərə daha dərindən daxil ola bilir. Alimlər bunun iltihab yaratmaq və uzunmüddətli sağlamlıq problemlərinə səbəb olmaq ehtimalını araşdırırlar. Xüsusilə, lif formasında olan mikroplastiklərin nəfəs yolları üçün daha təhlükəli olduğu bildirilir. 

Mütəxəssislər qeyd edirlər ki, problemin tam həlli üçün yalnız fərdi tədbirlər kifayət deyil. Plastik istehsalının qlobal səviyyədə azaldılması da vacib hesab olunur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

Anar Əliyev: Nazirliklə bp arasında uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb  

18:41
13 Aprel

Kanada ordusu Arktikada ən böyük missiyasını başa vurdu

18:38
13 Aprel

Qarabağ və Şərqi Zəngəzurda 2 mindən çox binada günəş panelləri quraşdırılıb  

18:29
13 Aprel

Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar artıb

18:24
13 Aprel

Dövlət İdarəçilik Akademiyasında qazaxıstanlı nümayəndələrə “ASAN xidmət” modeli təqdim olunub

18:19
13 Aprel

 Almatıda BVF tərəfindən vergi inzibatçılığı üzrə beynəlxalq seminar keçirilib

18:13
13 Aprel

Çinin süni intellekti 10 il ərzində həll edilməyən riyazi məsələnin öhdəsindən gəlib  

18:12
13 Aprel

Əhalinin borc yükü açıqlanıb

18:11
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!