24 Avqust 2022 01:12
987
SİYASƏT
A- A+
Ermənistan müharibə cinayətlərinə görə cavab verməli olacaq

Ermənistan müharibə cinayətlərinə görə cavab verməli olacaq

 

Vandallar mədəni irsimizi məhv etmək üçün hər cür ləyaqətsizliyə əl atıblar

 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin məhv edilməsi xüsusi yer tutub. Bunun nəticəsidir ki, Azərbaycanın tarixi-mədəni sərvətlərinə böyük ziyan dəyib. 
İşğaldan azad edilən ərazilərimizdə minlərlə maddi-mədəni, dini abidələr olub ki, onların da əksəriyyəti erməni vandalizminə məruz qalıb, müqəddəs and yerlərimiz düşmən tərəfindən təhqir olunub, dağıdılıb. Prezident İlham Əliyev dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə dəfələrlə bildirib ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə bizləri sevə bilməz. Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir. 
Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. 
Ermənilər müxtəlif ölkələrdə saxtakarcasına guya Azərbaycanın xristian abidələrini dağıtdığını iddia edir və ölkəmizi hər vəchlə nüfuzdan salmağa çalışırlar. Azərbaycan xalqına, onun qədim mədəniyyətinə qarşı şər və iftira siyasətini davam etdirirlər. Bu, təbii ki, Azərbaycanın imicinə kölgə salmaq məqsədi daşıyır. Amma erməni tərəfinin bu cəhdləri əbəsdir. Çünki Azərbaycan bütün dinlərə məxsus abidələri qoruyub saxlayıb, təmir edib. Digər tərəfdən bütün dünya işğaldan azad edilmiş ərazilərdə erməni vandalizmindən və vəhşətindən şoka düşüb. 

 

Misli görünməmiş vandallıq

 

Erməni tərəfinin törətdiyi qeyri-insani hərəkətləri adi sözlə ifadə etmək çətindir. İşğal dövründə xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür saxtakarlığa əl atıblar. Bu əraziləri tərk edəndə də erməni vandalları yaşayış binalarını və evləri, məktəbləri və digər mülki infrastrukturu yandırıblar, ağacları kəsiblər və bununla da faktiki olaraq amansız ekoloji terror aktları törədiblər. 
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən qəzetimizə verilən məlumata görə, həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatına alınmış 185 tarix-mədəniyyət abidəsinin dağıntıya məruz qaldığı müəyyən edilmişdir ki, onlardan 51-i tamamilə məhv edilmiş, 134-ü isə dağıdılmış, qalıqları tapılmamışdır. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilmişdir ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. 
İlk insan məskənləri olan məşhur və tarixi Azıx və Tağlar mağaraları, qədim Qaraköpək və Üzərlik təpələri hərbi məqsədlər üçün istifadə olunub və planlı və sistematik şəkildə məhv edilib. Erməni vandalları Köçərli, Mərdinli və Cümə məscidini, Aşağı  Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini, Şuşa şəhərindəki tarixi memarlıq qoruğunun ərazisindəki şair Xurşid Banu Natəvanın saray kompleksini söküb talan ediblər. Qarabağ xanının inşa etdiyi saray, Ağdamdakı Cümə məscidi və Laçın bölgəsindəki Həmzə Sultan və Sultan Əhməd sarayları tamamilə dağıdılıb. Bununla yanaşı, işğalçılar genişmiqyaslı və peşəkar olmayan arxeoloji qazıntı işləri apararaq təbii və maddi-mədəni abidələri məhv edib və ya talan edib, Ermənistana daşıyıblar.
Memarlıq və arxeoloji abidələrlə yanaşı, bağ-park, monumental və xatirə abidələri də dağıdılmışdır. Belə ki, Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilmişdir. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şair Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılmışdır.

 

Erməni vəhşiliyinin sübutu

 

Doğma torpaqlarına qayıdan azərbaycanlılar əzizlərinin, valideynlərinin, dostlarının məzarlarını ziyarət etmək istədikdə aydın olub ki, qəbir daşlarının çoxu məhv edilib və ya talanıb. İşğaldan azad edilmiş Cəbrayılın şəhər qəbiristanlığı ermənilər tərəfindən tamamilə barbarlığa məruz qalıb. Bu məzarlıqda bir dənə də olsun salamat qəbir qoymayıblar. Hətta Cəbrayıl qəbiristanlığında insan qalıqları olan açıq çalalara rast gəlinib.
Müharibə dövründə ermənilər evləri, binaları sökərək talançılıq, soyğunçuluq törədiblər. Onu da qeyd edək ki, ermənilərin İkinci Qarabağ müharibəsi zamanı Gəncənin, Tərtərin, Ağdamın, Bərdənin dinc əhalisini güclü artilleriya və raket atəşinə tutması, buradakı yaşayış və inzibati binaları, eləcə də tarixi mədəniyyət abidələrini hədəfə alması təkcə Azərbaycan ictimaiyyətində deyil, bütün dünyada nifrət və ikrah hissilə qarşılanmışdır. Onların bu vandallığı xalqımızın mədəni-tarixi irisnə qarşı soyqırımıdır.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ermənistanın bu əməlləri silahlı münaqişələr zamanı (1954-cü ildə) Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Haaqa Konvensiyasının və 1999-cu ildə bu konvensiyaya əlavə edilmiş ikinci protokolun kobud şəkildə pozulmasıdır. 

 

Tarixi abidələrə gətirilən yeni nəfəs

 

Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-ə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə önəmli layihələr həyata keçirir. Dövlət tərəfindən mütəmadi olaraq diplomatik korpusların nümayəndələrinin, xarici KİV-in təmsilçilərinin, müxtəlif sahələr üzrə dünyada tanınmış mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. Təbii ki, onlar bu səfərlər zamanı erməni vandallığının canlı şahidi olaraq bunu öz ölkələrinin ictimaiyyətinə də çatdırırlar. Bu da Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunmasında vacib amildir.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir və işğaldan azad olunmuş ərazilərimizdəki məscidlərdə azan səsləri eşidilir, dualar oxunur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Mehriban xanımın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular. Hazırda Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə dini abidələrimizin bərpasını həyata keçirir, yeni məscidlər inşa olunur. 
İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün siyasi, hüquqi, iqtisadi və humanitar aspektləri ilə bağlı mühüm müddəalar əks olunub. Eyni zamanda Azərbaycan ərazilərində işğal zamanı islam mədəniyyəti və tarixi irsinin nümunələrinin talan edilməsi, dağıdılması, təhqir edilməsi, mədəni irs nümunələrinin saxtalaşdırılması və oğurlanması pislənilir, bu hərəkətlər vandalizmin və barbarlığın təzahürü kimi qiymətləndirilir.
Qəbul edilən qətnamələrdə eyni zamanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə rəsmi İrəvanın məsuliyyəti təsbit edilir, Azərbaycanın bu xüsusda hüquqi tədbirlərə əl atmaq haqqı vurğulanır.

E.YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!