09 Iyul 2024 16:47
345
DÜNYA
A- A+

Ermənistanda partiya sədri hökumətin riyakar Qərb siyasətini ifşa edib

 

Ermənistan hakimiyyəti “anti-Rusiya oyunları” vasitəsilə Qərbdən şəxsi dividendlər almaq istəyir.

AZƏRTAC “Sputnik-Armenia” agentliyinə istinadla xəbər verir ki, bu barədə erməni politoloqu və Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants İrəvandakı Mətbuat mərkəzində keçirdiyi brifinqdə amerikalı parlamentarilərin Ermənistana səfərini şərh edərkən bildirib.

Senator Rocer Uikerin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti iyulun əvvəlində Ermənistana səfər edib. Ermənistan Milli Assambleyasında baş tutan görüşdən sonra erməni spiker və ABŞ konqresmenləri brifinq keçirərək “rus ayısı”nın təhlükəsi barədə xəbərdarlıq ediblər.

Surenyantsın sözlərinə görə, parlamentdəki brifinq zamanı tərəflərin İrəvanla Vaşinqton arasında əməkdaşlığın müxtəlif aspektləri barədə danışacağı gözlənilirdi. O deyib: “Ancaq biz gördük ki, Ermənistana gələn amerikalı tərəfdaşlar İrəvanın Rusiya əleyhinə bəyanatlarına diqqət yetirib, hələ bunlar azmış kimi, Azərbaycanı da Rusiya əleyhinə mövqe tutmağa çağırıblar”.

Siyasətçinin sözlərinə görə, bu bəyanatların iki mənası var: “Birincisi, Ermənistanın subyektivliyi o qədər kiçikdir ki, xarici tərəfdaşlar da buna bənzər mənfur münasibət nümayiş etdirirlər. İkincisi, Ermənistan hakimiyyətinin Qərb siyasəti sırf anti-Rusiya xətti üzərində qurulub və amerikalı konqresmenlərlə görüşdə heç bir faydalı gündəm olmayıb. Baxmayaraq ki, inkişaf baxımından tərəflərin müzakirə edəcəyi çoxlu sahə var”.

Surenyants daha sonra deyib: “Ancaq bizim hakimiyyət anti-Rusiya oyunları yolu ilə Brüssel və Vaşinqtondan dividendlər almağa qərar verdilər və bunun ölkəyə, vətəndaşlara heç bir faydası olmayacaq. Qərblə bizim institusional əlaqələrimiz yoxdur. Məqsəd Ermənistan üçün dağıdıcı ola biləcək anti-Rusiya kursu vasitəsilə Vaşinqtonu və Brüsseli razı salmaqdır”.

Onun sözlərinə görə, hakimiyyət daim Avropaya inteqrasiyadan danışır, Aİ-yə daxil olmaq üçün referendum keçirmək istəyir. Halbuki, 2017-ci ildə imzalanmış Ermənistan-Avropa İttifaqı sazişi müddəalarının cəmi 40-45 faizi yerinə yetirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video