09 İyul 2026 08:40
378
CƏMİYYƏT
A- A+
Etimad və etibarın qiyməti

Etimad və etibarın qiyməti


Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirilən ictimai rəy sorğusunun nəticələri xalqımızın öz liderinə olan yüksək etimadının və inamının bariz nümunəsidir. Prezident seçildiyi ilk gündən İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycan dövlətinin və xalqının milli maraqlarını layiqincə təmin edib. Bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, müstəqil, milli maraqlarına söykənən xarici siyasət həyata keçirir. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə ƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin 23 illik fəaliyyəti onun böyük şəxsiyyət olmasından xəbər verir: "2020-ci ildə Dünya İqtisadi Forumunun panel iclasında moderatorun "Avrasiyada böyük dövlətlər mövcuddur - bir tərəfdə Rusiya, digər tərəfdə Çin. Azərbaycan Prezidenti olaraq kimə zəng edərsiniz? Moskvaya, yoxsa Pekinə?" sualına Prezidentimizin "Bakıya" cavabı cənab İlham Əliyevin yalnız öz xalqına güvəndiyinin nümunəsidir. Xalqımız da öz Prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşir". 

Ekspert qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursuna və irsinə sadiq qalaraq onu inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyada nüfuzlu bir dövlətə çevirib: "Dövlət başçısının müdrik, qətiyyətli, eləcə də uzaqgörən siyasəti sayəsində  Azərbaycan bu gün qlobal səviyyədə söz sahibidir. Ölkəmiz nəinki regionda, dünyada gedən siyasi proseslərə təsir edən bir güc mərkəzidir. Dünyanın ən böyük və qüdrətli ölkələrinin dövlət başçıları İlham Əliyevin böyük siyasi lider olduğunu dəfələrlə vurğulayıblar. Məhz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident, Ali Baş Komandan İlham Əliyev tək regionun deyil, dünyanın ən güclü orduları sırasında yer alan bir ordu qurub. Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad edib. Prezident İlham Əliyevin böyük sərkərdəlik və siyasi bacarığı sayəsində Azərbaycan öz müstəqilliyini və suverenliyini tam bərpa edib. Ordumuzun göstərdiyi döyüş taktikası və peşəkarlığı dünyanın hərb tarixinə yazılıb".

K.Əliyeva vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlət olduğuna bir nümunədir: "Dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərin yenidən qurulması xarici qonaqları, diplomatları heyrətə gətirir. Bütün bu işləri Azərbaycan heç bir təşkilatdan və ölkədən maliyyə yardımı almadan, kredit götürmədən təkbaşına edir".

Prezident İlham Əliyevin Azərbaycanı Avrasiyanın ən önəmli bir dövlətinə çevirdiyini deyən K.Əliyeva bildirib ki, ölkəmizin yaratdığı böyük nəqliyyat-logistika infrastrukturu sayəsində Şərqlə Qərb, Şimalla Cənub arasında olduqca səmərəli bir iqtisadi bağlantılar yaranıb: "Bu marşrutlar üzrə Azərbaycandan keçməklə daşınan yüklərin həcmi hər il artmaqdadır. Bu, Azərbaycanla yanaşı, Avrasiya məkanında yerləşən bütün dövlətlərin iqtisadiyyatına böyük töhfələr verir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində də olduqca mühüm rol oynayır. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti sayəsində ölkəmiz bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatında iştirak edir. Azərbaycanın şimalında və cənubunda müharibələr və münaqişələr hökm sürür. Bu gərgin geosiyasi vəziyyətə rəğmən Azərbaycanda sabitlikdir. Bu, Prezidentimizin uğurlu siyasətinin nəticəsidir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!