03 İyul 2026 19:11
179
CƏMİYYƏT
A- A+
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  


İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən Davit İşxanyanın yazılı qeydləri məhkəməyə təqdim olunub. Qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərcümə edilib, onların surətləri məhkəməyə və proses iştirakçılarına təqdim olunaraq iş materiallarına əlavə edilib.

Ardınca çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclası protokoluna verilmiş yazılı qeydlər məhkəmə tərəfindən araşdırılmalı, əsaslı hesab edildiyi halda təsdiqlənməli, əks halda isə onların rədd edilməsi barədə qərar qəbul olunmalıdır. İttiham tərəfi qeyd edib ki, müdafiə tərəfinin protokolla audioyazı arasında ziddiyyətə dair iddiası audioyazı ilə təsdiqini taparsa, qeydlər təsdiqlənməli, təsdiqlənmədiyi halda isə rədd edilməlidir. Bu əsasla məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul olunması xahiş edilib.

Zərərçəkmiş şəxslərin nümayəndələri məhkəmə iclası protokollarına verilmiş qeydlərlə bağlı ittiham tərəfinin mövqeyini dəstəklədiklərini və bu məsələdə eyni mövqedən çıxış etdiklərini bildiriblər.

Daha sonra məhkəmə kollegiyası məhkəmə iclası protokolları ilə bağlı məsələyə dair qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəmə kollegiyası sözügedən qeydlərin təsdiq olunmasını və iş materiallarına əlavə edilməsini qərara alıb. Qeyd olunub ki, protokolların məzmununda hər hansı uyğunsuzluq aşkar edilməyib.

Bu baxımdan da məhkəmə müdafiə tərəfinin qeydlərinin iş materiallarına əlavə edilməsini qanuni və əsaslı hesab edir.

Təqsirləndirilən Levon Mnatsakanyan məhkəməyə müraciət edərək vəsatət vermək istədiyini bildirib. Məhkəməyə sədrlik edən isə ona vəsatətlərin təqdim olunması üçün müvafiq imkanın yaradılacağını deyib.

Daha sonra çıxış edən Davit İşxanyan qəbul edilmiş qərara görə təşəkkürünü bildirib.

Ardınca o, çıxışını davam etdirərək ötən iclasda söylədiyi kimi bir daha özünü təqsirkar saymadığını qeyd edib.

Sonra David Babayanın müdafiəçisi məhkəmədə çıxış edərək təqsirləndirilən şəxsin təqdim etdiyi apellyasiya şikayətinin tam əsaslı olduğunu bildirib.

O, çıxışında D.Babayan barəsində çıxarılmış hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Fasilədən sonra təqsirləndirilən Davit İşxanyanın vəsatəti müdafiəçisi vasitəsilə tərcüməçiyə təqdim edilib.

Daha sonra çıxış edən təqsirləndirilən David Babayan ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 7-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

20:17
03 İyul

Rəqəmsal transformasiya kompleks inkişaf modelidir  

20:01
03 İyul

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib

19:58
03 İyul

33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcər rayonunda torpağa tapşırılıb  

19:46
03 İyul

İnterpolun axtardığı şəxs Monteneqroda saxlanıldı — Azərbaycana ekstradisiya olunur

19:31
03 İyul

İyun ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

19:14
03 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  

19:11
03 İyul

Azərbaycan Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının əsas aktorlarından biridir

19:07
03 İyul

Nazir: “Məşğulluğa Dəstək Layihəsi” özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olur  

18:56
03 İyul

Azərbaycanın rəqəmsal inkişafı yeni mərhələyə qədəm qoyur

18:13
03 İyul

“PlayStation”dakı yeni oyunlar yalnız rəqəmsal olacaq  

18:13
03 İyul

Samanyolunun yeni görüntüsü paylaşılıb  

18:01
03 İyul

Misir millisi Dünya Kuboku matçından əvvəl polislə toqquşma yaşayıb

17:55
03 İyul

Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir  

17:50
03 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

17:50
03 İyul

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

17:49
03 İyul

Akademik: Təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır  

17:36
03 İyul

Ədliyyə naziri Balakən rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:31
03 İyul

Vahid Hacıyev: “Yüksəliş” müsabiqəsi ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir  

17:18
03 İyul

Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub  

17:14
03 İyul

Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

17:06
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!