27 İyul 2025 08:19
689
SİYASƏT
A- A+
Ermənipərəstlər   

Ermənipərəstlər   


Donald Tramp administrasiyasının siyasətinə təsir etməyə çalışırlar


"ABŞ-dəki erməni lobbisi növbəti dəfə ölkəmizə qarşı çirkin kampaniyaya başlayıb. Tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını həzm edə bilməyən erməni diasporu indi də ələ aldığı konqresmenlər vasitəsilə Tramp administrasiyasının siyasətinə təsir etməyə çalışır". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Bildirib ki, ABŞ-nin dövlət maraqlarından deyil, erməni lobbisinin maraqlarından çıxış edən həmin konqresmenlər açıq təxribatla məşğuldurlar. "Bir qrup  konqresmenin imzaladığı müraciət Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşün nəticələrini heçə endirməyə yönəlib. Erməni lobbisi tərəflərin Əbu-Dabi danışıqlarından razı qalmasını qəbul etməyərək sülh prosesini pozmağa cəhdlər edir. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini artıq razılaşdırıblar. Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət, konstruktiv yanaşma nəticəsində sülh prosesini irəli aparmaq üçün ciddi zəmin yaranıb. Bir qrup ABŞ konqresmeninin çağırışları isə bu prosesə mane olmaq məqsədi daşıyır", - deyə o açıqlayıb.

Deputatın sözlərinə görə, Bayden-Blinken dövründən bizə yaxşı tanış olan həmin ermənipərəst simalar faktiki olaraq ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar: "Azərbaycan ictimaiyyəti həmin şəxsləri yaxşı tanıyır.  Frank Paloni, Bob Menendez, Bred Şerman kimilər vaxtilə Azərbaycana qarşı işğal siyasətinə, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susaraq  təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cəlladlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum edilib. Anti-Azərbaycan müraciətin təşəbbüskarlarından biri olan demokrat senator Adam Şiffi isə Tramp sərt tənqid edib".

V.Rəhimzadə qeyd edib ki, regionda davamlı sülhün yaranmasında maraqlı olmayan erməni lobbisi və onun konqresmen əlaltıları eyni zamanda ABŞ və Azərbaycan arasında ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar: "Şübhə yoxdur ki, Ağ Ev administrasiyası Trampın dəstək verdiyi sülh gündəliyini aradan qaldırmağa hesabalanan qondarma müraciətə və onu imzalayan konqresmenlərə layiq olduqları qiyməti verəcək".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!