07 Sentyabr 2025 08:35
676
SİYASƏT
A- A+
Ermənistanın işğalçılıq siyasəti təqsirləndirilənlərin ifadələrində də təsdiqini tapıb 

Ermənistanın işğalçılıq siyasəti təqsirləndirilənlərin ifadələrində də təsdiqini tapıb 


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi həm xarici, həm də yerli media tərəfindən maraqla izlənilir.

Ermənistanın ərazilərimizi işğal etməsi və Azərbaycana qarşı qanunsuz hərəkətləri ilə bağlı mühüm məhkəmə prosesində 15 nəfər mühakimə olunur. Xatırladaq ki, işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni qurumun "prezidenti", "naziri" və digər qurama vəzifələrdə çalışmış bu şəxslər 2023-cü il sentyabrın 19-da şanlı Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi antiterror tədbirləri zamanı həbs olunublar. Məhkəmə prosesində müəyyən edilib ki, bu şəxslərin qanunsuz hərəkətləri nəticəsində Azərbaycana 100 milyard dollardan çox ziyan dəyib, on minlərlə mülki şəxs və hərbçi həyatını itirib, ətraf mühitə ciddi ziyan dəyib.

Məhkəmə işinin əhəmiyyətli tərəflərindən biri də həbs edilmiş şübhəlilərin törətdiyi iddia edilən ayrı-ayrı cinayətlərin araşdırılması ilə yanaşı, Ermənistan dövlətini məsuliyyətə cəlb edə biləcək mümkün nəticələrin və faktların ortaya çıxarılmasıdır. 

Azərbaycan Baş Prokurorluğu yalnız həbs edilmiş ermənilərin deyil, həm də Ermənistan Respublikasının hərəkətlərinə görə birbaşa məsuliyyət daşıdığını irəli sürüb. Təqsirləndirilən şəxslərin məhkəmə prosesinin davam etdiyi günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan mətbuata açıqlamasında bildirib: "Qarabağ erməniləri Ermənistan Respublikasının verdiyi silahlarla döyüşmək əvəzinə, bölgəni tərk etdilər". Sadə bir vətəndaşın yox, parlament spikerinin dilindən çıxan bu sözlər Ermənistan dövlətinin Qarabağ müharibəsində iştirakını bir daha sübut edir. Onu da qeyd edək ki, Alen Simonyanın bu bəyanatı ilk deyil. Spikerdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın və digər Ermənistan rəsmilərinin bəyanatlarında bu cür qarşılıqlı əlaqəyə işarə edən əsaslı sübutlar səsləndirilmişdir. 

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə mülki insanların həlak olması ilə nəticələnən Bərdə və Gəncəyə raket hücumlarının sifarişçisi, həbs edilən şəxslərdən biri Arayik Harutyunyan məhkəmədə verdiyi ifadəsində bunları deyib: "Azərbaycan xalqı arasında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərarı mən verməmişəm... Mənim buna səlahiyyətim yoxdur". Bəzi hərbi ekspertlərin fikrincə, 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Bərdə şəhərlərinə atılan "Skud", "Toçka-U" və "Smerç" də daxil olmaqla ballistik raketlər yalnız erməni baş komandanlığının icazəsi ilə buraxıla bilərdi. 

Təqsirləndirilən şəxs Davit İşxanyan ifadəsində bildirib ki, "batalyon komandiri" olduğu dövrdə vəzifəsi Xocavənd rayonunun 8 kəndinin ərazilərindəki "kəndləri qorumaq"dan və döyüş əməliyyatlarında iştirak etməkdən ibarət olub. Sonrakı dövrdə isə bir "vəzifəli şəxs" kimi "vəzifələri" çərçivəsində "idarəçilikdə" iştirak edib. O, 1992-ci il sentyabrın 10-dan xidmətə çağırılaraq qondarma rejim uğrunda mübarizə dəstəsinin tərkibindəki silahlı qüvvələrin sıralarında Azərbaycan Ordusuna qarşı döyüşüb. Ümumilikdə isə onun rəhbərlik etdiyi batalyon Xocavənd, Ağdərə, Kəlbəcər və Ağdam rayonlarının işğalında yaxından iştirak edib. D.İşxanyan ifadəsində bildirib ki, döyüşlər zamanı istifadə edilmiş silah-sursatların hamısı Ermənistan Respublikasının ərazisindən Xankəndi şəhərinə gətirilib və oradan da korpuslara paylanılıb.

Keçirilən məhkəmə prosesində təqdim edilən materiallarla tam sübuta yetirilib ki, Davit İşxanyan cinayətkar birlikdə fəaliyyətinin olmadığını qeyd etsə də, ali təhsil aldığı müddətdə tələbələr birliyinə qoşularaq "Miatsum" və "Krunk" təşkilatlarının mitinqlərinə qatılıb. Hətta 1992-ci ilədək Xankəndi şəhərində və Xocavənd rayonunda yaradılmış postlarda silahlı şəkildə xidmət aparıb. 

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan da ifadəsində bildirib ki, o, 1992-ci ilin sentyabrında qondarma rejimin "ordusu"nda tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb və müxtəlif vəzifələrə təyin olunub. 2007-ci ilin may ayından 2012-ci ilin noyabrınadək qondarma rejimin "müdafiə ordusu"nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun aylarınadək Xankəndi şəhərində "Xilasetmə idarəsinin direktoru", 2019-cu ilin may-iyun aylarından 2020-ci ilin iyun ayınadək "polis rəisi" olub. 

L.Mnatsakanyan qondarma qurumun "müdafiə ordusu"nun "komandan"ı vəzifəsində xidmət etdiyi müddətdə "ordu"nun maliyyələşməsi, silahlandırılması və bu kimi digər məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib. 1992-ci ilin sentyabrında qondarma qurumun "müdafiə ordusu"nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs David Manukyanın da Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin sıralarında Azərbaycana qarşı döyüşdüyü öz təsdiqini tapıb. David Manukyan ifadəsində bildirib ki, o, 1992-ci ilin dekabrından könüllü əsgər kimi Ermənistanla Azərbaycan arasında baş vermiş Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "müdafiə ordusu"nda hərbi qulluqçu kimi müxtəlif, əsasən də rəhbər vəzifələrdə xidmət aparmaqla Ermənistanın Azərbaycanla müharibələrində və digər silahlı münaqişələrdə iştirak edib. Təqsirləndirilən şəxsin verdiyi ifadələrdən və ona aid elan edilən digər sənədlərin tədqiqindən məlum olub ki, Birinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarına rəhbərliyi 1992-ci ildə qondarma rejimin "müdafiə naziri" olmuş Samvel Babayan və Ermənistan Respublikasının müdafiə naziri Vazgen Sarkisyan həyata keçiriblər. Müharibə müddətində bütün əmr və göstərişlər S.Babayan və V.Sarkisyan tərəfindən verilib.

Təqsirləndirilən şəxslərin ifadələrindən də aydın görünür ki, Qarabağda baş verən müharibələrin, amansızlıqla həyata keçirilən soyqırımların arxasında Ermənistan Respublikası dayanır. Azərbaycanın əbədi-əzəli torpaqları olan Qarabağda, eləcə də ətraf rayonlarda baş vermiş bütün qanlı hadisələr Ermənistan tərəfindən idarə olunub. Qarabağdakı qondarma rejimi də "dənizdən-dənizə böyük Ermənistan" kimi sərsəm ideyadan güc alan Ermənistan yaradıb və silah-sursatla, pulla, canlı qüvvə ilə, həmçinin başqa zəruri vasitələrlə təmin edib. Buna görə də Ermənistan Azərbaycan ərazisində törətdiyi bütün bu qanlı hadisələrə görə məsuliyyət daşıyır. Ermənistan bu məsuliyyətdən heç vaxt yaxasını qurtara bilməz. Çünki ortada Ermənistanın Qarabağdakı qanlı hadisələrdə iştirakını təsdiq edən təkzibolunmaz faktlar və şahid ifadələri var.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!