13 May 2026 08:20
603
SİYASƏT
A- A+
Ermənistanın "himayədar" axtarışı

Ermənistanın "himayədar" axtarışı


Fransa Prezidenti Emmanuel Makronun İrəvan səfəri, "Ermənistan-Fransa birliyi"nə həsr olunmuş təmtəraqlı tamaşalar, orada səsləndirilən yersiz fikirlər, əslində, boş bəyanatlardan başqa bir şey deyil. Mahiyyət etibarilə bu addımlar bir siyasi blef kimi xarakterizə edilməlidir. 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında deyib ki, Makronun Ermənistandan Fransanın Cənubi Qafqazdakı neokolonializm maraqlarını təmin etmək üçün bir alət kimi istifadə etdiyi gün kimi aydındır. Hakimiyyətinin qürub çağında rekord dərəcədə aşağı reytinqlə üzləşən və ölkəsində legitimliyi şübhə altına alınan Makron üçün bu, sadəcə "itirilmiş xalları" haradasa bərpa etmək cəhdidir. "Möhtərəm Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı etdiyi çıxışında bu cür siyasi şoumenlərin hərəkətlərini çox yerində və düzgün təsvir etdi. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə Ermənistana yiyə durmadılar, onların işi-gücü isə boşboğazlıq olub, ona görə öz ölkələrində onların dəstək əmsalı olduqca aşağıdır. Ümumiyyətlə, bu cür liderlərin ən parlaq nümunəsi sayılan Makron və onun hakimiyyəti tarixdə nə ilə yadda qalacaq? O, hakimiyyətə gələndə hər kəsə xoş gələn, gənc və gülümsəyən bir "ümid lideri" kimi qələmə verilirdi. Lakin bu gün o, böyük bir məyusluq, daha pisi isə bir məsxərə obyektidir. Unutmayaq ki, bir siyasətçiyə nifrət edə bilərlər, onu sevə və ya hörmət edə bilərlər, lakin ona gülməməlidirlər. Çünki gülüş obyektinə çevrilmiş rəhbər dövlət üçün rüsvayçılıq, ölkənin nüfuzu üçün isə ən ağır faciə və fəlakətdir", - deyə o bildirib.

Deputat qeyd edib ki, Makronun fəaliyyəti tərəfdarlarını və müttəfiqlərini xəyal uçqununa apardı. Çünki o, ölkəsinin Afrika qitəsində ənənəvi nüfuzunu qoruya bilmədi və Fransa oradan qovuldu. Ukraynaya da şirin vədlər versə də, gözlənilən real köməyi etmədi. Görünən də odur ki, o, bunu etməyəcək də. Ermənistanda illərlə revanşist hissləri alovlandırıb İrəvanı silahla təmin etsə də, nəticə göz qabağındadır.

Keçən il ABŞ-də əldə olunan razılaşmaların Bakı və Vaşinqtonun şərtləri ilə reallaşdığını qeyd edən K.Bayramov diqqətə çatdırıb ki, həmin masada Makronun siyasətindən əsər-əlamət yox idi: "Makronun ən böyük problemi etdikləri deyil, edə bilmədikləridir: o, ölkəsinin nüfuzunu qoruya bilmədi, ilk növbədə, fransızların özünü məyus etdi. Makron və Paşinyanın İrəvandakı "qardaşlıq" nümayişi keyfiyyətsiz bir tamaşaya bənzədi, imzalanan sənədlər isə heç kimi təəccübləndirmədi. Strateji məqam artıq əldən verilib. Bu gün Cənubi Qafqazda, xüsusilə kommunikasiyaların açılması kimi fundamental məsələdə Qərbin əsas təmsilçisi Fransa deyil, ABŞ-dir. Ən önəmli fakt isə budur ki, regionda Qərb tərəfdaşlarını seçmək və onlara "yaşıl işıq" yandırmaq hüququ Ermənistana deyil, müstəsna olaraq Azərbaycana məxsusdur. Rəsmi Paris bu dərsi artıq mənimsəyib. İrəvanın Fransanın nüfuzunu buralarda möhkəmləndirmək cəhdləri iflasa uğradı. Çünki Bakı öz oyun qaydalarını diktə etdi və İrəvan bu şərtləri qəbul etmək məcburiyyətində qaldı. Beşinci Respublika üçün hazırda Ermənistanla "strateji münasibətlər" qurmaq prioritet deyil. Fransanın iqtisadi vəziyyəti olduqca ağırdır və Paris öz investisiyaları hesabına Ermənistan iqtisadiyyatını dirçəltmək niyyətində deyil. Görünən odur ki, Emmanuel Makronun Ermənistan səfəri sadəcə sevdiyi simvolik jestlərdən biridir. O, genişmiqyaslı layihələr üçün deyil, yalnız daxili reytinqini xilas edəcək müvəqqəti mənzərələr yaratmaq üçün orada idi".

Deputat vurğulayıb ki, Ermənistanın son illərdə Rusiya ilə strateji müttəfiqlik münasibətlərindən uzaqlaşaraq Qərbə, xüsusilə də Fransaya meyillənməsi onun xarici siyasətində ciddi bir transformasiya dövrünün göstəricisidir. Onilliklər boyu təhlükəsizlik arxitekturasını tamamilə Moskvanın üzərində quran İrəvan, hazırda bu asılılığın yaratdığı boşluğu Parisin hərbi-siyasi dəstəyi ilə doldurmağa çalışır. Lakin bu keçid Ermənistanın suveren qərarlar vermək qabiliyyətindən deyil, daha çox bir "himayədar"dan digərinə sığınmaq ehtiyacından qaynaqlanır ki, bu da ölkənin hələ də müstəqil siyasət yürütmək potensialının aşağı olduğunu nümayiş etdirir. Fransanın Ermənistana göstərdiyi diplomatik dəstək və silah tədarükü ilə bağlı vədləri İrəvan tərəfindən böyük ümidlə qarşılansa da, reallıqda bu addımlar regionun geosiyasi mənzərəsini dəyişmək gücünə malik deyil. Parisin Cənubi Qafqazdakı maraqları daha çox daxili auditoriyaya, erməni lobbisinə və Avropa İttifaqı daxilindəki nüfuz mübarizəsinə hesablanıb. Ermənistan rəhbərliyi isə Fransanı yeni bir "təhlükəsizlik çətiri" kimi qəbul edərək, əslində, özünü daha mürəkkəb bir geosiyasi qarşıdurmanın poliqonuna çevirir. Bu vəziyyət Ermənistanın xarici siyasətinin situativ və reaktiv xarakterini, strateji uzaqgörənlikdən məhrum olduğunu bir daha sübut edir.

K.Bayramov qeyd edib ki, nəticə etibarilə, Ermənistanın Rusiya asılılığından qurtulmaq cəhdlərinin alternativ asılılıq formaları ilə əvəzlənməsi ölkənin dövlətçilik maraqlarına uzunmüddətli perspektivdə ciddi fayda vermir: "Müstəqil siyasət yürütmək bacarığının olmaması İrəvanı regiondakı cari reallıqlardan uzaqlaşdırır və qonşu dövlətlərlə konstruktiv dialoq qurmaq əvəzinə, kənar güclərin Cənubi Qafqazdakı alətinə çevrilmək riskini artırır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

09:45
17 İyun

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

09:43
17 İyun

İntellekt və idarəçilik yarışı

09:40
17 İyun

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

09:35
17 İyun

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

09:34
17 İyun

Onlar ölkəmizin həm də bu günüdür

09:30
17 İyun

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

09:27
17 İyun

Salyanda taxıl biçini ilə əlaqədar məsələlər müzakirə edilib

09:25
17 İyun

Dünya çempionatı: Norveç qələbə qazanıb

09:23
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!