07 Avqust 2025 08:40
569
İQTİSADİYYAT
A- A+
Etibarlı gəlir mənbəyi - qızıl ixracı

Etibarlı gəlir mənbəyi - qızıl ixracı


Yaxın illər ölkəmizdə daha bir qızıl yatağının istismarına başlanacaq


Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri neft-qaz sektorunun inkişafı üçün bir sıra tədbirlər görülür. Bunlardan biri də qeyri neft-qaz mədənçıxarması sənayesidir. Son dövrlər ölkədə qızıl hasilatının artması və ixracda önəmli mövqeyə çıxması da bununla bağlıdır.

Cari ilin ilk yarısında qızıl ixracından əldə edilən gəlirlərin həcmində yüksək artım müşahidə olunub. Belə ki, yanvar-iyun aylarında Azərbaycan dünya bazarına 144 milyon dollar dəyərində qızıl satışa çıxarıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Qızıl hasilatını artırmaq üçün yeni yataqların kəşf edilməsi ilkin şərtdir. "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov bildirir ki, səhmdar cəmiyyət dövlət sifarişi əsasında Şərqi Zəngəzur, Gəncə-Daşkəsən iqtisadi rayonları və Naxçıvanda müasir tədqiqat üsulları - hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik metodlarla geoloji tədqiqatlar aparılır. Onun sözlərinə görə, bu texnologiyalar hasilata qədərki mərhələdə xərcləri azaldır, geoloji kəşfiyyat işlərinin dəqiqliyini və sürətini artırır: "Aparılan tədqiqatlar nəticəsində həmin ərazilərin perspektivləri müəyyən olunacaq. Gələn il tədqiqat sahələrinin ilkin qiymətləndirilməsi aparılaraq kəşfiyyat proqramının yekunlaşdırılması nəzərdə tutulub. Bu tədqiqatların nəticəsində ölkə ərazisinin Kiçik Qafqaz hissəsinin vahid hiperspektral xəritələnməsi tamamlanacaq. Həmin tədqiqatlar və toplanmış geoloji məlumatlar ölkənin dağ-mədən sahəsində malik olduğu bütün potensialı haqqında dəqiq təsəvvür yaratmaqla perspektivli sahələrdə işə başlanılması üçün müvafiq qərarların verilməsinə imkan yaradacaq. Bu, ölkə iqtisadiyyatının inkişafı üçün yeni dağ-mədən layihələrinə investorların və ya milli operator şirkəti qismində "AzerGold" QSC-nin cəlb edilməsinə imkan verəcək".

Z.İbrahimov həmçinin qeyd edib ki, dağ-mədən işlərini sürətləndirmək məqsədi ilə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində yeni müəssisə yaradılıb. "AzerGold"un törəmə şirkəti - "AzerBlast" MMC dağ-mədən sektorunda istifadə edilən mülki partlayıcı maddələrə yaranan tələbatı yerli xammal hesabına ödəməklə məşğul olan yeni istehsal sahəsidir. Qarşıdakı illərdə mədənçıxarma, qazıntı sahələri, inşaat, yol təsərrüfatı və digər sahələrdə icra edilən partlayış işlərində məhz dövlətimizin pay sahibi olduğu "AzerBlast" şirkətinin istehsal etdiyi məhsullardan geniş şəkildə istifadə ediləcək.

Ölkədə yeni qızıl yataqlarının kəşf edilməsi məqəsdilə Naxçıvan Muxtar Respublikasında da kəşfiyyat işləri aparılır. Culfa rayonundakı "Ortakənd" qızıl yatağının istismarı üçün hazırlıq işləri görülür. Tədqiqatlara görə, yerin təkində qızıl ehtiyatı 542 min unsiya dəyərindədir.

Zakir İbrahimov bildirir ki, qızıl ehtiyatının satılabilən miqdarı isə 237 min unsiya qiymətləndirilib. "Ortakənd" yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulub. Hazırda ilkin texniki-iqtisadi hesablama ("Scoping study") parametrləri üzrə araşdırmalar davam edir. Sosial, iqtisadi və ekoloji amillər nəzərə alınmaqla yatağın satılabilən ehtiyatlarının daha da artırılması üçün optimal hasilat və emal texnologiyaları araşdırılır.

Onun sözlərinə görə, Culfa və Ordubad rayonlarında yerləşən digər perspektiv sahələrdə də tədqiqatlar aparılır: "Söhbət "Göydağ" mis-molibden, "Başkənd" mis və "Nəsirvaz" polimetal təzahürləri sahələrindən gedir. Cari il ərzində "Göydağ" və "Başkənd" yataqlarının ehtiyatlarının beynəlxalq standartlara uyğun hesablanması nəzərdə tutulub. "Göydağ" yatağının 2029-cu ildə, digər yataqların tədqiqatların son nəticələrindən asılı olaraq növbəti illərdə istismara verilməsi proqnozlaşdırılır".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!